İNSANLIĞIN ƏZƏMƏTİ - HƏZRƏT ZEYNƏB (ə.s)

:

İBADƏT VƏ BƏNDƏLİK
Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur.

Peyğəmbər və imamlar mərifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan həzrət Zeynəb(s.ə) onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və məbudu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin(s.ə) uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu:
«Ya uxtah, la tənsini fi nafilətil-ləyl».
“Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu.Həzrət Zeynəbin (s.ə) qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb(s.ə) bəndəliyinin cilvələridi

TƏFƏKKÜR VƏ TƏDBİR
Həzrət Zeynəbin (s.ə) mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. Necə ki, imam Səccad (ə) Kufə bazarında həzrət Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu:
«Ənti bihəmdillahi alimətun ğeyru muəllimətun və fəhimətun ğeyru mufəhhəmətun».
“Allaha şükr olsun ki, sən təlim olunmamış alim və öyrədilməmiş müdriksən”.
Həzrət Zeynəb(s.ə) bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin(s.ə) düşüncə və tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də “Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı.

İSAR VƏ FƏDAKARLIQ
Zeynəb (s.ə) həzrət Əli(ə.s) və həzrət Zəhranın(s.ə) qızıdır, o ailə ki, “Həl əta” surəsi onların şənində nazil olub, onları xaliscəsinə etdikləri isara görə tərif etdi. Özündən keçmək və başqalarını özündən qabağa salmaq Peyğəmbər(s) xanədanın xüsusiyyətlərindəndir. Bu xanədandan olan və tovhid məktəbindən dərs alan həzrət Zeynəb(s.ə), öz yaşayışının hamısında, xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin dillər əzbəridir. O, çətinliklərdə özündə keçdi və fədakarcasına davrandı. çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında nəhayət dərəcədə müqavimət göstərirdi. Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur:
Bibim Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O, mənzillrdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı, çünki üç gün idi öz yemək payını kiçik yaşlı uşaqlara verirdi.
Həzrət Zeynəbin(s.ə) bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin(s) həzrət Zeynəbin təvəllüdü vaxtında buyurduğu “hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm, çünki, o Xədicəyə oxşayır” kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə ruhiyyəsində olduğu üçün idi. Axı xanım Xədicə də belə idi. Peyğəmbərin tək olduğu vaxtda xanım Xədicə bütün var-dövlətini və öz mövqeyini fədakarcasına islamın inkişafı yolunda sərf etdi. Həzrət Zeynəb(s.ə) də imam Hüseyn (ə)-ın kənarında və onunla birgə Allahın dinini qorumaq yolunda hər şeydən keçdi.

SƏBR VƏ DÖZÜM
Həqiqəti görən həzrət Zeynəb (s.ə) müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında səbr edir. Həzrət Zeynəbin(s.ə) həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub, babası Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin(ə) müsibətləri, atası həzrət Əli (ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət müsibəti və Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri ki, dünyanın ən böyük müsibəti sayılır. Həzrət Zeynəb(s.ə) bu müsibətlərlə səbr və düşüncə ilə qarşılaşdığından onun adı səbrlə qoşa çəkilir.Həzrət Zeynəbin(s.ə) səbrini övladları, qardaşı, qardaşı balaları və başqa qohumlarının şəhadətində müşahidə etmək olar. Xanımın səbrini südəmər uşağın atası Hüseyn (ə)-ın qucağında şəhid olarkən tamaşa etmək olar. Onun səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin cəsədləri yanında imam Səccad (ə)-a ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət Zeynəb(s.ə) səbrinin əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə gözəl mövqeyini bəyan edəndə görmək olar.

 «Ma rəəytu illa cəmilən».
 «Gözəllikdən başqa bir şey görmədim».


Mətni səsləndirdi: SƏFAQULİYEV ELÇİN
You must have the Adobe Flash Player installed to view this player.

 

Kitabın adı: HƏZRƏT ZEYNƏBİN (s.ə.) HƏYATI
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi
Hazırladı: Rəsul Mahmudzadə

Tags: XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!