BÖHTANIN KÖKLƏRİ

:

Böhtan insanın batinində ən çirkin xüsusiyyətin acı nişanəsidir. Bu nalayiq rəftar aşağıda qeyd olunan bəzi əxlaqi rəzilətlərdən qidalanır:

1. Düşmənçilik: Bəzən, insan kiminləsə düşmənçilik münasibəti daşıyarkən kin-küdurət hisslərini söyutmaq üçün yalan sözlərə əl atmaqla, xoşagəlməz rəftarları qarşı tərəfə ünvanlayır.
2. Həsəd: Bəzən də, insan digər bir şəxsin məqamına paxıllıq edib, onun şəxsiyyətini ləkələməkdən ötrü böhtana bulaşır.
3. Cəzadan qorxub qaçmaq: İnsan törətdiyi səhvə görə cəzalandırılacağından qorxub, veriləcək cəzanı özündən uzaqlaşdırmaq üçün kiməsə böhtan atır.
Sadaladığımız bu rəzil xüsusiyyətlərdən qaynaqlanan böhtan qeybətdən də pisdir. Çünki qeybət insanda olan nöqsanı hamıya çatdırdığı halda, böhtan insanın malik olmadığı nöqsanı ona şamil edir.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!