NƏHC-ül-BƏLAĞƏ - 135-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın kəlamlarındandır.

O böyük şəxsiyyətlə Osman arasında mübahisə baş verdikdə Müğəyrə ibn Əxnəs Osmana dedi: «Mən səni müdafiə etməyə onun üçün kifayət edərəm».1 Sonra İmam əleyhis-salam ona buyurdu:
Ey özündən sonra övladı qalmayanın, Allahın rəhmətindən qovulmuşun oğlu!2 Ey köksüz-budaqsız şəcərənin (layiqli əsil-nəsəbi olmayanın) oğlu! Sən özünü mənimlə bərabər sanırsan?! Allaha and olsun ki, sənin dost olduğun kimsəyə Allah uğur və zəfər nəsib etməz, ayaq üstə saxladığın kimsə dayanmaz. Məclisimizdən bayıra çıx, Allah xeyir və yaxşılığı səndən uzaq etsın! Öz səylərinə (və düşmənçiliyinə) son qoy. (Mənimlə) mehribanlıq etsən, Allah rəhmətini sənə şamil etməsin

ومن کلام له عليه السلام 

وقد وقعت مشاجرة بينه وبين عثمان، فقال المغيرة بن الأخنس لعثمان: 

أنا أکِفيکَه، فقال أميرالمؤمنين صلوات الله عليه للمغيرة: 

يَابْنَ اللَّعِينِ الْأَبْتَرِ، وَالشَّجَرَةِ الَّتي لاَ أَصْلَ لَهَا وَلاَ فَرْعَ، أَنْتَ تَکْفِينِي، فَوَاللهِ مَاأَعَزَّ اللهُ مَنْ أَنْتَ نَاصِرُهُ، وَلاَ قَامَ مَنْ أَنْتَ مُنْهِضُهُ، اخْرُجْ عَنَّا أَبْعَدَ اللهُ نَوَاکَ، ثُمَّ ابْلُغْ جَهْدَک، فَلاَ أَبْقَي اللهُ عَلَيْکَ إِنْ أَبْقَيْتَ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

136-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Müğəyrənin İmam əleyhis-salama kin saxlamasının səbəbi qardaşı Əbulhəkəm ibn Əxnəsin «Ühüd» döyüşündə Həzrət tərəfindən öldürülməsi idi.
2. Özündən yaxşılıq yadigar qoymayıb və sənin kimi şər övladın olması elə övladı olmamış kimidir. İmam əleyhis-salam Əxnəsi ona görə məl’un adlandırır ki, o, münafiqlərin başçılarından idi. Münafiqə lə’nət yağdırmaq isə caizdir. On doqquzuncu xütbənin şərhində də bu qeyd olunmuşdur.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!