PEYĞƏMBƏR(S)IN ÖZÜNƏ HARAM BİLDİYİ (1)

:

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini özünə haram edirsən?! Bununla zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.

AYƏNİN NAZİL OLMA SƏBƏBİ
Təhrim surəsinin birinci ayəsində Allah Təala əziz Peyğəmbərimizə (s) xitabən ondan halal nemətin özünə haram etməməsini istəyir. Amma bu halal nemətin nə olduğunu bilmək üçün təbii ki, təfsirə və tarixi mənbələrə müraciət etməklə ayənin "şə`ni nüzulunu" (yaxud nazil olmasının səbəbini) bilmək lazımdır. Ondan sonra məqalənin ikinci hissəsində inşallah bu ayənin təfsirinə də aydınlıq gətirəcəyik.
Bu ayənin nazil olması haqqında təfsir və hədis kitablarında çoxlu rəvayətlər vardır ki, biz onların içindən ən məşhur olanını burada qeyd edirik.
İslamın əziz Peyğəmbəri (s) bəzən öz xanımlarından biri olan Zeynəb binti Cəhşin yanına gedəndə, Zeynəb onu saxlayar və hazırladığı baldan Peyğəmbərə (s) verərdi. Bu söz Aişənin qulağına çatanda ona ağır gəlir. O belə deyir: mən Həfsə (Peyğəmbərin (s) xanımlarından biri) ilə qərara gəldik ki, nə vaxt Peyğəmbər bizlərdən birinin yanına gəlsə dərhal ona deyək ki, "Səmğ" (Muğafir)1 yemisənmi?! Həzrət Peyğəmbərin (s) vəzifələrindən biri də bu idi ki, onun mübarək ağzından və paltarından xoşagəlməz qoxu gəlməməli əksinə üstündən həmişə ətirli qoxu gəlməsində israrlı idi. Bir gün Peyğəmbər (s) Həfsənin yanına gələndə o bu sözü Həzrətə (s) dedi. Həzrət Rəsulullah (s) buyurdu: mən "Muğafir" yox Zeynəb binti Cəhşin yanında bal yemişəm və and içirəm ki, daha ondan yeməyim (ola bilsin ki, o balın arısı xoşagəlməz bitkinin və ehtimal var ki, muğafirin üzərində oturub) amma bu sözü heç kəsə demə (məbada camaatın qulağına çata və deyəcəklər nə üçün Peyğəmbər (s) halal yeməyi özünə haram edib? Yaxud bu işdə və buna öxşar işlərdə Peyğəmbər (s) kimi edib özlərinə halal yeməi haram etsinlər. Yaxud da Zeynəb eşidə və qəlbi sına). Lakin sonradan işin sonu bu sirri ifşa etdi, bundan sonra məlum oldu ki, bu hadisənin kökündə fitnə və hiylə durur. Peyğəmbər (s) çox narahat olur və yuxarıdakı ayə nazil olmaqla hadisəyə elə son qoyulur ki, bir daha Peyğəmbərin (s) evində bu cür işlər təkrar olunmur.2
Həmçinin bəzi rəvayətlərdə gəlib ki, bu hadisədən sonra Peyğəmbər (s) öz xanımlarından kənar durdu3 və hətta bundan sonra şaiyə yaydılar ki, Peyğəmbər (s) xanımlarına təlaq vermək qərarına gəlib.4
Nəticə alırıq ki, Peyğəmbər (s) özünə haram bildiyi şey həmin bal idi ki, Allah Həzrəti (s) bu işdən çəkinməyi buyurur. Bu ayənin təfsirə ehtiyacı olduğu üçün məqalənin ikinci hissəsində ayənin təfsiri haqqında danışılacaq.
Ardı var...

ARDINI BURADAN OXUYUN

_____________________________________________________________________

1. Səmğ, ağacın gövdəsindən çıxan bal rəngində olan şirəyə deyilir ki, azərbaycan lüğətində onu "kitrə" və "qətran" kimi tərcümə edirlər. Ərəbistanda bitən Ürfüt adında ağacdan gələn bu şirənin xoşagəlməz qoxusu olan bu maddəyə ərəbcə Muğafir də deyilir.
2. Bu hədisin orijinalını "Buxari" öz Səhihinin 6-cı cildinin 194-cü səhifəsində nəql edib və mötərizədə olan izahlar başqa kitablardan nəql olunub.
3. Bu ayənin təfsiri haqda Qurtubi təfsiri və başqa təfsirlərə müraciət edə bilərsiniz.
4. Təfsir fi Zilal, c8, səh163

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!