AŞURA GÜNÜ BAŞ VERƏN HADİSƏLƏRDƏN (1)

:

AŞURA GÜNÜ İMAM HÜSEYN(Ə)IN İMAM SƏCCAD(Ə)A ÖYRƏTDİYİ DUASI
İmam Səccaddan (ə) nəql olunur ki, buyurub: Atam şəhadəti günü məni bağrına basıb başdan ayağa qan halında mənə buyurdu:

Övladım! Sənə öyrədəcəyim bu duanı əzbərlə ki, onu anam Fatimeyi-Zəhra (s) mənə öyrədib və o da Peyğəmbərdən, Peyğəmbər isə Cəbraildən nəql edib.

DUANIN ƏRƏBCƏ MƏTNİ

بِحَقِّ يسَّ وَالْقُرْآنِ الْحَكيمِ وَ بِحَقِّ طه وَ الْقُرْآنِ الْعَظيمِ يا مَنْ يَقْدِرُ عَلى حَوآئِجِ السّآئِلينَ يا مَنْ يَعْلَمُ ما فِى الضَّميرِ يا مُنَفِّساً عَنِ الْمَكْرُوبينَ يا مُفَرِّجاً عَنِ الْمَغْمُومينَ يا راحِمَ الشَّيْخِ الْكَبيرِ يا رازِقَ الطِّفْلِ الصَّغيرِ يا مَنْ لايَحْتاجُ اِلَى التَّفْسيرِ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَافْعَلْ بى كَذا و كَذا

OXUNUŞU
Bihəqqi Yasin vəl Quranil Həkim və bihəqqi "TA-HA" vəl Quranil Əzim, Ya Mən yəqdiru əla həvicus sailin, ya Mən yə`ləmu ma fiz-zamir, ya munfisən ənil məkrubin, ya Mufricən ənil məğmumin, ya Rahiməl şeyxul kəbir, ya Raziqəl tiflus sağir, ya Mən la yəhtacu ilət-təfsiri, səlli əla Muhəmmədin və ali Muhəmmədin vəf-əl bi kəza və kəza... .

TƏRCÜMƏSİ
[İlahi!] Yasinin, Qurani-Həkimin, "Ta-Ha"nın və Qurani-Əzimin hörmətinə, ey hacət istəyənlərin ehtiyacını ödəməyə Qadir olan kəs, ey batində olanları bilən, ey qəm-qüssəni giriftar olanlardan aparan, ey qəmginlərdən qəmi çəkib çıxaran, ey qocalara rəhm edən, ey körpə uşaqlara ruzi verən, ey təfsir və izaha ehtiyacı olmaya, Məhəmməd və onun ailəsinə salam göndər, mənə bu cür və bu cür et (kəza və kəza sözlərinin yerinə hacətlərini istə).

 Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Tags: İMAM HÜSEYN (ə), İMAM SƏCCAD (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!