O, SAMİRRA ŞƏHƏRİNDƏ QƏRİB BİR GÜL İDİ ...

:

Bu gün yer Peyğəmbərin (s) pak ailəsinə yenə qucaq açıbdır ki, bu dünyadan daha yaxşısında, övliyalar yanında ona həyat versin. Bu elə bir həyatdır ki, onları sevənlərin də burada payı vardır. Hansı ki, bu vədəni əziz Peyğəmbərimiz (s) vermişdir: “Mənim Əhli-Beytim(c) Nuhun (ə) gəmisi kimidir, ona süvar olan nicat tapar ondan ayrılan qərq olar”.

Rəcəb ayının 3-ü İmam Hadinin (ə) yəni onuncu imam Həzrət Əliyyən Nəqinin (ə) şəhadət şərbətini içdiyi gündür. İmam Hadi (ə) qırx iki yaşında şəhid edilərək İslam aləmini matəmə qərq etmişdir. O həzrətin şəhadəti Samirra şəhərini qəm-qüssəyə bürüdü. Bütün şiələr və Əhli-Beyt (ə) sevərlər o parlaq gövhərin matəminə ağladılar və həmin ili qəm-qüssə ili adlandırdılar. 

Abbasi xəlifəsi Mütəvəkkil, zahirdə İmam Hadini (ə) ehtiramla Samirra şəhərinə gətirsə də əslində onu təhqir etmək fikrində idi. Necə ki, Həzrət Samirra şəhərinə daxil olanda onu münasib olmayan yerdə sakin etdilər. O Həzrətin dostlarından biri bu məsələni İmama (ə) xatırlatdı. İmam (ə) cavabında buyurdu: "Allah, məqamını ucaltdığı şəxsi bu əməllərlə alçatmaq olmaz". 

Vilayət səmasının onuncu ulduzu İmam Əbul-Həsən Hadi (ə) öz dostlarına “Cameə Ziyarəti” irs qoymuşdur. Biz şiələrin canı o həzrətə fəda olsun ki, öz parlaq sözləri ilə bizi, Allahın əzəmətli asimanı ilə tanış etdi.  Bu ziyarətnamədə olan o nurlu kəlamlar İmam Hadinin (ə) elminin əzəmətindən xəbər verir. 

Salam olsun sənə ey Peyğəmbər (s) balası. Salam olsun ey mələklərin nazil olduğu ev sahibi. Salam olsun sənə ey elm xəzinəsi. Salam olsun sənə ey şiələrin onuncu rəhbəri. Salam olsun sənə ey onuncu hidayət və imamət günəşi. Salam olsun sənə ey hidayət edən imam və zülmətlərdə olan nur. Salam olsun sənə ey yaxşıların bayraqdarı. Allahın və mələklərin salamı olsun sənə.

Əziz və hörmətli izləyicilərimiz. İmam Hadinin (ə) şəhadəti münasibətilə öndə İmam Zaman (əc) ağamıza, rəhbərimiz Xamenei cənablarına və sizin hamınıza başlağlığı verir, Uca Allahdan o Həzrətə layiq ömür sürməyimizi diləyirik. 

DİQQƏT! İmam Hadi (ə) haqqında əlavə məlumat toplamaq üçün aşağıdakı linklərə müraciət edin.

İMAM HADİNİN (Ə) HƏYATI-1

İMAM HADİNİN (Ə) HƏYATI-2

Mətni səsləndirdi: ŞEYDA NİYAZOVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: İMAM HADİ (ə), İMAM NƏQİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!