KƏRBƏLA MEYDANINDA ŞİRÜRƏKLİ QOCA ANA

:

KƏRBƏLA QADINLARININ MÜQAVİMƏTİNƏ QISA BİR BAXIŞ SİLSİLƏSİNDƏN
Aşura günü Cunadə İbn Haris Ənsari meydana gedib şəhid olandan sonra, oğlu Əmr də döyüşə girdi və kafirlərdən bir dəstəsini öldürəndən sonra şəhid oldu.

Ondan da sonra atası şəhid olmuş cavan bir oğlan meydana gedəndə anası ona dedi: “Meydana get və Peyğəmbər (s) övladının düşməni ilə döyüşüb İmamı (ə) müdafiə et.”
O, meydana tərəf çapıb, gücü çatdığı qədər İmam Hüseynin (ə) hüzurunda döyüşdü. İmam (ə) buyurdu: “Atası təzə şəhid olmuş bu cavan oğlanın anası bəlkə onun meydana gəlməsinə razı olmazdı.”
Cavan dedi: “Məni anam meydana göndərib.”
Cavan ildırım kimi sıçrayıb meydana tələsdi və döyüşməyə başladı. Axırda şəhid oldu. Onun anası bu səhnəni görürdü. Düşmən o cavanın başını bədənindən ayırdı və anasına tərəf atdı. Ana bir xeymənin sütununu əlinə götürüb özü meydana getdi və belə bir rəcəz oxudu: “Ey mənim qəlbimin sevinci Hüseyn! Mən əldən düşmüş, üzülmüş zəif bir qarıyam.”
Sonra düşmənlərə xitab edib dedi: “Ey Allah düşmənləri! Fatimənin (ə) əziz övladlarına kömək etmək üçün sizi ağır zərbələrlə məhv edəcəyəm.”
Bu qadın düşmənlərdən ikisini öldürdükdən sonra İmam Hüseyn (ə) onu xeyməyə qaytardı və onun üçün dua etdi. (“Biharül-ənvar”, 45-ci cild, səh. 27 və 28; “Mənaqibi-İbn Şəhr Aşub”, 4-cü cild, səh. 104)
Ey şəhidlərin ana-bacıları! Siz də belə olsanız, qiyamətin günü Fatimeyi-Zəhranın (s) və Zeynəbi-Kübranın (ə) hüzurunda üzüağ olarsınız. Allaha təvəkkül etməklə haqq müqabilində təslim olub deyin: “Bizim üçün Allahın istəyi xoşdur.”

Kitabın adı: İslamda qəhrəman qadınlar
Mütərcimlər: V. Hüseynzadə və A. Eyvəzov

 

Tags: İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!