AŞURA GÜNÜ BAŞ VERƏN HADİSƏLƏRDƏN (2)

:

İMAM HÜSEYN(Ə)IN VİDA SƏHNƏSİ
Aşura günü artıq İmam Hüseynin (ə) bütün səhabələri şəhid olub. Nəhayət İmam Hüseynin (ə) döyüşə getmə zamanı gəlib çatdı. Bu an İmam Hüseyn (ə) Əhli-Beyti (ə) ilə sağollaşmaq üçün xeymələrə gəlib buyurdu:

Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Məndən sizə salam olsun!
Xanım Səkinə fryad edib buyurdu: atacan! Ölümə gedirsənmi?!
İmam Hüseyn (ə) buyurdu: necə bu cür olmasın halbuki, kömək edən və yavər yoxdur?!
Səkinə buyurdu: atacan! Bizi cəddimizin hərəminə qaytar!
İmam (ə) buyurdu: əgər qita quşunu azad etsəydilər yerə enərdi.
Hərəmin xanımları bu sözü eşitcək ahu-zar edib şivən qopartdı. İmama Hüseyn (ə) onları sakit etdi və üzünü Ümmü Külsümə tutub buyurdu: ey bacı! Sənə vəsiyyət edirəm özünü ələ alasan. Bu an Səkinə fəryad edərək İmamın (ə) yanına gəldi. İmam Hüseyn (ə) həzrət Səkinəni çox istəyirdi, onu sinəsinə sıxıb ağlayaraq şer oxudu.

ÜÇ YAŞLI QIZ UŞAĞI
Elə ki, İmam Hüseyn (ə) ailəsi ilə vidalaşıb meydana gedəndə üç yaşlı nazlı qızını öpdü və o balaca qız susuzluqdan fəryad edib deyirdi: Atacan! Əl-Ətəş!
Həzrət buyurdu: ey mənim balaca qızım! Səbr et sənin üçün su gətirim.
Sonra o həzrət meydana və Fərat çayına doğru hərəkət etdi, bu an bir kişi Kufə ordusundan gəlib İmam Hüseynə (ə) dedi: ey Hüseyn! Qoşun xeymələrə hücum etdi. Həzrət xeymlərdən çölə çıxıb özünü sürətlə xeymələrə çatdırdı. O balaca qız atasının qabağına çıxıb dedi: ey mehriban ata! mənim üçün su gətirdinmi?! İmam Hüseyn (ə) bu sözləri eşidəndə gözlərindən yaş axıdaraq buyurdu: Allaha and olsun sənin susuzluğa dözməyin mənim üçün çətindir. Sonra barmağını balaca qızının ağzına qoyub əli ilə onun anlını sığallayıb ona təsəlli verdi. İmam Hüseyn (ə) xeymələrdən çölə çıxmaq istəyəndə o körpə bala atasının qabağını kəsib onun ətəyini tutdu. İmam Hüseyn (ə): ey mənim balam! Sənin yanına gələcəyəm. Bundan sonra İmam Hüseyn (ə) meydana gedib meydanda da sonuncu xütbəsini söylədi. Lakin əfsuslar olsun qəlbi möhürlənmiş düşmən qoşununda olanlar hidayət yolunu tapa bilməyib tarixin cinayət dəftərinə öz adlarını bir-bir yazdılar... .
Allah zalım tayfanı hidayət etməz.

 Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Tags: İMAM HÜSEYN (ə), İMAM SƏCCAD (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!