QƏRİBƏM MƏN XORASANDA, XUDAYA!

:

Əhli-Beyt (ə) şairi Mirfətulla Ağanın Qəriblər ağası Qərib Ağa İmam Riza (ə) haqda şeirini mövlud münasibətilə Rizvan.Net oxucularına təqdim edirik.

QƏRİBƏM MƏN XORASANDA, XUDAYA!

Qəribəm mən Xorasanda, Xudaya!

Qərib eldə qəribəm mən, Xudaya!

* * *

Xorasanda günüm dönübdür ilə, 

Bir kəsim yox, gələ mənə köməyə.

Arzum vardır, bacı səni görməyə.

Qəribəm mən, Xorasanda, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Bacı mənim, çox çəkərdin nazımı, 

Naməm yetəcək, oxugunan yazımı.

Dayanma gəl, düşüngünən halımı.

Kimsəsizəm bu Tusidə, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Can verirəm, bu Xorasan elində, 

Ölürəm mən, bu ilin bu günündə.

Zəhər verdi, mənə Mə`mun üzümdə.

Can üstəyəm can verirəm, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Zəhərlə ciyərim, doğrandı bacı, 

Gözüm yollardadır, çoxdandı bacı.

Göz yaşımı, silənim yoxdu bacı, 

Bu halımı, soranım yox, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Bacı gözüm, qalıb sənin yolunda, 

Gəlib qaldun, bu ölkənin Qumunda.

Can verirəm, din İslamın yolunda, 

Cigərlərim ləxtə qandır, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Salam olsun, mənim əziz balama, 

Can üstəyəm, özün yetir dayanma.

Ölürəm mən, oğul Cavad yubanma.

Əlim yetmir, ünüm çatmır, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Gözümdə yaş, önümdə teşt, içi qan, 

Yubanma gəl, əziz balam, çıxır can.

Başım üstə, Qur`anımı oxusan.

Xorasanda yol üstəyəm, Xudaya.

Qərib eldə, qəribəm mən, Xudaya!

* * *

Mirfətulla ziyarətinə gəldi, 

İmami Rizadan, kömək dilədi. 

Tək Allaha, şükür, səna elədi. 

Bu arzuma, yetişdim mən, Xudaya, 

Qərib eldə, qəribəm mən, Xudaya!

 Hazırladı: Məsum Əlizadə

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!