XANIM XƏDİCƏNİN (sə) İLK HƏYAT YOLDAŞI KİM İDİ?

:

XANIM XƏDİCƏ (S) HƏZRƏT MUHƏMMƏD PEYĞƏMBƏR (S) İLƏ EVLƏNMƏZDƏN ÖNCƏ BAŞQA BİRİ İLƏ EVLƏNMİŞDİRMİ?
Xanım Xədicə (s) Peyğəmbərin (s) ən yaxşı xanımlarından biri və İslamı qəbul edərək Allah Rəsuluna (s) iman gətirən ilk şəxs idi. O, bütün var-dövlətini İslamın inkişafı üçün hədiyyə etdi.
O xanımın haqqında nə qədər danışsaq azdır amma İmam Baqirdən (ə) bu hədisi qeyd etməklə o xanımın məqamını tanımaq kifayətdir.

عَنْ زُرَارَةَ وَحُمْرَانَ وَمُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ (عليه السلام) قَالَ حَدَّثَ أَبُو سَعِيدٍ الْخُدْرِيُّ أَنَّ رَسُولَ اللَّهِ (صلى الله عليه وآله) قَالَ إِنَّ جَبْرَئِيلَ (عليه السلام) قَالَ لِي لَيْلَةَ أُسْرِيَ بِي حِينَ رَجَعْتُ وَقُلْتُ يَا جَبْرَئِيلُ هَلْ لَكَ مِنْ حَاجَةٍ قَالَ حَاجَتِي أَنْ تَقْرَأَ عَلَى خَدِيجَةَ مِنَ اللَّهِ وَمِنِّي السَّلَامَ
وَحَدَّثَنَا عِنْدَ ذَلِكَ أَنَّهَا قَالَتْ حِينَ لَقَّاهَا نَبِيُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فَقَالَ لَهَا الَّذِي قَالَ جَبْرَئِيلُ فَقَالَتْ إِنَّ اللَّهَ هُوَ السَّلَامُ وَ مِنْهُ السَّلَامُ وَ إِلَيْهِ السَّلَامُ وَعَلَى جَبْرَئِيلَ السَّلَامُ.

İmam Baqir (ə) Əbu Səid Xidridən Allah Rəsulunun belə nəql etdiyini söyləyir: Merac gecəsi (yer üzünə) qayıtdığım zaman Cəbrailə dedim: Məndən bir istəyin varmı? Dedi: Allahın və mənim salamımı xanım Xədicəyə çatdırasan, Allahın rəsulu Cəbrailin mesajını xanım Xədicəyə (s) çatdıranda o cavab verdi: Böyük Allah salamatlıq mənbəyidir və bütün salamatlıq da Ona doğru qayıdacaq və salam olsun Cəbrailə.1
Muhəmməd ibn İsmail Buxari yazır:

حدثنا قُتَيْبَةُ بن سَعِيدٍ حدثنا محمد بن فُضَيْلٍ عن عُمَارَةَ عن أبي زُرْعَةَ عن أبي هُرَيْرَةَ رضي الله عنه قال أتى جِبْرِيلُ النبي صلى الله عليه وسلم فقال يا رَسُولَ اللَّهِ هذه خَدِيجَةُ قد أَتَتْ مَعَهَا إِنَاءٌ فيه إِدَامٌ أو طَعَامٌ أو شَرَابٌ فإذا هِيَ أَتَتْكَ فَاقْرَأْ عليها السَّلَامَ من رَبِّهَا وَمِنِّي وَبَشِّرْهَا بِبَيْتٍ في الْجَنَّةِ من قَصَبٍ لَا صَخَبَ فيه ولا نَصَبَ

Cəbrail (ə) həzrət Peyğəmbərin (s) yanına gələrək buyurdu: ey Allahın Rəsulu! Xədicə gəlib və özü ilə bir qab gətirib ki, o qabın içində yemək, içmək yaxud ət vardır (hədisi söyləyən şəkk edərək deyir ki, bu üçündən biri olub qabda): elə ki sənin yanına gəldi, Allahın və mənim tərəfimizdən ona salam söylə və onu Cənnətdə qızıldan, yaqutdan və dürrdən tikilmiş bir ev ilə və bütün çətinlikdən amanda qalmasını müjdələ.2 

