GÖYLƏRİN ZİNƏTİ İMAM ƏSKƏRİ (ə)

:

İMAM HƏSƏN ƏSKƏRİ(ə)NİN TƏVƏLLÜDÜ
O gecə asiman yerə gözünü dikmiş, gecənin özü isə sübhə ümid bağlamışdı ki, yenidən yaradılışa yeni həyat verən mübarək bir mövlud doğuldu. Yəni Samirra şəhərinin günəşi Mədinədə doğdu.

Bu doğulmuş nur doğru yola hidayət edən İmam Hadinin (ə) ocağında nur üzərinə nur saçdı. O, goylərin zinəti, yerin əzəməti, imanın təzahürü, ixlasın bariz nümunəsi,  dostluğun ən sadiq ülgüsü idi.  O, – zühuru ilə umidlərin çırağı, bütün ağrıların məlhəmi, inzizar çəkənlərin ümidi, yəni vəd olunmuş Məhdinin (əc) - müjdəsini gətirdi.
Əbu Muhəmməd Həsən ibn Əli Əskəri əleyhissalam, on birinci imam və Peyğəmbərin (s) haqq canişindir. O həzrət hicrətin 232-ci ili, Rəbius-sani ayının səkkizində Mədinə şəhərində dünyaya göz açmışdı. Əziz atası Həzrət İmam Hadi (ə) böyük əmisi, Rəsulullahın (s) reyhanəsi, Cənnət cavanları ağası olan Həzrət İmam Həsən Müctəbanın (ə) xatirinə yeni doğulmuş övladına Həsən (ə) adı verdi.1  Künyəsini isə Əbu Muhəmməd qoydular.
Əhməd ibn Übeydullah ibn Xaqan, o Həzrətin zahiri xüsusiyyətlərini belə vəsf edir:   
"İmam qarabuğdayı, iri gözlü, gözəl qamət, xoş sima, xoş əndam, heybətli və gözəl bir şəxs idi" .2
Həzrətin adı Həsən, künyəsi Əbül Muhəmməd, tanınmış ləqəbləri isə "Zəki" və "Əskəri" idi.
Atası Həzrət Hadi (ə), anasının adı isə Süsən idi. 22 yaşında ikən atası şəhid oldu. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O Həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş Həzrət imam Məhdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.
İmam Həsən Əskərinin (ə) zamanında Həzrətin özü şiddətli nəzarət altında olduğuna görə İslam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa olsun, camaatı İmamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal hazırda qeybdə olub, gələcəkdə isə İslam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, İmam Həsən Əskərinin (ə) oğlu olacaqdı. Elə buna görə də İmamı nəzarət altıda saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, İslam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.


Əziz və dəyərli izləyicilərimiz. Sahibimiz, ağrılarımıza məlhəm, gözlərimizə işıq, sahibimiz və mövlamız Həzrət Məhdinin (əc) əziz atasının təvəllüdü münasibəti ilə hamımılıqla o gözəl ağamıza təbrik deyir və zühurunun tezləşməsi üçün Uca Allaha dualar edirik. Həmçinin dinimizin keşiyində can yanğısı ilə duran rəhbərimiz həzrət Xamenei ağamıza da bu mübarək gün münasibətilə təbrik deyirik. Sonda siz əziz qardaş və bacılarımıza Allahdan bu gözəl gün münasibətilə bayramlıq olaraq möhkəm iman və sadiqlik arzu edirik. Bayramınız mübarək.

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

1 - Şərif qərəşi, İmam Əskərinin (ə) həyatı, s15.
2 - Həmin mənbə, s17

Diqqət! Əlavə məlumat üçün aşağıdakı linklərə daxil olun

İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) HƏYATI

İMAM ƏSKƏRİNİN (Ə) ŞƏHADƏTİNDƏN SONRA

İMAM ƏSKƏRİNİN (Ə) ÖVLADI OLMASI

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN ƏSKƏRİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!