BİR İZDİVACIN DƏRSLƏRİ

:

HƏZRƏT ƏLİNİN (Ə) EVLƏNMƏ ƏHVALATI İMAM RZANIN (Ə) DİLİ İLƏ
Birinci səhnə: Əli (ə), mənim qəlbimdir
Evlənməyi qərara almışdım, bu mətləbi ağama deyə bilmirdim. Lakin gecə-gündüz gələcəyim üçün çalılşırdım. Bir gün həbibimin yanında idim ki, mənə belə dedi: Əli can! Niyə evlənmirsən?

Mən başı aşağı halda, gözaltı görürdüm ki, Peyğəmbər (s) mənim evlənmək fikrimi çəkməklə necə atalıq ləzzəti alır. Xəcalətlə yavaşca dedim: Allahın Rəsulu (s) özü daha yaxşı bilir. Amma qəlbim sirkə kimi qaynıyırdı və nigaran idim. Axı qəlbimi nazənin bir dilbərə bağlamış və qorxurdum ki, həzrət başqa birini mənə məsləhət görər. Bizim Qüreyş qəbiləmizdə heçdə az qız yox idi. Lakin mənim qəlbimi aparan onlardan deyil. Nigaran idim.

İkinci səhnə: Yenə Əli, sözlü adama oxşayırsan
Bilmirəm nə olmuşdu ki, dedilər həbibinin səninlə işi var. O mənim canım idi elə ki, məni çağırırdı mənim ləbbeyk sözüm ona tərəf qanad çalırdı. Lakin bu dəfə ürəyim həyəcanla döyünürdü sanki bir şeylər başa düşmüşdü. Özümü Ümmi Sələmənin evinə çatdırdım Peyğəmbər (s) məni görən kimi yerindən qalxıb əllərini açaraq mənə tərəf gəldi. Necə sevinirdi! Gözləri parıldayır, elə gülürdü ki, inci kimi olan dişləri görünürdü mən isə həyacanlı idim. Bu an həzrət belə buyurdu: Canım Əli! Müjdə ver! Müjdə! Dedim ey mənim ağam inşallah xeyirdi, əvvəl deyin nə olub! Məni sinəsinə sıxıb gülərək buyurdu: Allah mənim zehnimi məşgul edən sənin izdivacını öz öhdəsinə götürüb. Məni deyirsinizmi? Ayaqlarımın gücü getdi! Həyəcandan daha səbr edə bilmədim, macəra nədir? Mən həyacanlıyam.

Üçüncü səhnə: Allahın həbibi göylərdə
Oturmuşdum. Səma dostum Cəbrail (ə), sünbül və mixək (qərənfil) ilə yanıma gələrək onları mənə verdi. Mən olnları alıb qoxulayaraq dedim: bir dəstə gül nə münasibətlədir? Dostum dedi: xəbərin yoxdurmu? Allah cənnətin mələklərinə əmr edib ki, bütün Firdovs Cənnətini zinətləndirsinlər. Cənnətin küləklərinə də, əmr edib ki, Cənnətdə ətir iyi ilə əssinlər. Hurul-Eynlərə də, əmr edib ki, “Taha”, “Yasin”, “Şura” və s. surələrini oxusunlar. Cəbrail bu cür söhbətində idi lakin mən hələ də cavabımı almamışdım. Bu işlər nədən ötrüdür? Toydurmu? Belə düşünəndə dostum dedi: Allah Cənnətin carçısına car çəkməyi əmr edib! Ey mənim pərilərim! Ey Cənnət əhli toplaşın! Toplaşın ki, burada toy şənliyidir! Fatiməni (s) Əliyə (ə) gəlin etdim. Əli (ə) öz dilbərinə çatdı. Axı onlar qəlblərini bir-birinə bağlamışlar... . Cəbrail elə bu cür davam edirdi. Lakin mən bunu eşitcək yerimdən atıldım və Allaha şükr etdim. Özümü ələ alıb dinlədim ki, görüm daha nə xəbər var. Dostum dedi: Allah Təbarək və Təala Rahilə - o xoş kəlamlı və gözəl səsli pəriyə əmr edib ki, xütbə oxusun.