XANIM XƏDİCƏNİN (S) PEYĞƏMBƏRDƏN (S) ÖNCƏ HƏYAT YOLDAŞI OLUBMU?
Burada olan əsas mövzumuz xanım Xədicənin (s) Peyğəmbər ilə evləndiyi zaman bakirə olub-olmaması haqdadır. Yəni sualımız budur ki, xanım Xədicə (s) Peyğəmbərdən öncə başqa bir kişi ilə evlənmişdi ya yox?
Bu sualın cavabı kifayət qədər şiə böyükləri və alimlərinin kitablarında mövcuddur. Onların hamısı bizim üçün möhtərəmdir yalnız burada mətləbin çoxluğuna görə ixtisarla qeyd etməklə kifayətlənirik:
Bəziləri iddia edir ki, Həzrət Rəsulullahın xanım Aişədən başqa heç bir bakirə qadını olmayıb. Xanım Xədicə (s) haqqında isə belə deyirlər: o Peyğəmbərdən öncə Ətiq ibn Abdullah Məxzumi və  Əbu Halə Təmimi adında iki nəfər ilə evlənib ki, onlarda hətta övladları da olub.
Bu iddia bəzi şiə böyükləri tərəfindən qəbul edilmir; çünki bu sözlərin çox hissəsi siyasətçilər tərəfindən Quranın Kövsəri, Fatimeyi Zəhranın (s) vücudunun zərfi olan xanımın bətninin müqəddəs nurunu aradan aparmaq üçün saxta uydurmalardır. Buna görə də bu mövzuya diqqət etmək və tarixi mənbələrdə mövcud olan sözləri təhlil və tənqid etmək şək-şübhəni aradan aparır.
Əhli-sünnə alimlərindən olan Əbul Qasim İsmail ibn Muhəmməd İsfahani bir başa deyir ki, həzrət Xədicə (s) bakirə idi.

وكانت خديجة امرأة باكرة ذات شرف ومال كثير وتجارة تبعث بها إلى الشام فتكون عيرها كعامة عير قريش

Həzrət Xədicə, bakirə və çoxlu mal mal-dövləti ilə yanaşı etibarlı bir qadın idi. Ticarət karvanlarını Şam şəhərinə göndərərdi ki, onun karvanı bütün Qüreyşin karvanı qədər idi.
Əl-İsfahani, Əbul Qasim İsmail ibn Muhəmməd ibn Əl-Fəzlul Timi (vəfatı 535 h.q), Dəlailul Nübuvvət, 1-ci cild, səhifə 178
 Əbul Qasim Kufi şiə alimlərindədir və bu haqda maraqlı bir sübut gətirir ki, siz əziz oxuculara təqdim edirik:

أن الإجماع من الخاص والعام من أهل الأنال ونقلة الأخبار على أنه لم يبق من أشراف قريش ومن ساداتهم وذوي النجدة منهم إلا من خطب خديجة ورام تزويجها فامتنعت على جميعهم من ذلك فلما تزوجها رسول الله صلى الله عليه وآله وسلم غضب عليها نساء قريش وهجرنها وقلن لها خطبك أشراف قريش وأمراؤهم فلم تتزوجي أحدا منهم وتزوجت محمدا يتيم أبي طالب فقيرا لا مال له، فكيف يجوز في نظر أهل الفهم أن تكون خديجة يتزوجها أعرابي من تميم وتمتنع من سادات قريش وأشرافها على ما وصفناه، ألا يعلم ذو التميز والنظر أنه من أبين المحال وأفظع المقال، ولما وجب هذا عند ذوي التحصيل ثبت أن خديجة لم تتزوج غير رسول الله

