AŞURA GÜNÜ BAŞ VERƏN HADİSƏLƏRDƏN (3)

:

ŞƏHADƏTDƏN SONRA
İmam Hüseyn (ə) şəhid olandan sonra düşmən qoşunu qənimət yığmaq üçün bir-biri ilə yarışırdı.

Təbəri öz tarixində Əbu Məxnəfdən nəql edir: İmamın (ə) paltarlarını əynindən çıxartdılar! O həzrətin köynəyini İshaq ibn Həyat Həzrəmi götürüb əyninə geydi və tükü tökülərək bədənini yara basdı. Sonra o həzrətin əmmaməsini Əhbəs ibn Mirsəd və yaxud Cabir ibn Yezid başına bağladı və başı havalanıb dəli oldu. Həzrətin qətifəsini (dəstmalını) Qeys ibn Əş-əs götürür və bundan sonra ona Qətifə Qeys deyirdilər sonradan cüzam xəstəliyinə tutulur ailəsi ondan uzaq durur və onu zibilliyə atırlar sonradan itlər onun bədənini parça-parça etdi. Bundan sonra hər kəs bir şeyi İmam Hüseyndən (ə) götürdü. Biri ayaqqabısını, biri qılıncını və s götürdü, hər biri də müxtəlif xəstəliyə tutulur.
İbn Şəhri Aşub deyir: Həzrətin kamanını və onun hissələrini Dəhil ibn Xəsimə Co`fi ibn Şəbib Həzrəmi, Cərir ibn Məsud və Sələbə ibn Əsvəd Usəmi götürdü və həzrətin üzüyünü Bəcdəl ibn Səlim Kəlbi barmağını kəsərək götürdü.
Məhəmməd ibn Müslim deyir: İmam Sadiqdən (ə) İmam Hüseynin (ə) üzüyü haqqında soruşdum ki, həzrətin üzüyü ondan sonra kimə çatır?  Sonra İmama (ə) ərz etdim ki, sanki o həzrətin üzüyünü düşmən aparıb. İmam Sadiq (ə) buyurdu: deyilən kimi deyil, həqiqətən Hüseyn (ə) övladı Əli ibn Hüseynə vəsiyyət etdi və üzüyünün üzərində olan möhürü də onun öhdəsində qoydu.
İbn Zaidə deyir: Həzrətin digər şəhidlərini, səhabələrini və ailəsini də Küfə ordusu üryan edib paltarlarını qarət etdilər.

XEYMƏLƏRİN QARƏT OLUNMASI
İmam Hüseynin (ə) xeyməsini qarət etməkdə birbiri ilə ötüşən düşmən xanımların çadralarını başından açmağa da həya etmədi. Əhli-Beyt(ə)ın qadınları da qohumların ayrılığından ağlayıb vay-şivən edirdi.
Həmid ibn Müslim rəvayət edir ki, bir qadını gördüm ki, Bəni Bəkr ibn Vail qəbiləsindən idi və həyat yoldaşı ilə Kərbəlada Ömər Sə`din qoşununda iştirak edirdi. O xanım görəndə ki, düşmən vəhşicəsinə Əhli-Beytin (ə) qadınlarına hücum edir əlinə qılıncı alıb xeymələrə tərəf gəlib öz qəbiləsini çağırdı: ey Bəkr ibn Vail ailəsi! Allah Rəsulunun qızlarını qarət edirlərmi? Hökm yalnız Allaha məxsusdur! Qalxın Peyğəmbərin qanının intiqamına qalxın. Bundan sonra o qadının həyat yoldaşı onu tutub öz yerinə qaytardı.
Ravi deyir: Ömər Sə`d qadınları xeymələrdən çölə çıxardır və xeymələrə od vurur. Qadınlar çölə çıxanda paltarlarını oğurlamışlar və onlar ayaqyalın idi. Bu an insanların ən alçaqlarından biri həzrət Ümmu Külsümə hücum edib onun sırğalarını qulaqlarından çəkib qoparır. Sonra o xəbis özü ağlaya-ağlaya Fatimə binti Hüseyn(ə)ın ayağından zinətini çıxarır!
İmam Hüseynin (ə) qızı təəccüblə soruşur: nə üçün ağlayırsan?
O cavabında dedi: necə ağlamayım ki, Allahın Peyğəmbərinin qızlarını qarət edirəm.
Fatimə buyurdu: belədirsə onda bu cür etmə!
O məlun dedi: qorxuram başqası onu götürər!
Nəhayət Əhli-Beytin (ə) bütün malını qarət etdikdən sonra qadınları və İmam Səccadı (ə) əsir götürüb Şama doğru apardılar... .
Allah zalım tayfanı hidayət etməz

 

 

Tags: İMAM HÜSEYN (ə), İMAM SƏCCAD (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!