ŞABAN AYININ SON GÜNLƏRİ ÜÇÜN HƏZRƏT İMAM RZA(ə)DAN TÖVSİYYƏ

:

İmam Rza(ə) Əba Səltə buyurdu:
Şaban ayının çox hissəsi geridə qaldı. Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhərlən:

1. Aşkar və gizlin işlərində Allaha təvəkkül et
2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan
3. Təqvalı ol və keçmiş pis işlərindən çəkin
4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart
5. Kiminsə əmanət və haqqı boynunda qalmasın
6. Çoxlu dua və istiğfar et, Quran oxu.
Bu duanı təkrar-təkrar oxu:

أَللّهُمَ إِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنَا فِيمَا مَضَى مِنْ شَعْبَان فَاغْفرْ لَنَا فِيمَا بَقِيَ مِنْهُ

Əlləhummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şəbən, fəğfir lənə fimə bəqiyə minhu

"İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, o zaman, qalan günlərində bizi bağışla!"

Dəyərli oxucularımız, Allah bizləri son günlərini yaşadığımız Şaban ayının və qarşıdan gələn Ramazan ayının feyzindən məhrum etməsin, amin!

Mənbə: Maidə.az
Hazırladı: Rəsul Mahmudzadə

Tags: İMAM RZA (ə), HƏDİS

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!