VARİS ZİYARƏTİ (OXUNUŞU VƏ TƏRCÜMƏSİ + AUDİO)

:

İmam Sadiq(ə)in Səfvani Cəmmala təliminə əsasən “Varis ziyarəti” kimi məşhurlaşmış ziyarətnamə Kərbəlada İmam Hüseyn(ə)i yaxından ziyarət edərkən oxunur.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, möminlərin çox vaxt oxuduqları “Varis ziyarəti” İmam Hüseyn (ə) ağanın geniş ziyarətinin bir hissəsidir.

Rizvan.Net – İslam maarifi jurnalı möminlərin istifadəsi üçün “Varis ziyarəti”ni səs yazısı və tərcüməsi ilə birlikdə təqdim edir. Ziyarətnamənin tərcüməsi Hörmətli alim Mircəfər Eyyubzadəyə məxsusdur.
İltimasi dua!

VARİS ZİYARƏTİNİN ƏRƏBCƏ MƏTNİ

السَّلامُ عـَلَيـْكَ يا وارِثَ آدَمَ صـَفـُوةِ اللهِ
السَّلامُ عـَلَيْكَ يا وارِثَ نـوُحٍ نَبــِيِ اللهِ
السَّلامُ عـَلَيـْكَ يـا وارِثَ إبـراهيـمَ خـَليـلِ اللهِ
السَّلامُ عـَلَيـْكَ يا وارِثَ موســى كـَليِم اللهِ
السَّلامُ عـَلَيـْكَ يـا وارِثَ عـيـسى روُحِ الله
السَّلامُ عـَلَيْكَ يا وارِثَ مـُحـَمـّدٍ حـَبـيبِ اللهِ
السَّلامُ عـَلَيـْكَ يـا وارِثَ اَميرِ المُؤمِنينَ وَلَيِ اللهِ
السَّلامُ عـَلَيـْكَ يَابـنَ مـُحـَمـّدٍ المـُصـطـَفـى
السَّلامُ عـَلَيْكَ يَابـن عـلي المرتـضـى
السَّلامُ عَلَيْكَ يَابـن فاطـمة الزهراء
السَّلامُ عَلَيْكَ يَابـنَ خَديجَةَ الكُبـرى
السَّلام عَلَيْكَ يا ثارَ اللهِ وابـنَ ثارِهِ والوِتـرَ المَوتـوُرَ
اَشـهَدُ اَنَّكَ قَد اَقَمتَ الصَّلاةَ وَ آتَيتَ الزَّكاة وَ اَمَرتَ بـاُلمِعروف ِوَ نَهَيتَ عـَنِ المُنكرِ وَ اَطـَعـتَ اللهَ وَ رَسـولَهُ حـَتّى اَتيكَ اليَقـينُ فـَلَعـَنَ اللهُ اُمَةً قَتـَلَتـكَ وَلَعَنَ اللهُ اُمَةً ظَلَمَتكَ وَلَعَنَ اللهُ اُمَةً سَمِعت بـِذلك فَرَضِيَت بـِهِ
يا مَولاي يا ابا عَبدِ اللهِ اَشهَدُ اَنّك كُنتَ نوُرا في الأصلابِ الشّامِخَةِ وَ الأرحـامِ المُطَهَرَةِ لم تـُنَجـِسـكَ الجـاهِليَّةُ بـاَنِجـاسـِها وَ لَم تـُلبـِسكَ مِن مُدلَهِمّاتِ ثـِيابـِها
وَ اَشـهَدُ أنَكَ مِن دَعائِم الدّين وَ اَركانِ المُؤمِنينَ وَ اَشهَدُ اَنّكَ الإمـام البَّرُ التَّقـيُ الرَّضـيُ الزَّكيّ الهادِي المَهدِيُ
وَ اَشـهَدُ اَنَّ الأَئمّة مِن وُلْدِكَ كَلِمةُ التَّقـوى وَ اَعـلامُ الهُدى وَ العـُروةُ الوُثـقى وَ الحـُجَّةُ عـَلى اَهل الدُنيـا
وَ اُشـهِدُ اللهَ وَ مَـلائكـَتـَهُ وَ اَنبـِيائَهُ وَ رُسـُلَهُ اَنّي بـِكـمُ مُؤمِنٌ وَبـإِيِابـِكم مُوقنٌ بـَشَرائِع ديني وخواتيِم عَمَلي و قَلبي لقَلبِكم سِلمٌ وَ اَمري لِامْرِكـمُ مُتَّبـع
صـَلَوات الله عَلَيكم وَعَلى اَرواحـِكم وَعَلى اَجسادِكُم وَ عـَلَى اَجـسـامِكُم وَعـَلى شـاهِدِكم وَعـَلَى غـائِبـِكم وَعـَلَى ظـاهركم وَعـَلى باطـنـكم
بـاَبـي أَنـت وَ اُمي يَا بْن رَسـُولِ اللهِ بِاَبي اَنتَ وَاَمّي يا ابـا عـَبـدِ اللهِ لَقَد عَظـُمتِ الرَّزيَّةُ و جـَلَتِ المُصـيبـَةُ بـِكَ عَلَينا وَعَلى جــَمــيعِ اَهل السَّمــواتِ و الأرض
فــَلَعَنَ اللهُ اُمـةً أَسرجَت و َاَلجمـَتْ وَ تـَهَيَأت و تَنـَقـَّبَـت لِقـِتالِك يامـَولايَ
يا ابـا عـَبـدِ اللهِ قـَصـَدتُ زيارتك اَسـئَلُ اللهَ بـالِشـأن الذَي لَكَ عِندَهُ وَ بـِالمَحَل الَّذي لَكَ لَدَيهِ اَن يُصـَليَ عَلَى مُحـَمّدٍ وَ آلِ مُحـَمّدٍ وَ اَن يَجعَلَني مَعَكم في الدُنيا وَ الآخـِرة

