MÜSİBƏTLƏT ANASI HƏZRƏT ZEYNƏBİN (ƏS) MATƏMİNDƏYİK

:

Qəmlər anası həzrət Zeynəbin (əs) vəfatı münasibətilə hamınıza basağlığı veririk

Salam olsun qəmli günlərinə ya Zeynəb. Salam olsun qeyrətinə ya Zeynəb. Salam olsun Kərbəla müsibətini yaşadan nitqinə ya Zeynəb. Salam olsun sənə ey Əli (s) qızı ya Zeynəb.
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı.

Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.

Bu dövrdə xanım Zeynəb (əs) hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb (əs) bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: “Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.
Həzrət Zeynəb (əs) onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.
Zeynəb (əs) Peyğəmbərdən (s) sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli (ə) qızı Zeynəb (əs) olduğunu sübut etdi. Elə bir Əli (ə) ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.

Əziz və dəyərli izləyicilərimiz! Müsibətlər anası həzrət Zeynəbin (əs) müsibətli vəfatı münasibəti ilə sahibimiz həzrət Mövla SahibəzZamana (əc) və rəhbərimiz Ayətullah Xamenei cənablarına və siz əziz möminlərə başsağlığı veririk. Allah bizi o həzrətin şəfaətinə şamil olan bəndələrindən qərar versin. Amin!

HƏZRƏT ZEYNƏBİN (ƏS) HƏYATI HAQQINDA VƏ O HƏZRƏT BARƏSİNDƏ ƏTRAFLI MƏLUMATLARI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN!

ATASININ ZİNƏTİ - HƏZRƏT ZEYNƏB (ƏS)

KƏRBƏLA QƏHRƏMANI - XANIM ZEYNƏB (ƏS)

XANIM ZEYNƏBİN (S) TƏVƏLLÜDÜNDƏ NƏ BAŞ VERDİ?

 

 

Tags: ƏHLİ-BEYT (ə), MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!