MÜAVİYƏNİN İLKLƏRİ

:

Mərhum Əllamə Əmini özünün dəyərli "Əl-Qədir" kitabında aşkar sənəd və dəlillərlə Müaviyənin şəxsən meydana gətirdiyi bidətləri, törətdiyi faciələri toplamışdır.
Burada isə müxtəsər şəkildə onların siyahısını əziz oxucuların nəzərinə çatdırırıq:

İlk dəfə açıq-aşkar şərab içən və onu alan şəxs Müaviyə olmuşdur.
İlk dəfə İslam mühitində fahişəliyi yayan Müaviyə olmuşdur.
İlk dəfə ribanı (sələm, faiz) halal sayan Müaviyə olmuşdur.
İlk dəfə iki bacı ilə eyni zamanda evlənməyə icazə verən Müaviyə olmuşdur.
İlk dəfə Peyğəmbər (s) sünnəsində “diyələr”1 məsələsində dəyişiklik edən Müaviyə olmuşdur.
İlk dəfə (həcc mərasimində) "Ləbbəyk" zikrini tərk edən Müaviyə olmuşdur.
İlk dəfə ilahi hədləri (cəzaları) icra etməkdən boyun qaçıran kəs Müaviyə olmuşdur.
İlk dəfə saxta hədislər yazmaq üçün pul ayıran şəxs Müaviyə olmuşdur.
Camaatla beyət zamanı Həzrət Əlidən (ə) uzaq olmağı şərt kəsən ilk şəxs Müaviyə olmuşdur.
Peyğəmbər (s) səhabələrindən birinin (Əmr ibn Həmiqin) başını kəsdirən və onu şəhərbəşəhər gəzdirən birinci şəxs Müaviyə olmuşdur.
Peyğəmbər (s) xilafətini padşahlığa (səltənətə) çevirən birinci şəxs Müaviyə olmuşdur.
Allah dininə hörmətsizlik edən və günahkar oğlunu xilafət üçün seçən birinci şəxs Müaviyə olmuşdur.
Peyğəmbər (s) şəhərini qarət etmək göstərişi verən birinci şəxs Müaviyə olmuşdur.
Həzrət Əliyə (ə) nalayiq sözlər söyləməyi yayan ilk şəxs Müaviyə olmuşdur.
(Peyğəmbərin (s) göstərişinin əksinə olaraq,) “Bayram (Fitr və Qurban)” namazının xütbəsini bayram namazından önə salan və bu yolla camaatın dağılışmasından öncə öz xütbəsində Həzrət Əliyə (ə) nalayiq sözlər demək istəyən birinci şəxs Müaviyə olmuşdur.2
Bunlar, Müaviyənin ilahi hökmləri dəyişməsi, Peyğəmbər (s) sünnəsini pozması və Allahın əmrlərini ayaqlar altında qoyması ilə bağlı törətdiyi cinayət və faciələrinin sadəcə bir hissəsi idi. Əgər bir şəxs onun və Bəni-Üməyyədən olan digərlərinin bütün həyat tarixini araşdırsa, yenə də daha artıq nümunələr əldə edər. Həqiqətən, əgər İslama biganə olan bu zalımların hökuməti davam etsəydi, şübhəsiz, İslamdan bir əsər-əlamət qalmazdı və bu sözlər əlimizdə olan çoxsaylı sənədlərlə inkarolunmazdır. Biz bəzilərinin göz yumaraq bütün bu faciələrlə yanaşı, israrla Müaviyə və Bəni-Üməyyəni tərifləməsinə təəccüb edirik. Doğurdan da, təəccüblüdür. Görəsən, insaf haradadır?!3 Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu-Rizvan.net İslam Maarifi Jurnalı


1 Zərər görmüş şəxsə ödəniləcək mal və ya pul.
2 Daha artıq məlumat üçün “Qədir” adlı kitabın 11-ci cild, 71-ci səhifədən sonraya müraciət edin. Yuxarıdakı mətləblərin hamısı əhli-sünnə qardaşlarımızın kitablarından cild və səhifələri ilə birlikdə orada qeyd edilmişdir.
3 "İmamın mesajı (ə)", c. 4, səh. 329.

Tags: TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!