ON İKİ İMAMIN QURBANIYAM MƏN!!!

:

Əhli-beyt (ə) şairi Mirfətulla Ağanın on iki imam haqda çox dəyərli şeirini Rizvan.Net oxucularına təqdim edirik.

ON IKI IMAMIN QURBANIYAM MƏN…

Cəbrəil gətirdi Allahdan xəbər:
Muhəmməddir axırıncı Peyğəmbər.
İmamım Əlidir, ümmətə rəhbər,
Əmirəl-mö`minin qurbanıyam mən!

* * *
Əlinin oğludur, İmami Həsən,
Öz dini yolunda, canından keçən.
Əyalı əlindən, zəhəri içən.
İkinci İmamın qurbanıyam mən!

* * *
Kərbəla çölündə, sitəmlər görən,
Şəhid oğlanların, gözüylə görən.
Hüseyndir ölümünü, qabaqca bilən,
Şəhidi Kərbəla qurbanıyam mən!

* * *
Kərbəla şəhidin, dəfin eyləyən,
Öz haqqını, hər bir yerdə söyləyən.
Canını dininə, qurban eyləyən,
Səccadi Zeynalın, qurbaniyam mən!

* * *
Öz adı Muhəmməd, ləqəbi Baqir.
Düşəndə dar günə, köməyə çağır.
Zəhərlə o köçdü, dünyadan axır.
İmamın özünün, qurbanıyam mən!

* * *
Atası Muhəmməd, vermişdir tə`lim.
Altıncı İmamdır, həm də müəllim.
Dərs verib çoxların eylədi tə`lim.
Cə`fəri Sadiqin, qurbanıyam mən!

* * *
Zindanda on bir il, məhbus etdilər,
Harunun əmriylə, zəhər verdilər.
Kazimeyndə onu, dəfn etdilər,
Museyi Kazimin, qurbanıyam mən!

* * *
Xorasan şəhrində, şahzadə olan,
Bütün elmlərdən, xəbərdar olan,
Olmadı İmamın, halına yanan,
O qərib İmamın, qurbanıyam mən!

* * *
Olmayıb İraqdan, yaxşılıq görən,
Altı İmamımız İraqda ölən,
Məhəmməd Təqidir Bağdadda ölən,
O cavan İmamın qurbanıyam mən!

* * *
Söyləmə ömründə heç zaman yalan,
Dünyada olmayıb, əbədi qalan,
Samirə şəhrində, cavankən ölən.
Əliyyən-Nəqinin, qurbanıyam mən.

* * *
Düşsən bu dünyada dərdə, bəlayə,
Əllərini qaldır dostum, səmayə
Çağırsan sidq iylə, gələr harayə,
Həsən Əsgərinin qurbanıyam mən!

* * *
Dünyanın işinə, heyranam yaman,
Mirfətulla! Bəsdir, yetər sən dayan,
Qeyb olub dünyadan, Sahibi Zaman
Qeyb olan İmamın, qurbanıyam mən!

Hazırladı: Məsum Əlizadə

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!