HƏZRƏT ABBASIN (Ə) FƏDAKARLIQ RƏMZİ

:

Şaban ayının dördüncü günü fədəkarlıq günüdür

Şaban ayının dördüncü günü, Kərbəla ələmdarı, qeyrət və qardaş nümunəsi həzrət Əbülfəzl Abbasın (ə) mübarək doğumu günündür. Həzrət Abbas əleyhissalam hicri qəməri tarixinin 26-cı ildə, Mədinə şəhərinə dünyaya göz açmışdır. Bu körpə olduqca gözəl və xoş sima olduğundna ona "Qəməri Bəni Haşim – Bəni Haşimin bədirlənmiş ayı" ləqəbi verildi. Həzrət İmam Əli (ə) ona Abbas adını qoydu, səbəbi də bu idi ki, Abbas adının mənası həm qəzəbli şir və həm də zəhmli siması olan deməkdir. Çünki həzrət Abbas zalımlara qarşı həm acıqlı həmd də zəhmli idi.
O həzrətin başqa ləqəblərindən biri də "Bubul həvaic – hacətlər qapısıdır". Çünki onun mübarək hərəmi ehtiyaclı olanların təvəssül məkanı və hacətlər qibləgahıdır.
O Əmirəl-möminin həzrət Əlinin (ə) və əziz anası həzrət Ummul Bəninin (s) qucağında böyüyərək qeyrət, şücaət və fədakarlıq rəmzinə döndü. Əli oğlu Abbas (ə) ömrü boyu atasından və qardaşlarından çoxlu faydalanaraq əxlaqi fəzilətləri özündə toplaya bildi. Həzrət Abbas (ə) üç məsum İmamdan (ə) əldə etdiyi bütün əxlaqi fəzilətləri Aşura günü Kərbəlada aşkar etdi və İmam Hüseyn (ə) hərəkatının əbədi yaşamasında böyük rol ifa etdi.
Həzrət Abbasın (ə) İmam Hüseynə (ə) olan məqamı Həzrət Əlinin (ə) əziz Peyğəmbərimizə (s) olan məqamı kimi idi. O İmam Hüseynin (ə) dayağı idi necə ki, İmam Əli (ə) Peyğəmbərimizin (s) dayağı idi.
Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi də sınmış qəlblərin qibləgahıdır. Nurani hərəmi aşiqlərin qəlblərinin aramlıq məkanıdır. Ümidsizlər onun hərəmində Allaha ümid tapır, çünki bilirlər ki, Allah Abbasa (ə) xatir onların bütün hacətlərini yerinə yetirəcək. Bilirlər ki, Abbasın (ə) hərəminə qəmgin daxil olan sevincək halda oradan çölə çıxar.
Həzrət Abbas (ə) İslam və zamanəsinin İmamı (ə) yolunda kamil şəkildə canında keçərək şəhidliyin ən ali mərtəbəsinə ucaldı. Məhz buna görədir ki, o həzrətin mövlud gününü yəni Şabanın dördüncü gününü fədakarlıq günü kimi qeyd etmək olar.
Əziz izləyicilərimiz. Bu bərəkətli və əziz gün münasibəti ilə öncə İmam Zamanı (əc) və həzrət Ayətullah Xamenei cənablarını və siz mömin qardaş və bacılarmızı təbrik edir uca Allahdan hamınıza xoş günlər və əbədi səadət arzu edirik. Fürsətdən istifadə edərək bütün Şaban Bayramlarını sizlərə təbrik edirik.

 

Mətni səsləndirdi: SƏFAQULİYEV ELÇİN
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!