VARİS ZİYARƏTİNİN ƏRƏBCƏ OXUNUŞU

Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah.
Əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah.
Əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah.
Əssəlamu ələykə ya varisə Musa kəlimillah.
Əssəlamu ələykə ya varisə İsa ruhillah.
Əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah.
Əssəlamu ələykə ya varisə Əmiril-mumininə vəliyyillah.
Əssəlamu ələykə yəbnə Muhəmmədin-il-Mustəfa.
Əssəlamu ələykə yəbnə Əliyyin-il-Murtəza.
Əssəlamu ələykə yəbnə Fatimə-təz-Zəhra.
Əssəlamu ələykə yəbnə Xədicə-təl-Kubra.
Əssəlamu ələykə ya Sarəllahi vəbnə Sarihi, vəl-vitrəl-məvtur.
Əşhədu ənnəkə qəd əqəmtəs-səlatə və atəytəz-zəkatə və əmərtə bil-mə’rufi və nəhəytə ənil-munkəri və ətə’təllahə və rəsuləhu hətta ətakəl-yəqin.
Fələənəllahu ummətən qətələtkə və ləənəllahu ummətən zələmətkə və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bih.
Ya məvlayə ya Əba Əbdillah! Əşhədu ənnəkə kuntə nurən fil-əslabiş-şamixəti vəl-ərhamil-mutəhhərəh. Ləm tunəcciskəl-cahiliyyətu biəncasiha və ləm tulbiskə min mudləhimmati siyabiha.
Və əşhədu ənnəkə min dəaimid-dini və ərkanil-muminin.
Və əşhədu ənnəkəl-imamul-bərrut-təqiyyur-rəziyy, əz-zəkiyyul-hadil-məhdiyy.
Və əşhədu ənnəl-əimmətə min vuldikə kəlimətut-təqva və ə’lamul-huda vəl-urvətul-vusqa vəl-huccətu əla əhlid-dunya.
Və uşhidullahə və məlaikətəhu və ənbiyaəhu və rusuləh, ənni bikum muminun və biiyabikum muqinun bişərayii dini və xəvatiimi əməli, və qəlbi liqəlbikum silmun və əmri liəmrikum muttəbi.
Sələvatullahi ələykum və əla ərvahikum və əla əcsadikum və əla əcsamikum və əla şahidikum və əla ğaibikum və əla zahirikum və əla batinikum.
Biəbi əntə və ummi yəbnə Rəsulillah. Biəbi əntə və ummi ya Əba Əbdillah! Ləqəd əzumətir-rəziyyətu və cəllətil-musibətu bikə ələyna və əla cəmii əhlis-səmavati vəl-ərz. Fələənəllahu ummətən əsrəcət və əlcəmət və təhəyyəət və tənəqqəbət liqitalik.
Ya Məvlayə, ya Əba Əbdillah! Qəsədtu ziyarətək. (Qəsədtu hərəməkə və ətəytu ila məşhədik.) Əs’əlullahə biş-şə’nil-ləzi ləkə indəhu və bil-məhəllil-ləzi ləkə lədəyhi ən yusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən yəc’ələni məəkum fid-dunya vəl-axirəh.

