XANIMLAR ÜLGÜSÜ HƏZRƏT ZEYNƏB (əs)

:

O səbir və şücaət təcəssümü və iffət müəlliməsi idi. Dünyaya gəlişi ilə, səbrin özünə xəcalət verdi, Zeynəb (əs). Bəli tarixin bu əfsanəsindən danışıram. Onun gəlişi, öz zülal dəqiqələri ilə eşqi məəttəl qoydu.

O, gəlmişdir ki, sədaqət və vəfanı, mətanət və vuqarı dünya əhlinə öyrətsin. O, gəlmişdir öz risalətini yerinə yetirsin. O, gəlmişdir qardaşına munis, həmdərd, yavər, Hüseyn (ə) karvanına sarvan, əsirlərin qəmxarı olsun. O, məzlumların ucalmış səsi olmaq üçün gəlmişdir. Hansı ki, o səs hələ də tarixin səhifələrindən haqq axtaranların qulaqlarına çatır. Bu təəccüblü deyildir ki, onu “Ummul Məsaib – Müsübətlər anası” adlandırdılar. Dağlar qədər qəm - qüssələrə səbir etdi xanım Zeynəb (əs). Həzrət Zeynəb (əs) həmin o şəxsdir ki, əsirlər karvanına bir ana və onların dərdinə şərik idi.

HƏZRƏT ZEYNƏBDƏN (əs) GÖZƏL BİR RƏVAYƏT

Bir gün atası Həzrət Əlidən (ə) soruşdu: Məni sevirsənmi?
Həzrət Əli (ə) buyurdu: Bəli.

Sonra o həzrət atasının cavabında belə buyurdu: iki məhəbbət – Allah məhəbbəti və övlad məhəbbəti - möminin qəlbində yerləşməz . Deməli bu sevgi və məhəbbətin sirri belə isbat olunur ki, xalis və həqiqi sevgi Allaha, şəfqət və ürək yanqısı övladlara məxsusdur. Bu əlaqə və sevgi də Allaha xatir olur.

Əmirəl-möminin (ə) də xanımın bu cavabını təstiq edərək onu təriflədi.1

Cəmadiul Əvvəl ayının beşi, Kərbəla səhrasının şir ürəkli xanımının təvəllüdü günü “tibb bacısı” günü adlanır. Bu münasibətlə xanımlarımızı və tibb bacılarını səmim qəlbdən təbrik edir uca Allahdan bütün Əhli-Beyt (ə) sevərlərə xanım Zeynəbə (s) layiq şiə olmağı diləyirik.

Mətni səsləndirdi: TURANƏ ALLAHVERDİYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Diqqət! Həzrət Zeynəb (əs) haqqında geniş məlumat əldə etmək üçün aşağıdakı linklərə müraciət edin.

ATASININ ZİNƏTİ XANIM ZEYNƏB (S)

XANIM ZEYNƏBİN (S) TƏVƏLLÜDÜNDƏ NƏ BAŞ VERDİ?

__________________

 1 - Mirza Muhəmməd Təqi Sepehr, Əl-Tərazul Məzhəb.

Tags: ƏHLİ-BEYT (ə), TARİX, XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!