NƏHC-ül-BƏLAĞƏ - 138-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.

Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Qur’anı öz düşüncə və rəyinə çevirdiyi vaxt1 rəyi Qur’ana qaytaracaq.2
Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır
(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan (və ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların və fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin və onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir).
Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.
Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Qur’anın hökmlərini və Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).
Bu xütbənin bir hissəsidir3
Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar.4
Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər və kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək.5 (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini və fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Qur’an və sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı və Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya və axirətdə çarəsiz və zavallı olasınız).

ومن خطبة له عليه السلام 

يوميء فيها إلي ذکر الملاحم 

يَعْطِفُ الْهَوَي عَلَي الْهُدَي إِذَا عَطَفُوا الْهُدَي عَلَي الْهَوَي، وَيَعْطِفُ الرَّأْيَ عَلَي الْقُرْآنِ إِذَا عَطَفُوا الْقُرْآنَ عَلَي الرَّأْيِ. و منها: حَتَّي تَقُومَ الْحَرْبُ بِکُمْ عَلَي سَاقٍ، بَادِياً نَوَاجِذُهَا، ممْلُوءَةً أَخْلاَفُهَا، حُلْواً رَضَاعُهَا، عَلْقَماً عَاقِبَتُهَا. أَلاَ وَفِي غَدٍ ـ وَسَيَأْتِي غَدٌ بِمَا لاَ تَعْرِفُونَ ـ يَأْخُذُ الْوَالِي مِنْ غَيْرِهَا عُمَّالَهَا عَلَي مَسَاوِيءِ أَعْمَالِهَا، وَتُخْرِجُ لَهُ الْأَرْضُ أَفَالِيذَ کَبِدِهَا، وَتُلْقي إِلَيْهِ سِلْماً مَقَالِيدَهَا، فَيُرِيکُمْ کَيْفَ عَدْلُ السِّيرَة وَ يُحْيِي مَيِّتَ الْکِتَابِ وَ السُّنَّةِِ. ومنها: کأَنَّي بِهِ قَدْ نَعَقَ بِالشَّامِ، وَفَحَصَ بِرَايَاتِهِ فِي ضَوَاحِي کُوفَانَ، فَعَطَفَ عَلَيْهَا عَطْفَ الضَّرُوسِ، وَفَرَشَ الْأَرْضَ بِالرُّؤُوسِ. قَدْ فَغَرَتْ فَاغِرَتُهُ، وَثَقُلَتْ فِي الْأَرْضِ وَطْأَتُهُ، بَعِيدَ الْجَوْلَةِ، عَظِيمَ الصَّوْلَةِ. وَاللهِ لِيُشَرِّدَنَّکُمْ فِي أَطْرَافِ الْأَرْضِ حَتَّي لاَ يَبْقَي مِنْکُمْ إِلاِّ قَلَيلٌ، کَالْکُحْلِ فِي الْعَيْنِ، فَلاَ تَزَالُونَ کَذلِکَ، حَتَّي تَؤُوبَ إِلَي الْعَرَبِ عَوَازِبُ أَحْلاَمِهَا ! فَالْزَمُوا السُّنَنَ الْقَائِمَةَ، وَالْآثَارَ الْبَيِّنَةَ، وَالْعَهْدَ الْقَرِيبَ الَّذِي عَلَيْهِ بَاقِي النُّبُوَّةِ. وَاعْلَمُوا أَنَّ الشَّيْطَانَ إِنَّمَا يُسَنِّي لَکُمْ طُرُقَهُ لِتَتَّبِعُوا عَقِبَهُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

139-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Qur’andan üz döndərərək işləri öz nadürüst düşüncələrinə uyğun gördükləri vaxt nəzərdə tutulur.
2. Allah kitabının buyuruqlarına uyğun rəftar edib ona zidd olanlardan uzaqlaşmaq üçün camaatı səhv düşüncələrin tətbiqindən çəkindirəcək və Qur’ana üz tutmağa məcbur edəcək.
3. Süfyaninin qiyamına işarə edildiyi güman olunur. Şərhçi Xoyi rəhiməhullah öz şərhində mərhum əllamə Məclisidən belə nəql etsə də, şərhçilərin çoxu Əbdülməlik ibn Mərvanın fitnə və qan tökməsindən söz getdiyini bildirirlər. Mərvan xəlifəliyə çatdıqda Muxtar ibn Əbi-Übeydə Səqəfənin qatili Məsəb ibn Zübeyrlə döyüşmək üçün Kufəyə getmiş, Kufənin bir bölgəsi olan «Məskin» deyilən yerdə onunla üz-üzə gəlmişdir. Məsəb öldürülmüş və Kufə şəhərində camaat onunla bey’ət etmişdir. Bu vaxt Abdullah ibn Zübeyrlə döyüşmək üçün Həccac ibn Yusifi Məkkəyə göndərmişdir. Həccac Məkkədə Abdullahı öldürmüş və Allahın evini mancanaqla dağıtmışdır. O, çoxlarını öldürməklə müsəlmanlara hakim kəsilmiş və uzun illər boyu onlara çox zülmlər etmişdir. İmam əleyhis-salam onun zülmkarlığından xəbər verir.
4. Həccac öz əmir və qoşun başçılarını Xorasan, Kabil və Türküstan kimi ucqar yerlərə göndərib çoxsaylı insanları öldürtdüyü tək uzaq şəhərləri ələ keçirib zülm edəcək.
5. Abbasilər hakimiyyətə gələrək ağıl, düşüncə ilə, iranlıların yardımı ilə Bəni-Üməyyənin məhv edərlər.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!