HƏZRƏT MEHDİ (Ə) KİMİN NƏSLİNDƏNDİR?

:

CAVAB:
Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir.

Səd ibn Müsəyyib deyir: “Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Mehdi (ə) Fatimə (s) övladlarındandır.”1
Əbu-Səid Xidri deyir: “Həzrət peyğəmbərdən (s) eşitdim: “Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”2
İmam Baqir (ə) buyurmuşdur: “Mehdi (ə) Fatimə övladlarındandır.”3
Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq
Tәrcümә еdәn: M. Əhməd
1. “Sünəni-İbn Macə”, c. 2, s. 1364.
2. “Müsnədi-Əhməd”, c. 3, s. 36.
3. “Bihar”, c. 51, s. 43.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!