MÜBARƏK RAMAZAN AYININ 5-Cİ GÜNÜ

:

5 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 241-ci günüdür.

  • H.q 1236: Fəqih və hədisşunas Molla Əli Əliyarın təvəllüdü.
  Ramazan ayının beşinci gününün xüsusi əməlləri və duaları
Namaz
  • İki rükət namaz qılınmalıdır. Hər rükətdə Həmd surəsindən sonra əlli dəfə Tövhid surəsi oxunmalıdır. Namazın salamından sonra yüz dəfə salavat çevrilməlidir.
Günün duası

اَللّهُمَّ اجْعَلْنِی فِیهِ مِنَ الْمُسْتَغْفِرِینَ وَ اجْعَلْنِی فِیهِ مِنْ عِبَادِک الصَّالِحِینَ الْقَانِتِینَ وَ اجْعَلْنِی فِیهِ مِنْ أَوْلِیائِک الْمُقَرَّبِینَ بِرَأْفَتِک یا أَرْحَمَ الرَّاحِمِینَ

Oxunuşu: Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs-salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər-rahimin.

Tərcüməsi: İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver, məni təvazökar və saleh bəndələrinin sırasında yerləşdir, məni bu gün Sənə yaxın olan bəndələrindən təyin et, ey mehribanların ən mehribanı!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1


1. Bax: İqbalul-əmal, c.1, s.258

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!