NƏHC-ül-BƏLAĞƏ - 122-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın döyüş vaxtı səhabələrinə buyurduğu kəlamlarındandır.

Sizlərdən hər bir kişi düşmənlə üzləşəndə özündə qəlbinin qüvvətləndiyini (şücaət) hiss edib qardaşlarından birində xof, qorxu görsə, Allahın ona əta etdiyi üstünlük və igidliyə görə düşməni qardaşınızdan da özünüzdən uzaqlaşdırdığı kimi dəf etməlidir. Odur ki, (mənə nə, hər kəs özünü müdafiə etməlidir və qorxağa düşmənin hakim olması layiqdir deməsin). (Deməsin ki,) Allahın istəyi olsaydı, onu da belə (şücaətli və qorxmaz) edərdi.1 (Çünki) ölüm tələskənliklə axtarandır, (hamını tapar), durub dayanan (öləcəyindən qorxaraq belə bir vaxtda öz qardaşını müdafiə etməyən igid) çəngindən çıxa bilməz, ondan qaçan onu aciz edib gücdən salmaz. (Onun əlindən qaçıb xilas olmaq mümkün olmadığından) ən əziz ölüm öldürülməkdir. (Çünki dünyada yaxşı adın qalmasına və axirətdə savaba səbəb olur). And olsun Əbu Talibin oğlunun canı əlində olana ki, min qılınc zərbəsi mənə Allaha itaətdən qeyri yataqda ölümdən daha asandır.2

ومن کلام له عليه السلام 

قاله لأصحابه في ساحة الحرب بصفين 

وَأَيُّ امْرِيءٍ مِنْکُمْ أَحَسَّ مِنْ نَفْسِهِ رَبَاطَةَ جَأْش عِنْدَ اللِّقَاءِ، وَرَأَي مِنْ أَحَدٍ مِنْ إِخْوَانِهِ فَشَلاً، فَلْيَذُبَّ عَنْ أَخِيهِ بِفَضْلِ نَجْدَتِهِ الَّتي فُضِّلَ بِهَا عَلَيْهِ کَمَا يَذُبُّ عَنْ نَفْسِهِ، فَلَوْ شَاءَ اللهُ لَجَعَلَهُ مِثْلَهُ. إِنَّ الْمَوْتَ طَالِبٌ حَثِيثٌ لاَيَفُوتُهُ الْمُقِيمُ، وَلاَ يُعْجِزُهُ الْهَارِبُ. إِنَّ أَکْرَمَ الْمَوْتِ الْقَتْلُ! وَالَّذِي نَفْسُ ابْنِ أَبِي طَالِبٍ بِيَدِهِ، لِأَلْفُ ضَرْبَةٍ بِالسَّيْفِ أَهْوَنُ مِنْ مِيتَةٍ عَلَي الْفِرَاشِِ فِي غَيْرِ طَاعَةِِ اللهِ!.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

123-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Deməli, əgər onu igid yaradıbsa, bu böyük nemətin şükrü olaraq öz vəzifəsini – yəni, düşmənin aciz və qorxaq şəxsə hücumunun qarşısını almağı - yerinə yetirməli, bu yolda ölümə əhəmiyyət verməməlidir.
2. Çünki qılıncın ağrısı yox olub gedən dünyəvi ağrıdır, belə bir yataqda can vermək isə əbədi əzab gətirər.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!