HƏSƏD – QƏLBİN XƏSTƏLİYİ - 2

:

BƏDXAH, PAXIL INSANLAR MƏHRUMIYYƏT VƏ NAKAMLIQ ODUNDA YANARLAR

Həyat meydanında tərəqqi və müvəffəqiyyətə səbəb olan ən başlıca amillərdən biri də cəmiyyətdə mehr və məhəbbətin hökm sürməsidir. Yüksək əxlaqi dəyərlərə yiyələnən və ictimai həyatda onları büruzə verən şəxslər başqalarının qəlblərinə yol tapıb tərəqqi yolunu qət etməkdə onların kömək və yardımlarından bəhrələnmiş olurlar.

Xeyirxah və gözəl əxlaqa yiyələnən şəxslər nurlu çıraq tək ətrafa işıq saçıb cəmiyyəti öz arxasınca aparır və öz gözəl xüsusiyyətləri ilə onlara çox müsbət təsir göstərirlər. 

"Həsəd", insanda gözəl əxlaqi xüsusiyyətlərin üzə çıxmasına və onunla başqa insanlar arasında böyük bir maneənin yaranmasına səbəb olur. Bütün bunlarla yanaşı, heç vaxt insana ünsiyyətdə olduğu şəxslərin qəlblərinə yol tapmağa imkan vermir. Nəticədə onu həmkarlıq və səmimiyyət kimi gözəl nemətdən məhrum etmiş olur. Bədxah insanlar xoşagəlməz rəftar və davranışları ilə həqiqi çirkin üzlərini açıb hamının nifrətini özlərinə cəlb edərlər. Həsəd və paxıllıq nəticəsində qəlblərinə hakim olan iztirab daim ruhlarını sıxar və qurtarmaq bilməyən nigarançılıq alovu bütün vücudlarını bürüyər. Onların daim iztirabda olub rahatlıq tapa bilməmələri gün kimi aydındır. Çünki qəlbləri qəm-qüssə çirkabına aludə olub paklıq və insaniyyət məfhumunu dərk etmirlər. Bədxahlıq viranedici tufan kimi əxlaq və fəzilət ağacını kökündən qoparıb kənara atır, belə ki, insanı günahdan qorunmaq üçün lazım olan vasitələrdən məhrum edir. 

"Qabil" qardaşı "Habilin" qurbanının Allah dərgahında qəbul olunduğunu, özününkünün isə qəbul olunmadığını görür, qəlbində ona qarşı kin yaranır. Sonra isə onu qətlə yetirərək xaincəsinə hazırladığı planı həyata keçirir. Habilin başını daşla əzib pak və müqəddəs bədənini qanına qəltan edir. Dünya o gün ilk həsəd qurbanlığının şahidi oldu! Bu, Adəm övladının əli ilə törədilən ağır bir cinayət idi. Bədxah insan gördüyü işindən peşman olur, lakin sonrakı peşimançılıq heç bir fayda vermir və ömrünün sonunadək vicdan əzabı çəkir. Əgər Qabil həqiqəti görüb sağlam düşüncəyə yiyələnsəydi, İlahi eşqdən məhrum olmasının səbəblərini öz vücudunda axtarardı. 

Şopen Hauer deyir:

–Həsəd və bədxahlıq insanın ən təhlükəli xüsusiyyətlərindəndir. Bunun üçün də onu səadət və xoşbəxtliyin ən başlıca düşməni hesab edib tez bir zamanda aradan götürmək lazımdır!"

Həsəd və paxıllıq hissi artdıqca, cəmiyyətdə ixtilaf və qarşıdurmalar da artır və geniş vüsət halını alır. Belə bir aludə mühitdə nöqsan və çatışmazlıqların aradan qaldırılması əvəzinə cəmiyyət üzvləri bir-birlərinin qarşısına ciddi maneələr yaradır və bədxah insanlar qərəzli mövqe tutaraq aparılan hər bir islahatların qarşısını almağa cəhd edir. Nəticədə nəzm-intizam bir-birinə dəyib bərqərar olunan əlaqələrə son qoyulur. Doktor Karl deyir: "Nakamlığımıza ən başlıca səbəb başqalarına həsəd aparmağımızdır. Çünki bununla istedadlı şəxslərin tərəqqisi yolunda ciddi mane qoyulur, belə ki, bu tərəqqidən adi insanlar da bəhrələnə bilərdilər. Bunun səbəbində də bir zamanlar millətə rəhbərlik edə biləcək bütün insanlar cəmiyyətdən kənarlaşdırılırlar."

Bu günlər müxtəlif səbəblər üzündən cinayətlər baş versə də, onların hamısının kökü həsədlə bağlıdır və biz kiçik bir araşdırma ilə bunun şahidi ola bilərik. 

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!