ÜMMÜL BƏNİNİN YANIQLI NALƏLƏRİ

:

Ümmül-Bənin, Fatimə Zəhradan (ə) sonra Əmirəl-möminin Əlinin (ə) həyat yoldaşı olmuşdur. Onun adı da Fatimə idi. Abbas, Abdullah, Cəfər və Osman adlarında dörd oğlu Kərbəlada, İmam Hüseynin (ə) kənarında şəhadətə çatdılar.

O, övladlarının xatirəsi üçün gündüzlər Bəqi məzarlığına gedir və orada əza saxlayırdı.
Şeyx Abbas Qumi yazır: Ümmül-Bənin Abbasın oğlunun – adı Übeydullah idi – əlindən tutur, gündüzlər Bəqiyə gedir və övladları üçün mərsiyə oxuyurdu. Mədinə camaatı onun yanıqlı mərsiyələrini eşitmək üçün ətrafına toplaşır, ona qoşularaq göz yaşı tökürdülər. Onun əzadarlığı o qədər yanıqlı idi ki, hətta Mərvan ibn Həkəm – Əhli-beytin (ə) qəddar düşməni – bu mənzərəni gördükdən sonra təsirləndi və ağladı.
O dağ görmüş xanım bir çox şeirlər oxuyurdu, o cümlədən:
“Ey Abbasın alçaqlara hücum etdiyini və hər biri bir güclü şirə bərabər Heydər oğullarının arxasında dayandığını görən kəs,
Xəbər çatdı ki, qolları kəsilmiş oğlumun başına dəmir əmud vurublar, Vay şir kimi uşağıma ki, dəmir əmud başına endi!
Əlbət ki, əlində qılınc olsaydı, kimsə sənə əsla yaxınlaşmazdı”.
Həmçinin, Mədinə qadınlarına müraciətlə deyirdi:
“Artıq mənə Ümmül-Bənin deməyin, çünki mənə (döyüş və cihad) şirlərini xatırladır,
Oğlanlarım vardı,onlara xatir Ümmül-Bənin səsləyirdilər amma bu gün artıq heç bir oğlum yoxdur (ki, onlara görə məni Ümmül-Bənin adlandırsınlar).
O dörd övlad ki, (cihad meydanında) qartal kimi iti uçurdu o qədər igidlik və dözüm göstərdilər ki, kəsilmiş damarlarla ölümün görüşünə getdilər (və şəhadətə çatdılar)1.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu – Rizvan.az saytı üçün

Mətni səsləndirdi: TURAN MƏMMƏDLİ
You must have the Adobe Flash Player installed to view this player.

 


1. “Səfinətul-bihar”, c. 1, səh. 510 (“rəsa” sözü)

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!