AĞAM HÜSEYN (Ə), TƏVƏLLÜDÜN MÜBARƏK

:

O Cənnət ağalarının ağasıdır
Sevinin ey şiələr izzətinizi qoruyan İmam Hüseyn (ə) dünyaya göz açdı bu gündə.

Azadlıq və azadəlik rəmzi dünyaya göz açdı. O dünyaya göz açdı ki, cəddi Peyğəmbərin (s) dinini dişlərini qıcamış canavarlardan alsın. O zülm ağaclarını kökündən kəsməyə gəldi. O öz qanı ilə İslam ağacının kökünü suvararaq onu yenidən göyərtdi. Bu həmin İmam Hüseyndir (s) Məhərrəm ayının onunda öz qanı ilə adını tarixə əbədi olaraq yazdı. O, öz gəlişi ilə Əli (ə) və Fatimənin (s) evini bir daha nurlandırıb cəddi Peyğəmbərin(s) qəlbini şad etdi.
İmam Hüseyn əleyhissalam təqribən altı il cəddi Rəsulullahın (s) yanında oldu, sonra otuz ilə yaxın atası ilə ömrünü keçirtdi. Bundan sonra isə on il İmam Həsən əleyhissalam-ın imamlığını qəbul edib ona itaət etdi. Daha sonra isə imamət və vilayətin ağır yükünü öz öhdəsinə götürdü. Nəhayət hicrətin altmış birinci ili İraqın Kərbəla çölündə zalım Yezid tərəfindən təşkil olunmuş ədalətsiz müharibədə zalım insanların əli ilə məzlumcasına şəhid olaraq “Seyyidüş-şühəda - Şəhidlər Ağası” ləqəbini Allah ona hədiyyə etdi.
Əziz izləyicilərimiz, bildiyiniz kimi Peyğəmbərimizin (s) ayı sayılan Şaban ayının özünəməxsus xüsusiyyətlərdən biri də bu ayda olan bayramlardır ki, bu ayın üçüncü günü İmam Hüseynin (ə) təvəllüdü günüdür. Bu münasibətlə İmam Hüseynin (ə) həyatında baş verən gözəl bir dastanı sizlərə ərmağan edirik:
Cavan bir oğlan İmam Hüseynin (ə) yanına gələrək dedi: “Mən günahkar bir kişiyəm və özümü günahdan saxlaya bilmirəm. Mənə nəsihət et, İmam Hüseyn (ə) buyurdu: beş işi yerinə yetirdikdən sonra nə qədər istəsən günah et.
Birinci, Allahın verdiyi ruzini yemə və nə qədər istəsən günah et.
İkinci, Allahın hakimiyyətindən çölə çıx və nə qədər istəsən günah et.
Üçüncü, elə bir yer seç ki, Allah səni görməsin və nə qədər istəsən günah et.
Dördüncü, Əzrail (ə) canını almağa gələndə onu özündən uzaqlaşdır və nə qədər istəsən günah et.
Beşinci, Cəhənnəmin maliki səni oda tərəf aparmaq istəsə, oda daxil olma və nə qədər istəsən günah et.
Cavan bir qədər fikrə daldı və xəcalət çəkib tövbədən başqa çarə yolu görmədi.
Bəli əziz izləyicilərimiz, bu gözəl və mübarək gün münasibəti ilə öndə İmam Zamanı (əc) və Həzrət Ayətullah Xameneini, sonra siz əziz möminləri təbrik edir hər birinizə Uca Allahdan bərəkəti ömür diləyirik.

DİQQƏT! İmam Hüseyn (ə) haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə müraciət edin.

İMAM HÜSEYNİN (Ə) HƏYATI - 1

İMAM HÜSEYNİN (Ə) HƏYATI - 2

İMAM HÜSEYNİN (Ə) HƏYATI -3

İMAM HÜSEYNİN QİYAMININ SƏBƏBİ NƏ İDİ?

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!