Dördüncü səhnə: Rahil, aşiqanə danışır
Mən də hamı kimi sevinc içində qərara gəldim ki, bu iki aşiqin xütbəsini ən gözəl şəkildə oxuyam, həmişə yaşayan bir xütbə. Mən nə qədər xoşbəxt idim ki, Zəhra (s) və Əlinin (ə) xütbəsini oxuyurdum. Hamı sakit idi, mən aşiqlik ədəbiyyatının ən gözəl kəlmələrini bir-birinin ardınca düzürdüm. Hamı sakit idi, mən də qulaq asırdım. Allahın həbibinə salavat göndərməklə kəlamımı bitirdim. Xütbə sona çatdıqdan sonra Allah bir nida ilə buyurdu: “ey Cənnətimin huriləri”! Məhəmmədin (s) həbibi Əli ibn Əbutalibə və qızı Fatiməyə (s) təbrik deyin. Mən onlar üçün xeyir bərəkət qərar verdim. Acizanə Allahın dərgahına ərz etdim. Sənin bərəkətin bizim Cənnətdə gördüyümüzdən çox deyilmi? Allah buyurdu: ey Rahil! Mənim onlara olan bərəkətim budur ki, onları birlikdə öz məhəbbətimə, yoldaş etdim və camaatın üzərində Öz höccətim qərar verəcəyəm. İzzət və Cəlalıma and olsun ki, o iki nəfərdən elə övladlar yaradaram ki, yer üzərində mənim hikmət mədənlərimin xəzinələri olacaq.

Beşinci səhnə: Əli şükr edir Mən eşqimə çatmışdım.
Sahilə çatmış aram dalğalar kimi idim. Edəcəyim tənha iş bu idi ki, qəlbləri bir-birinə bağlayanın ayaqlarına düşüm. Elə buna görə dərhal təvazökarlıqla səmimi qəlbdən dil açaraq dedim:

رَبِّ اَوزِعني اَن اَشکُرَ نِعمتَکَ التي اَنعمتَ عَلَيَّ
«Ey Rəbbim, mənə əta etdiyin nemətə şükür etmək üçün mənə qüvvət ver. (Nəml/19).

Həbibim də, amin dedi.

Altıncı səhnə: Peyğəmbər (s), eşq sirlərinin xəzinəsi
Qəlbimdə bir sirr var idi ki, Əliyə (ə) deməli idim. O bilməli idi ki, mənim və qızım üçün nə qədər əzizdir. Çağırıb ona belə dedim: canım Əli (ə)! Qüreyşin böyükləri Fatimənin (s) səninlə evlənməsi ilə əlaqədar məndən inciyib və deyirlər ki, biz onu səndən istədik bizə vermədin lakin Əliyə (ə) verdin. Mən də onlara dedim: Allaha and olsun bu işi mən deyil Allah onu sizə vermədi və Əlinin (ə) əqdinə keçirtdi. Cəbrail (ə) mənə nazil olub dedi: Allah (Cəllə Cəlaluh) buyurur: Əlini (ə) yaratmasaydım qızın Fatiməyə (s) layiqlisi tapılmazdı ki, Həsən (ə) və Hüseynə (ə) ata olsun. Səni çox sevirəm Əlican.

Yeddinci səhnə: Mən və bu əhvalatın səhnələrindən aldığım ibrətlər
Mən səhnəyə daxil oluram işıqlar yanır hələ tamaşaçıların diqqəti səhnədən çəkilməyib və o əhvalatın təsirindən özlərinə gəlməyiblər. Səhnənin ortasında oturub başlayıram:
Salam
Bu səmavi evliliyə görə sizlərə təbrik deyirəm.
Sizlərdən bir sual soruşuram: bu əhvalat mən və sənin rəngi qaçmış həyatının harasına yaraşıq verərək ülgü oldu?

Xahiş edirəm bir neçə dəqiqə yerinizdə oturun və baxın görün bizim üçün höccət olan Əli (ə) ilə Zəhranın (s) izdivacından nə dərs alırsız?
Mən özümdən başlayıram. Aldığım dərslər bunlar idi:
1 – Ər və arvad bir-birinə tay olmalıdır. Bu tay olmaq hər bir tərəfdən olmalıdır, həm var-dövlət, həm yaraşıq, həm təhsil və s. görürsünüzmü bəzi ər-arvadlar nə qədər bir-birlərinə uyğun deyil?
2 – İzdivacın nəticəsi övladdır. Allah Əli (ə) və Zəhranı (s) qovuşdurdu ki, Həsən (ə) ilə Hüseyn (ə) onlardan dünyaya gəlsin. Bu nöqtə nə qədər mühümdür və nə qədər biz bunlara diqqətsizik. Həyat yoldaşı seçəndə diqqətli olaq ki, görək övladımız kimin kökündən qidalanır? Xülasə biz almanın yarısı kimi olmalı və öz yarımızı tapmalıyıq. Diqqətli olmalıyıq ki, görək kimə yapışırıq!
Bəs siz hansı dərsi götürdünüz?

Diqqət: Yeddinci səhnədən başqa yerdə qalan bütün səhnələr imam Rzanın (ə) Uyune Əxbarur-Rza kitabında olan hədislərindən götürülmüşdür. Yazı Aviny.com saytından götürülərək Rizvan.net saytı üçün tərcümə olunub. Sonda Rizvan.net saytının əməkdaşları adından bütün Mövla Əli (ə) və Xanım Zəhra (s) sevərləri təbrik edir, o həzrətlərin həqiqi davamçısı olmağımızı uca Allahdan diləyirik.

 

Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s), İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!