XANIM XƏDİCƏNİN(s.ə) VƏSİYYƏTİ

:

Bismillahir rəhmanir rəhim əlhədulillahi rəbbil aləmi və sələllahu əla seyyidina Muhəmmədin və alihi tahirin.
Əziz müsəlmanlar sizi möminlər anası həzrət Xədicə (s.ə)-nin vəfat günü münasibəti ilə başsağlığı veririk!

Həzrət Xədicə (s.ə) hicrətdən üç il öncə xəsdələndi və xəstəliyinin şiddətli bir vaxtında Peyğəmbər (s)-ə müracətiət edərək buyurdu: “Ey Allahaın Rəsulu! Bir neçə vəsiyyətim var: Birinci vəsiyyətim budur ki, sənə layiqincə xidmət edə bilmədim, bağışla məni”.
Peyğəmbər (s) buyurdu: “Səndə heç vaxt bir qüsur belə görmədim. Sən son həddə qədər çalışdın, evimdə çox yoruldun və var dövlətini sonuna qədər Allah yolunda xərclədin”.
Həzrət Xədicə (s.ə) qızı Həzrət Fatimə (s.ə)-yə işarə edərək buyurdu: “Ey Allahın Rəsulu! İkinci vəsiyyətim budur ki, qızımıza qayğıkeş olasan. Çünki o məndən sonra yetim və qərib qalacaqdır. Buna görədə məbada qüreyş qadınlarından kimsə onu incidə! Məbada kimsə üzünə sillə vura! Məbada kimsə başına qışqıra! Məbada kimsə onunla kobut rəftar edə!
Amma üçüncü vəsiyyətimi deməyə utanıram, istəyirəm qızım Fatiməyə deyəm ki, sənə çatdırsın”. Sonra qızı həzrət Fatimə (s.ə)-ni çağıraraq belə buyurdu: “Gözümün nuru, atan Allah Rəsuluna de ki, anam deyir: mən qəbirdə olacaq aqibətimdən nigaranam. Səndən xahiş edirəm ki, məni sənə vəhy gəldiyi zaman əynində olan paltara büküb kəfənləyəsən”.
Həzrət Fatimə (s.ə) otaqdan çıxıb məsələni Peyğəmbər (s)-ə çatdırdı və Həzrət (s) isə köynəyini xanımı üçün göndərdi, o çox sevindi.
Həzrət Xədicə (s.ə)-nin vəfatı zamanı Peyğəmbər (s) onun qüsul və kəfənlənməsini öz üzərinə götürmüşdü.
Gözlənilmədən vəhy mələyi Cəbrail (ə) Cənnət kəfəniylə nazil olub buyurdu: “Ey Allahın Rəsulu! Allah-taala sənə salam çatdırır və buyurur: Həzrət Xədicə (s.ə) öz var dövlətini mənim yolumda sonuna qədər xərcləyib qurtardı. Onun kəfənini öhtəsinə götürməyə yalnız biz layiqik”.

Mənbə: “Biharul-ənvar”, c. 9, səh. 14.
Hazırladı: Rəsul Mahmudzadə

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!