Şiə və əhli sünnə tarixçiləri və hədis yazarları bu haqda yekdilliklə nəzər bildirmişlər ki, Qüreyşin bütün cavanları, rəisləri, böyükləri xanım Xədicə ilə evlənmək üçün elçi gəldi və onunla evlənmək arzusunda oldu amma Xədiceyi Kübra onların hamısına rədd cavabı verdi. Allahın Peyğəmbəri (s) ondan elçilik edəndə Qüreyşin bütün xanımları ondan küsdü və ona belə deyərdilər: sən Qüreyşin böyüklərinin təklifini rədd edib elə birisi ilə evləndin ki, yoxsuldur və mal dövləti yoxdur.
Bu tarixi olaydan ağıl sahibləri nəticə çıxara bilər ki, necə oldu xanım Xədicə Qüreyşin böyükləri ilə evlənmədi, gedib Bəni Təmimdən olan bir ərəb ilə evləndi?
Düşüncə sahibləri bilmirlərmi bu mətləb qeyri-mümkün və qəbul olunmaz bir sözdür? Təhqiqatçılar bu məsələ sabit olunarsa o zaman biləcəklər ki, xanım Xədicə Peyğəmbərdən (s) başqa heç kəslə evlənməyibdir.
Əl Kufi Əbul Qasim Əli ibn Əhməd ibn Musa ibn Əl-İmamul Cavad Muhəmməd ibn Əli (vəfatı 352 h.q), Əl-İstiğasə kitabı, 1-ci cild, səhifə 70

BİR ŞÜBHƏYƏ CAVAB
İndi sual ortaya çıxır ki, əgər xanım Xədicə (s) Peyğəmbərdən (s) öncə kimsə ilə evlənməmişdirsə Zeynəb, Rüqəyyə və Ümmü Külsüm kimin qızları idi? Görəsən onlar Peyğəmbərin (s) övladı idi?
Tarix alimlərinin yazdığına əsasən xanım Xədicənin (s) Halə adında bir bacısı var idi. Halənin ərindən bir qızı var idi ki, onun da adı Halə idi. Sonra Təmimdən olan bir kişi ilə evlənmişdi ki, ondan da bir Hind adında qızı var idi. Bu Bəni Təmimdən olan kişinin də başqa bir dənə xanımı var idi ki, ondan da Zeynəb və Rüqəyyə adında iki qızı var idi. Bu iki qızın anası dünyadan köçəndən sonra əri də dünyasını dəyişir. Bundan sonra xanım Xədicənin (s) bacısı Halə dörd uşaq (Hind, Halə, Zeynəb və Rüqəyyə) ilə başçısız qalır. Belə olan halda Halənin birinci ərindən olan Hind adında qızı ərinin ailəsinə tapşırır, ikinci ərindən olan uşaqları götürərək bacısı xanım Xədicənin (s) evinə pənah gətirib onun yanında qalır. Bundan sonra xamım Xədicə (s) o uşaqlara başçılıq edərək Peyğəmbər (s) ilə evələnəndə o uşaqları da Peyğəmbərin (s) evinə gətirdi və Peyğəmbərin (s) yanında tərbiyə aldılar. O qızlar Peyğəmbərin (s) "rəbibəsi"3  kimi tanındı. Ərəblərin adət ənənəsinə əsasən rəbibəni qız kimi tanıyır və kimin rəbibəsi var idisə o şəxsin qızı ünvanında hesab olunurdu. Buna əsasən də o qızlar Peyğəmbərin (s) qızları kimi bilirdilər.


1. Biharul Ənvar, cild 16, səhifə 7, 5-ci bab
2. Əl-Buxariyyul-Cofi, Muhəmməd ibn İsmail Əbu Əbdullah (vəfatı 256 h.q), Səhihul-Buxari, cild 3, səhifə 1389, həmçinin cild 6, səhifə 2723
3. Bir qadının iki dəfə yaxud daha çox ərə gedərsə öncəki ərdən olan qız uşağı hal-hazırdakı ərinə "rəbibə" olur ki, bu qız uşağı böyüyəndə atası ögəy olmasına baxmayaraq ona məhrəm olur.

Mətni səsləndirdi: TURAN MƏMMƏDLİ
You must have the Adobe Flash Player installed to view this player.

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!