ƏZADARLIĞIN FƏLSƏFİ TƏHLİLİ - 2

:

Xalq kütlələrinin səfərbərliyi
Məsum imamlar (ə) İmam Hüseyn (ə) əza məclislərinin təşkilinə təkid etməklə, o həzrətin proqram və amalını xalqın birlik mehvəri olaraq təyin etmişdir, belə ki, günümüzdə şəhadət günlərində milyonlarla müxtəlif təbəqədən, fərqli irqdən, ayrı-ayrı təriqətlərdən olan insanlar o həzrətin (ə) əzadarlığını qeyd edir, Hüseyn (ə) bayrağı ətrafında toplaşırlar.

Hər bir xalq öz yaşaması və müvəffəqiyyəti üçün birlik amilinə möhtacdır. Şübhəsiz, ən yaxşı birlik amili Əhli-beyt (ə) tərəfdarlarının bərpa etdiyi İmam Hüseyn (ə) adına əzadarlıq mərasimləridir, belə ki, az əmək və kiçik xərclə milyonluq xalq kütləsini bir mehvər ətrafında toplaya bilirlər.
Əlbəttə ki, əgər hər hansı bir xalq ən qısa zaman və fürsətdə, azacıq təbliğatla özünün dağınıq gücünü toplayıb təşkilatlandırmaq qüdrətinə malik olarsa, inkişaf yolunun üstündə duran hər bir maneəni aradan qaldırmağı da bacarar.
Məsum imamlar (ə) xalqı İmam Hüseyn (ə) məclislərinə həvəsləndirməklə əslində, dağınıq gücləri işə saldılar, pərakəndə kütlələri səfərbər etdilər, onlar arasında birliyi təmin etməklə ali bir qüdrət ortaya çıxardılar. İranın milyonlarla müsəlman xalqının İslam İnqilabının şanlı hərəkatında, məhərrəm və səfər aylarında, xüsusilə tasua və aşura günlərində zülmkarların canına vəlvələ salan hərəkəti, məsum imamların (ə) İmam Hüseynin (ə) mehvər təyin edilməsinə təkidlərinin sirrini daha da aydınlaşdırır.
Əgər biz inqilabda, bu məclislərdə toplanmış belə enerjilərin azadetməsinin şahidi olmasaydıq, bəlkə də, biz də məsum imamların (ə) belə məclislərə təkidinin sirrini daha az anlayardıq.
Alman tarixçi Marbin öz kitabında qeyd edir:
“Tarix yazarlarımızdan bəzilərinin məlumatsızlıqları şiə əzadarlığının divanəliyə nisbət verilməsinə səbəb olmuşdur, lakin onlar sözlərində mübaliğə edərək şiəyə böhtan atmışlar. Biz xalqlar və tayfalar arasında şiə xalqı qədər həvəsli və canlı xalq görməmişik: şiələr imam Hüseyn əzadarlığını təşkil etməklə aqilanə siyasətlərini icra etmiş və səmərəli təriqət hərəkatlarını həyata keçirmişlər” .
Almaniyalı yazıçı sonra deyir:
“Hüseyn (ə) əzadarlığı kimi heç bir şey müsəlmanlarda siyasi oyanış yaratmamışdır” .
İslam düşmənlərinin belə məclislərin təşkilinə qarşı çıxması və onların ortadan yığışdırılması istiqamətində səyi, hətta İmam Hüseyn (ə) qəbrini dağıtmağa cəhd və o həzrətin (ə) qəbrini ziyarətin qarşısının alınması, dövlətlərin bu əzəmətli gücdən nə dərəcədə qorxmuş olduqlarının və hal-hazırda da, qorxduqlarının bariz göstəricisidir.
Günümüzdə əza məclisləri təşkilinin din düşmənlərinin qəlbinə qorxu salması heç kəsdən gizlin deyil. O yerə qədər ki, bəzən öz daxili qüvvələri vasitəsilə şiələrə nalayiq ittihamlar nisbət verməklə, bəzən Rzaxan kimi öz kukla diktatorlarını hakimiyyət başına gətirməklə, bəzən də, belə məclislərinin mahiyyətini itirməklə Hüseyn (ə) şüarlarının kökünü kəsmək üçün çalışmışlar və indi də çalışmaqdadırlar.
İslam tarixinə ötəri nəzər salmaqla, Kərbəla hadisəsindən sonra əza məclisləri və Aşura mesajlarının mücahidlərin zülmkar və asilərə qarşı Allah yolunda başlatdıqları qiyamlarına hansı həddə örnək olduğunu görürük.

Ardı var...

Ardını buradan oxuyun

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu - Rizvan.net saytl üçün

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!