NƏHC-ül-BƏLAĞƏ - 137-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (bey’əti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır.

Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar.1 Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir.2 İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) və (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi.3 Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər.4
Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir
(Osmanın qətlindən) sonra (bey’ət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal «bey’ət etməyə gəlmişik» deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz.5 (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et.6 (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları bey’ətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər.
Feyzul-İslamın III hissəyə yazdığı müqəddimə:

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ 

أَلْحَمْدُ لِلّهِ الَّذِي ذَلَّتْ لَهُ رِقابُ الْجَبابِرَةِ وَ خَضَعَتْ لَدَيْهِ أَعْناقُ الْأَكاسِرَةِ لا مَلْجأَ وَ لا مَنْجا مِنْهُ إِلّا إِلَيْهِ وَ لا إِعانَةَ إِلّا بِهِ وَ لا اتِّكاءَ إِلّا عَلَيْهِ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى سَيِّدِ الْمُرْسَلِينَ وَ خاتَمِ النَّبِيِّينَ وَ حُجَّةِ رَبِّ الْعالَمِينَ مُحَمَّدٍ وَ الِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ وَ لا سِيَّما عَلى سُلالَةِ النُّبُوَّةِ وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ صاحِبِ الزَّمانِ وَ مُظْهِرِ الْإِيمانِ وَ مُعْلِنِ أَحْكامِ الْقُرْانِ وَ مُطَهِّرِ الْأَرْضِ وَ ناشِرِ الْعَدْلِ فِى الطُّولِ وَ الْعَرْضِ الْحُجَّةِ الْقائِمِ الْمَهْدِىِّ الْإِمامِ الْمُنْتَظَرِ الْمَرْضِىِّ ابْنِ الْحَسَنِ الْعَسْكَرِىِّ.

أَللّهُمَّ نَوِّرْ بِنُورِهِ كُلَّ ظُلْمَةٍ وَ هُدَّ بِرُكْنِهِ كُلَّ بِدْعَةٍ وَ اهْدِمْ بِعِزِّهِ كُلَّ ضَلالَةٍ وَ اقْصِمْ بِهِ كُلَّ جَبّارٍ وَ أَخْمِدْ بِسَيْفِهِ كُلَّ نارٍ وَ أَهْلِكْ بِعَدْلِهِ جَوْرَ كُلِّ جائِرٍ وَ أَجْرِ حُكْمَهُ عَلى كُلِّ حُكْمٍ وَ أَذِلَّ بِسُلْطانِهِ كُلَّ سُلْطانٍ امِينَ يا رَبَّ الْعالَمِينَ

«Nəhcül-Bəlağə» qaranlıqları işıqlandıran, yolunu azanların mayakı və günahdan çəkinənlərin örnəyidir. Hər ağıllı insan və tədqiqatçı onu dərindən düşündükdən sonra bu müqəddəs kitabın (Qur’ani-Kərimdən və Xatəmül-Ənbiya salavatullahın sözlərindən sonra) kitabların ən üstünü və dünyada misilsiz olduğunu təsdiqləyib etiraf edəcəkdir. Bütün bəşər övladları tərəfindən mütaliə olunması daha yaxşıdır. Çünki dünya fitnə-fəsaddan xali deyil və insanlar yalnız öz rəftar və sözlərində Əmirəl-möminin əleyhis-salamın yolunu tutmaqla əmin-amanlıq, rahatlıq və ağalığa çata bilərlər. Bu, (o böyük şəxsin lütfünə möhtac olan) mən bəndənin sözü deyil, hər insaflı ağıl sahibi (lap müsəlman və şiəməzhəb olmasa belə) bunu etiraf edərək Həzrət Peyğəmbərdən sonra Həzrət Əli əleyhis-salamın elm və mərifət çeşməsinin dünyanın sonuna qədər hər işin fəsad və məsləhətini bilib bəyan etmiş olmasına inanır.
Onun söz və əməllərinin nümunəsini şərafətli Seyyid Rəzi (rizvanullah əleyh) bu şərəfli kitabda toplamışdır. Elm, bilik sahibləri İmam əleyhis-salamın elə bu həcmdə olan söz və əməllərinin də dünya və axirət səadətinə, ağalığa çatmağa kifayət etdiyini bilirlər. Buna görə də ötən dövrlərin üləma və alimləri (Allah onlara rəhmət etsin, o cümlədən hədisşünas alim Nurinin - Allah ona rəhmət etsin - «Mustədrəkul-vəsail» kitabında bəyan etdiyi kimi) bu müqəddəs kitab barəsində «Əxul-Qur’an» (Qur’anın qardaşı) ifadəsini işlətmişlər. Başqa sözlə, Qur’ani-Kərim səmavi kitab olduğu və Allah-təalanın insanların islahı üçün peyğəmbəri Həzrət Mustafanın (səlləllahu əleyhi və alih) dilindən buyurduğu kimi, «Nəhcül-Bəlağə» də sözləri ilahi elm mənbəyindən süzülərək elm şəhərinin qapısı olan Əlinin (əleyhis-salam) dilindən axan bir kitabdır. Deməli, (indiyə qədər iki hissəsini çap edib yaydığımız və indi də ilahi qüdrət ilə üçüncü hissəsinə başladığımız) bu kitabı oxuyaraq həyatının təliminə çevirmək hamıya vacibdir.
اللّهُمَّ اهْدِنا إِلى سَوآءِ السَّبِيلِ فَإِنَّكَ حَسْبُنا وَ نِعْمَ الْوَكِيلُ
Fani bəndə:
Əliyyənnəqi Feyzul-İslam İsfahani
Ali-Məhəmməd əd-Dibac.
1366 H.Q.

