İMAM ƏSKƏRİNİN (Ə) ŞƏHADƏTİNDƏN SONRA SİYASİ VƏZİYYƏT NECƏ İDİ?

:

CAVAB

Zalım hakimlər imam Əskəri (ə) övladı Məhdinin (ə) zülmlə aparacağı mübarizədən xəbərdar olduqları üçün hər yolla onu qətlə yetirməyə çalışırdılar. Həzrət Məhdiyə (ə) qarşı üç dəfə terror planı cızıldı. Amma düşmən bu planları həyata keçirə bilmədi.


İmam Əskərinin (ə) şəhadətindən bir neçə gün sonra  Mötəmid Abbasi belə bir cəhd etdi. Mötəmiddən sonra hakimiyyətə gəlmiş Mötəzid iki dəfə imam Məhdini (ə) aradan götürməyə cəhd göstərdi. Ondan sonrakı xəlifələr isə uyğun cəhdlərin nəticə vermədiyini görüb bu işdən ümidlərini üzdülər.

Şeyx Tusi bu iki cəhddən birini “Əl-ğeybət” kitabında Rəşiqin dilindən nəql etmişdir: “Mötəzid Abbasi məni başqa iki nəfərlə imam Əskərinin (ə) evinə göndərdi ki, həzrət Məhdini (ə) həbs edək. Biz İmamın evində möcüzə ilə qarşılaşıb məqsədimizə çata bilmədik...”[1]



[1]    “Əl-ğeybət”, s. 248.

 

 

Tags: İMAM HƏSƏN ƏSKƏRİ (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!