NƏHC-ül-BƏLAĞƏ - 6-CI XÜTBƏ

:

(Təlhə və Zübeyr beyətlərini pozaraq qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə

İmam Əli(ə)dən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlardandır:
And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, mən sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu günə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və tənha qalmışam.

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام

 لما اشير عليه بألايتبع طلحة و الزبير و لا يرصد لهما القتال
 و فيه يبين عن صفته بأنه عليه السلام لايخدع
 وَ اللَّهِ لاَ أَكُونُ كالضَّبُعِ: تَنَامُ عَلَى طُولِ اللَّدْمِ، حَتَّى يَصِلَ إِلَيْها طَالِبُهَا، وَ يَخْتِلَهَا رَاصِدُها، وَ لكِنِّي أضْرِبُ بِالْمُقْبِلِ إِلَى الْحَقِّ الْمُدْبِرَ عَنْهُ، وَ بِالسَّامِعِ المُطِيعِ الْعَاصِيَ الْمُرِيبَأَبَداً،حَتَّى يَأْتِيَ عَلَيَّ يَوْمِي. فَوَاللَّه مَازِلْتُ مَدْفُوعاً عَنْ حَقِّي مُسْتَأْثَراً عَلَيَّ مُنْذُ قَبَضَ اللَّهُ نَبِيَّهُ صلى الله عليه وآله وسلم حَتَّى يَوْمِ النَّاسِ هذَا

 Hazırladı: Rəsul Mahmudzadə

 Ardı var...

7-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!