HƏZRƏT FATİMƏNİN (əs) MÖCÜZƏLƏRİ
Əziz Peyğəmbərimizin (s) qızı xanım Zəhranın (əs) kəramətlərindən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik.
ANA BƏTNİNDƏ DANIŞMASI
Həzrəti Xədicə(s.ə) hamilə idi. Bətnindəki uşaq dünya qadınlarının xanımı Fatimeyi-Zəhra(s.ə) idi. Fatimə(s.ə) həmişə ana bətninin içindən anası ilə danışar və onu səbr etməyə tövsiyə edərdi. Xədicə(s.ə) bətnindəki uşaq ilə söhbət etməyi, Peyğəmbərdən(s) gizlədirdi. Bir gün Peyğəmbər(s) Xədicənin(s.ə) Fatimə(s.ə) ilə danışmasını eşitdi. Həzrət Mühəmməd(s) buyurdu: Xədicə! Cəbrail mənə xəbər verdi ki, bətnindəki uşaq qızdır. O pak və mübarək övladdır ki, Allah-təala mənim nəslimi ondan qərar verəcək. Ondan imamlar dünyaya gələcək Allah-təala məndən sonra onları yer üzərində özünün xəlifələri qərar verəcək.1
FATİMƏNİN(S.Ə) ÇADRASININ NURU
Əli(ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli(ə) Fatimənin(s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin(s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin(s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular.2
BEHİŞT PALTARLARI
Yəhudilərdən bir qrupu, toy məclisi keçirmək istəyirdilər. Həzrəti Peyğəmbərin(s) hüzuruna gəlib dedilər: Bizim sizin boynunuzda qonşuluq haqqı vardır. Sizdən istəyirik ki, Fatiməni(s.ə) bizim toy şənliyinə göndər. Onun olması toya daha da şövkət və gözəllik verər. Yəhudilər bu istəklərində çox israr etdilər.
Peyğəmbər(s.ə) buyurdu: O Əliyyibni Əbitalibin həyat yoldaşıdır. Əlidən icazə alın.
Yəhudilər, Peyğəmbərdən(s) istədilər ki, o, Əlidən Fatiməni onların toy şənliyinə göndərməsini istəsin.
Yəhudi qadınları özlərini cürbəcür zinətlərlə bəzəmişdilər. Güman edirdilər ki, Fatimə(s.ə) sadə və qiymətsiz paltar ilə toya gələcək və onlar da xanımı belə paltarla təhqir etmək istəyirdilər. Elə bu zamanda Cəbrail(ə) Fatimə(s.ə) üçün behiştdən paltar və zinətlər gətirdi. O paltar və zinətlərin misli (bərabəri) görünməmişdi. Fatimə(s.ə) o paltarı geyib, özünü elə bəzədi ki, başqa qadınlar onu görüb və onun gözəl ətrindən heyran qaldılar.
Fatimə(s.ə) onların toy məclisinə daxil olan zaman, yəhudi qadınlar Xanımın gözəl behişt paltarını görüb elə heyran qaldılar ki, ona təzim etdilər. Onlardan bir qrupu isə, Xanımın bu möcüzəsindən müsəlman oldular.3
ƏL DƏYİRMANININ FIRLANMASI
Peyğəmbər(s) Salmanı bir iş üçün Fatimənin(s.ə) hüzuruna göndərdi. Salman deyir: Mən Fatiməyə(s.ə) salam vermək üçün, evin qapısının ağzında durdum. Eşitdim ki, Həzrət evin içində Quran oxuyur və həyətdə isə əl dəyirmanı heç kim fırlamadan, öz-özünə hərəkət edirdi.
Salman bu xəbəri Peyğəmbərə(s) çatdırdı. Həzrət(s) təbəssüm edib buyurdu: Ey Salman! Allah-təala qızım Fatimənin qəlb və bütün üzvlərini Allahın ibadəti üçün boş olsun deyə iman ilə doldurmuşdur.4
BEHİŞT YEMƏYİ
Aclıq zamanı idi. Peyğəmbər(s) acmışdı. Xanım Zəhra(s.ə) iki ədəd çörək və bir az ət hazırlayıb atasına apardı. Bir az sonra Peyğəmbər(s) yemək ilə birlikdə Fatimənin(s) yanına gedib buyurdu: Gəl qızım bir yerdə yeyək! Fatimə(s.ə) qabın üzərindəki parçanı götürdü. Qabın çörək və yemək ilə dolu olduğunu müşahidə etdi. Başa düşdü ki, bunlar Allah tərəfindəndir. Peyğəmbər(s) soruşdu: bu yeməkləri haradan gətirdin?
Xanım cavab verdi: Allah tərəfindəndir. Allah hər kimə istəsə, hesabsız ruzi verir.
FATİMƏNİN(S.Ə) NURU
Əban ibni Təğlib deyir: İmam Sadiqdən(ə) soruşdum: Yəbnə Rəsulillah! Niyə Zəhra(s.ə), Zəhra adlandırılıb?
İmam(ə) buyurdu: Çünki gün ərzində Əli(ə) üçün üç dəfə nur saçır və parıldayırdı.
Zəhranın(s.ə) sifətinin nuru, sübh namazı vaxtı parlayır, işıq saçırdı. Bu zaman camaat öz yatağında yuxuda idilər. Bu nurun şüası Mədinə evlərinə yetişir və onları işıqlandırırdı. Camaat təəccüb edir, Peyğəmbərin(s) hüzuruna gəlib, gördükləri nur barəsində sual edirdilər. Peyğəmbər(s) onları Fatimənin(s) evinə göndərərdi. Onlar gəlib, Fatiməni namaz mehrabında görürdülər. Başa düşürdülər ki, nur onun mübarək çöhrəsindən qalxır və müşahidə etdikləri nur, Fatimənin(s.ə) nurudur. Bu nurun ətrafa yayılması, günorta və axşam vaxtında da baş verirdi.8
MƏLƏK İLƏ DANIŞMASI
İmam Sadiq(ə) buyurmuşdur: Fatimənin(s.ə) «mühəddisə» adlanmasının səbəbi, mələklərin asimandan gəlib İmranın qızı Məryəmə nida etdikləri kimi ona da nida edib, onunla söhbət etməsidir.
Mələklər nida edib, deyirdilər: Ey Fatimə! Allah-təala, səni seçib, pak etmişdir. Səni dünya qadınlarının içindən seçib, səni onların xanımı qərar vermişdir. Ey Fatimə! Allaha itaət, səcdə və ruku et! ***
Sonra Fatimə(s.ə) mələklərlə söhbət edir. Həmçinin onlar da Fatimə(s.ə) ilə söhbət edirdilər.9
Məqalənin hazırlanmasında elektron kitablardan istifadə olunub
______________________________________________
1 Biharul-Ənvar, 43-cü cild, səh.2.
2 Biharul-Ənvar,43-cü cild, səh. 30.
3 Biharul-Ənvar, 43-cü cild, səh. 30.
4 Dəlailul-imamə, səh. 48.
5Kəşşaf təfsiri, 1-ci cild, səh. 358.
6 Mənaqib, 2-ci cild, səh. 98.
7 Biharul-Ənvar, 43-cü cild, səh. 29.
8 Biharul-Ənvar, 43-cü cild, səh. 78.
9 Biharul-Ənvar, 43-cü cild, səh. 78.
Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s), MƏQALƏLƏR