ومن کلام له عليه السلام 

في شأن طلحة والزبير و في البيعه طلحه و الزبير 

وَاللهِ مَا أَنْکَرُوا عَلَيَّ مُنْکَراً، وَلاَ جَعَلُوا بَيْنِي وَبَيْنَهُمْ نِصْفاً، وَإِنَّهُمْ لَيَطْلُبُونَ حَقّاً هُمْ تَرَکُوهُ، وَدَماً هُمْ سَفَکُوهُ، فَإِنْ کُنْتُ شَرِيکَهُمْ فِيهِ فَإِنَّ لَهُمْ نَصِيبَهُمْ مِنْهُ، وَإِنْ کَانُوا وَلُوهُ دُونِي فَمَا الطَّلِبَةُ إِلاَّ قِبَلَهُمْ، وَإِنَّ أَوَّلَ عَدْلِهِمْ لَلْحُکْمُ عَلَي أَنْفُسِهِمْ، وَإِنَّ مَعِي لَبَصِيرَتِي، مَا لَبَّسْتُ وَلاَ لُبِّسَ عَلَيَّ. وَإِنَّهَا لَلْفِئَةُ الْبَاغِيَةُ، فِيهَا الْحَمَأُ وَالْحُمَةُ وَالشُّبْهَةُ الْمُغْدِفَةُ، وَإِنَّ الْأَمْرَ لَوَاضِحٌ، وَقَدْ زَاحَ الْبَاطِلُ عَنْ نِصَابِهِ، وَانْقَطَعَ لِسَانُهُ عَنْ شَغَبِهِ. وَايْمُ اللهِ لِأُفْرِطَنَّ لَهُمْ حَوْضاً أَنَا مَاتِحُهُ، لاَ يَصْدُرُونَ عَنْهُ بِرِيٍّ، وَلاَ يَعُبُّونَ بَعْدَهُ فِي حَسْي ٍ ! 

أمر البيعة 

و منه: فَأَقْبَلْتُمْ إِلَيَّ إِقْبَالَ الْعُوذِ الْمَطَافِيلِ عَلَي أَوْلاَدِهَا، تَقُولُونَ: الْبَيْعَةَ الْبَيْعَةَ! قَبَضْتُ کَفِّي فَبَسَطْتُمُوهَا، وَنَازَعَتْکُمْ يَدِي فَجَاذَبْتُمُوهَا. اللَّهُمَّ إنَّهُمَا قَطَعَاني وَظَلَمَاني، وَنَکَثَا بَيْعَتِي، وَأَلَّبَا النَّاسَ عَلَيَّ; فَاحْلُلْ مَا عَقَدَا، وَلاَ تُحْکِمْ لَهُمَا مَا أَبْرَمَا، وَأَرِهِمَا الْمَسَاءَةَ فِيَما أَمَّلاَ وَعَمِلاَ، وَلَقَدِ اسْتَثَبْتُهُمَا قَبْلَ الْقِتَالِ، وَاسْتَأْنَيْتُ بِهمَا أَمَامَ الْوِقَاعِ، فَغَمَطَا النِّعْمَةَ، وَرَدَّا الْعَافِيَةَ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

138-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


 

1. Ona görə də onlar Osmanın intiqamını tələb etməməlidirlər. Çünki onlar da qatildirlər. Varis deyildirlər ki, intiqamını tələb edə bilsinlər.
2. «Biz İmama yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmə və ədalətlə hökm vermək üçün düşmən kəsilib bey’ətdən çıxmışıq» deyərək bey’əti pozmalarına səbəb kimi göstərənlərin.
3. Deməli, onların zəhmət və səyləri faydasızdır. Çünki bey’əti pozaraq hay-küy yaratmaqda və fitnə-fəsad salmaqda məqsədlərinin Osmanın intiqamını almaq deyil, dünya sevgisi və hakimiyyət olduğu məlum oldu.
4. Çünki bu hovuz başqa hovuzlar kimi deyil ki, hər gələn doyub qayıtsın və ya doymasa, başqa yerdə içsin. Bu, elə bir hovuzdur ki, ona daxil olan batar, həlak və ya məhv olar.
5. Xülasə, siz mənimlə bey’ətə böyük rəğbət göstərsəniz də buna meylim yox idi. Elə isə bey’əti niyə pozdunuz?
6. Dünyada öz arzularına, xəlifəliyə və hakimiyyətə çatmasınlar, axirətdə isə əbədi əzaba düçar olsunlar.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!