VARİS ZİYARƏTİNİN TƏRCÜMƏSİ

Salam olsun Sənə, ey Allahın seçdiyi Adəmin varisi!
Salam olsun Sənə, ey Allahın nəbisi Nuhun varisi!
Salam olsun Sənə, ey Allahın dostu İbrahimin varisi!
Salam olsun Sənə, ey Allahın həmsöhbəti Musanın varisi!
Salam olsun Sənə, ey Allahın ruhu İsanın varisi!
Salam olsun Sənə, ey Allah həbibi Mühəmmədin varisi!
Salam olsun Sənə, ey Əmirəl-mömininin varisi!
Salam olsun Sənə, ey Mühəmməd Mustafanın oğlu!
Salam olsun Sənə, ey Əliyyi Mürtəzanın oğlu!
Salam olsun Sənə, ey Fatiməyi Zəhranın oğlu!
Salam olsun Sənə, ey Xədicəyi Kübranın oğlu!
Salam olsun Sənə, ey Allah yolunda tökülən müqəddəs qan. Və Allah yolunda şəhid olmuşun oğlu!
Şəhadət verirəm ki, sən əcəlin çatana qədər namazı bərqərar etdin, zəkat verdin, xalqı yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirdin, Allaha və Onun Rəsuluna itaət etdin. Allah lənət etsin, Səni qətlə yetirənlərə! Allah lənət etsin, Sənə zülm edənlərə! Allah lənət etsin, bu xəbəri eşidib razı olanlara!
Ey mənim Mövlam, ya Əba Əbdillah, şəhadət verirəm ki, sən nəcib nəsillərdə, pak bətnlərdə nur idin. Cahiliyyət öz napaklıqları ilə səni aludə etməmiş, öz murdar libasını sənin cisminə geyindirməmişdir.
Şəhadət verirəm ki, Sən dinin sütunlarından, möminlərin dayaqlarındansan.
Şəhadət verirəm ki, Sən xeyirxah, təqvalı, (Allah rizasına) razı, paklanmış, hidayət edən və özü də hidayət olunmuş imamsan.
Şəhadət verirəm ki, sənin nəslindən olan imamlar tam təqva nümunələri, hidayət nişanələri, (Allahın məxluqatla olan) möhkəm rabitə ipləri, (Allahın) dünya əhli üçün höccətləridir. Mən Allahı, onun mələklərini, elçiləri və rəsullarını şahid tuturam ki, dinimin qanunlarına müvafiq olaraq əməllərimin aqibətinə əsasən sizin haqq olmağınıza imanlı olub dönüşünüzə (rəcətimizə) etiqad bəsləyirəm.
Qəlbim sizin qəlbinizə təslim, əməllərim Sizin əməllərinizə tabedir. Allahın salavatı Sizə və Sizin pak ruhlarınıza, cəsədlərinizə, cisimlərinizə, sizin şahid və qaibinizə, zahir və batininizə olsun!"
Atam-anam Sənə fəda olsun, ey Allah Rəsulunun oğlu!
Atam-anam Sənə fəda olsun, ey Əba Əbdillah!
Həqiqətən, Sənin müsibətin bizə və bütün yer-göy əhlinə həddindən ziyadə ağır və böyükdür. Allah lənət etsin o ümmətə ki, Səninlə müharibə etmək üçün atlarını yəhərləyib? Cilov təzələyib ciddi hazırlaşdılar.
Ey Mövlam! Ey Əba Əbdillah! Mən Sənin hərəmini məqsəd tutaraq şəhid oduğun yerə gəlmişəm. Allahdan Sənin Onun yanındakı məqam və mənzilətinə hörmət xatirinə istəyirəm ki, Mühəmməd və Ali-Mühəmmədə salavat göndərib məni dünya və axirətdə sizinlə birgə etsin.

Audio - Varis ziyarəti

 

 

Tags: İMAM HÜSEYN (ə), DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!