MÜBARƏK RAMAZAN AYININ 8-Cİ GÜNÜ

:

8 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 244-cü günüdür.

  • H.q 1346: Şiə mərcə-təqlidlərindən Seyyid Musa Şübeyri Zəncaninin təvəllüdü.
  Ramazan ayının səkkizinci gününün xüsusi əməlləri və duaları
Namaz
  • İki rükət namaz qılınmalıdır. Hər rükətdə Həmd surəsindən sonra on dəfə Tövhid surəsi oxunmalıdır. Namazın salamından sonra isə min dəfə "Sübhənallah" zikri deyilməlidir.
Günün duası
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ رَحْمَةَ الْأَیتَامِ وَ إِطْعَامَ الطَّعَامِ وَ إِفْشَاءَ السَّلامِ وَ صُحْبَةَ الْکِرامِ بِطَوْلِک یا مَلْجَأَ الْآمِلِینَ

Oxunuşu: Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət-təam, və ifşaəs-səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin.

Tərcüməsi: İlahi, Öz nemətinlə bu gün məni yetimlərə rəhm edən, yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver, məni kəramətli və yaxşı insanlarla yoldaş et, ey arzu edənlərin sığınacaq və pənahı!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə


https://lib.eshia.ir/71423/1/268

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!