KƏRBƏLANI MƏDİNƏDƏ YAŞADAN XANIM - HƏZRƏT ÜMMÜL BƏNİN (əs)

:

Adı Fatimə idi amma Ümmül Bənin deyə səslərdi onu mövla! Ey oğlanlar anası! Baxmayaraq sən Hüseynin (ə) qəm-qüssəsini azaltmaq və qəminə şərik olmaq üçün Kərbəlada ola bilmədin amma Mədinədə qalaraq, yeni cücərməkdə olan Aşuraya ağacını göz yaşlarınla sulayaraq onu canlandırıb, damarına qan axıdıb bu uca dəyəri yaşatdın.

Ey Beytul Əhzanın (Hüzn evinin) çırağı, sən ey başıuca xanım! Zəhranın (əs) və Hüseynin (ə) şəfaəti sənin bütün aşiqlərinə də çatacağına ümid edirik. Başın uca oldu xanım Zəhra (əs) yanında xoş halına, ey igidlər anası!

Ey dörd oğlu olan məqtuli Aşura

Ey rövzəxanlıq edən matəmi tasua

Harda səni görsəydi Zeynəbi Kübra

Deyərdi ey vay gəlmədi həzrəti Səqqa

Ümmül Bənin (əs)! O igidlər anası, baxmayaraq Kərbəlada olmadı lakin qəlbi əbədi olaraq Kərbəlada, gözü isə üfüqlərdə qaldı ki, görəsən “eşq karvanı” qayıdacaq yoxsa yox? Həzrət Ümmül Bənin həmin anadır ki, “fərat” kənarında qəlbi, şücaət və gözəllikdə bənzəri olmayan oğlunun matəmində yandı.

Ümmül Bənin (oğlanlar anası) kimi tanına Fatimə binti Hizam (əs) İmam Əlinin (ə) həyat yoldaşı və şiələrin yanında möhtərəm bir xanım kimi tanınır. Onun Həzrət Abbas (ə), Abdullah, Cəfər və Osman adında dörd oğlu Aşura günü İmam Hüseynin (ə) yanında şəhid oldular. Bu dörd oğlu olduğu üçün ona Ümmül Bənin (oğlanlar anası) kimi məşhur oldu.

Kərbala hadisəsindən sonra Ümmül Bənin İmam Hüseyn (ə) və övladları üçün elə əza saxladı ki, hətta Əhli-Beyt (ə) düşmənləri də o həzrətin halına ağlayırdı. Həzrət Ümmül Bəninin məzarı Mədinə şəhərində olan məşhur Bəqi qəbristanlığında yerləşir.

ÜMMÜL BƏNİN (əs) KİMİN NƏSLİNDƏNDİR?

Ümmül bəninin atası Hizam ibn Xalid, Bəni Kəlab qəbiləsindən1, anası isə Leyla ya Səmamə, Səhl ibn Amir ibn Malikin qızıdır.2

XANIMIN İMAM ƏLİ (Ə) İLƏ EVLƏNMƏSİ

Xanım Fatimeyi Zəhranın (əs) şəhadətindən sonra İmam Əli (ə) qardaşı Əqil ilə məsləhətləşərək igid və cəngavərlər dünyaya gətirə biləcək bir xanım haqqında sorağlaşdı. Əqilin təklifindən sonra Həzrət Əli (ə) xanım Fatimə binti Hizam ilə evləndi.3 Bu izdivacın tarixi haqqında da dəqiq məlumat yoxdur. Hətta xanım Zəhradan (əs) sonra ikinci yoxsa üçüncü xanım olduğu haqda dəqiq məlumat əlimizə gəlib çatmamışdır.4 Xanım Ümmül Bənin (əs) Həzrət Əlidən (ə) sonra heç kəslə evlənməmişdir.

Rəvayət olunur ki, İmam Əli (ə) xanım Fatimə binti Xizam (əs) ilə evləndikdən bir müddət sonra xanım, həzrət Əliyə (ə) təklif edərək dedi ki, bundan sonra onu İmam Həsən (ə) və İmam Hüseynin (ə) yanında əsas adı olan Fatimə deyə çağırmasın ki, bu adı uşaqlar eşidəndə anaları yadına düşür. Bundan sonra İmam Əli (ə) xanımı Ümmül Bənin (oğlanlar anası) adlandırdı.5

ÜMMÜL BƏNİN (əs) KƏRBƏLA HADİSƏSİNDƏN SONRA

Ümmül bənin Kərbəlada iştirak etmədi. Kərbəla əsirləri Mədinə şəhərinə daxil olanda bir nəfər övladlarının şəhadət xəbərini o xanıma çatdırdı. Lakin xanım İmam Hüseynin (ə) haqqında ilk olaraq soruşdu. Ümmül Bənin dörd oğlu və İmam Hüseynin (ə) şəhadət xəbərini eşidəndə belə dedi: “ey kaş övladlarım və yer üzündə olan hər bir şey Hüseynə (ə) fəda olardı amma Hüseyn (ə) sağ qalardı.”6

ÜMMÜL BƏNİNİN (əs) ÖVLADLARINA MATƏM SAXLAMASI

Övladları şəhid olduqdan sonra xanım Ümmül Bənin (əs) hər gün nəvəsi Übeydullah (Həzrət Abbasın (ə) oğlu) ilə birlikdə Bəqi qəbristanlığına gedib, orada öz yazdığı qəmli şeirlərini oxuyar və ağlayırdı. Mədinə sakinləri onun ətrafına toplaşar, onunla birlikdə ağlayardı. Hətta deyilənlərə görə Mədinənin hakimi Mərvan ibn Həkəm də onlara qoşulardı.7

ÜMMÜL BƏNİNİN (əs) VƏFATI

Ümmül Bəninin vəfatı ilə bağlı əlimizdə dəqiq məlumat olmasa da ən çox qəbul olunan nəzər budur ki, o xanım hicrətin 64-cü ili Cəmadiüs Sani ayının 13-də vəfat etmiş və Bəqi qəbristanlığında dəfn olunmuşdur.8 Bəzi tarixçilər isə o xanımın vəfat tarixini elə həmin ilin Cəmadiüs Sani ayının 18-də qeyd etmişdir.

Əziz və dəyərli izləyicilərimiz! Xanım Ümmül Bəninin (əs) qəmli vəfatı münasibətilə öndə İmam Zamanı (əc) və həzrət Ayətullah Xamenei ağamıza, sonra siz əzizlərə başsağlığı verir hamınıza Qiyamət günü o həzrətin şəfaətini diləyirik.

Hazırladı: R. Mahmudzadə
Rizvan.net İslam Maarifi Jurnalı


1 Ümdətüt Talib, səh 356.
2 Xəsaisul Abasiyyə, səh 63.
3 Ümdətüt Talib, səh 357
4 Səqqaye Kərbəla, səh 83.
5 Çohreye derəxşane Qəmər Bəni Haşem, c 1, səh 69
6 Rəyahinuş Şəriət, c 3, səh 293.
7 Məqatilut Talibin, səh 85
8 Çohreye derəxşane Qəmər Bəni Haşem, c 2, səh 76.

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!