PEYĞƏMBƏR(S)IN ÖZÜNƏ HARAM BİLDİYİ (2)

:

BİSMİLLAHİR-RƏHMANİR RƏHİM
Məqalənin birinci hissəsində Təhrim surəsinin birinci ayəsində Peyğəmbərin (s) özünə haram etdiyi halal neməti açıqlayıb orada o hadisəni geniş açıqladıq. İndi isə bu ayənin təfsirinə müraciət edirik.

AYƏNİN TƏFSİRİ
ALLAH BU AYƏDƏ PEYĞƏMBƏR(S)I QINAMIR
Şübhəsiz Peyğəmbər (s) təkcə özünə aid deyil əksinə bütün İslam aləminə bir sözlə bütün bəşəriyyətə aiddir. Buna görə də onun ailəsinin daxilində ona qarşı hətta kiçik hiylə belə həyata keçərsə bunun üzərindən sadəliklə keçmək olmaz. O həzrətin heysiyyət və məqamı (Allaha pənah) onun bunun əlində oyu-oyuncaq olmamalıdır. Əgər belə bir iş baş tutarsa ən qısa bir zamanda qarşısı alınmalıdır.
Əslində yuxarıdakı ayələr də Peyğəmbərin (s) abrını qəti şəkildə qorumaq üçün Allah tərəfindən nazil olub. İlk öncə sözü Peyğəmbərin (s) özünə deyir: Ey Peyğəmbər! niyə Allahın sənə halal etdiyini özünə haram edirsən?! Bununla zövcələrinin razılığını qazanırsan?!
Göründüyü kimi bu haram şəriət baxımdan haram deyildi əksinə sonrakı ayələrdən görünür ki, bunu Peyğəmbər (s) özü and içərək özünə haram etmişdi. Bildiyimiz kimi insan and içərək bəzi halal şeyləri özünə haram etməyin günahı yoxdur. Buna görə də "لِمَ تُحَرِّمُ" nə üçün özünə haram edirsən? cümləsi Peyğəmbəri (s) qınaq ünvanı ilə deyil əksinə bir növ şəfqət və ürək yanğısından irəli gəlir. Eynilə bu misala oxşayır ki, bir nəfər çoxlu zəhmtə qatlaşaraq gəlir əldə edir amma özü ondan çox istifadə edə bilmir. Biz də ona - nə üçün bu qədər özünü zəhmətə salırsan və nəticədə heç bir faydası sənə qalmır?! – deyirik.
Sonra da ayənin sonunda əlavə edir: Allah bağışlayan və mehribandır. Bu rəhmət və bağışlanmaq Peyğəmbərin (s) xanımlarına aiddir ki, o xoşagəlməz hadisənin yaranmasına səbəb olublar. Əgər həqiqi tövbə etsələr Allah onları bağışlayar və Allahın rəhməti onlara da şamil olacaq. İkinci ayədə əlavə edərək Allah Təala belə buyurur: Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir.
Təbiidir ki, and içmək tərk olunması üstün olan əməl üçün olarsa anda əməl etmək vacib və o andı sındırmaq günahdır və kəffarəsi vardır. Lakin tərk olunması üstünlük təşkil etməyən əməl üçün (bu ayədəki kimi) olarsa bu halda o andı sındırmaq caizdir amma andın hörmətini qorumaq üçün daha yaxşı olar ki, kəffarə də verilsin.
Nəticə alırıq ki, Peyğəmbər (s) halal neməti özünə haram etdiyi üçün cəzalandırılmayacaq heç üstəlik bu ayədə Allah əziz Peyğəmbərini (s) qınamır əksinə ona nəvazişlə bu işi görməməyi tapşırır.
 Həqiqətən Allah bəndələrinə qarşı çox mehribandır.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!