NƏHC-ül-BƏLAĞƏ - 152-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (tovhid və Allahın sifətləri haqqında) xütbələrindəndir.

Həmd o Allaha məxsusdur ki, yaratdıqlarının vasitəsilə Öz vücuduna və varlığına yolgöstərəndir.1 Yaratdıqlarının sonradan əmələ gəlmiş və yeni yaranmış olması Onun əzəliliyinə və başlanğıcının olmamasına dəlalət edir.2 Yaranmışların bir-birinə bənzəməsi Onun misli olmadığını göstərir.3 Hisslər Onun əslinə vara bilməz.4 Örtüklər Onu örtməz.5 Çünki Xaliqlə məxluq, Hədd-hüdud təyin edənlə təyin olunmuş və məhdud, Yaradanla yaradılmış arasında fərq var.6 (O Allaha şükrlər olsun ki,) Birdir, hesabla saya gələn deyil.7 Yaradandır, hərəkətsiz və əziyyətsiz (çünki hərəkət və dəyişmə mümkünül-vücuda xasdır və vacibül-vucudda qeyri-mümkündür). Eşidən və görəndir, qulaq (eşitmə) aləti olmadan və göz hədəqəsi çevrilmədən. (Çünki alət ehtiyac tələb edir.) Hüzuru var, görüşlə (və yerin yaxınlığı ilə) deyil və ayrıdır, yolun uzaqlığı ilə deyil. (Öz zatında hər şeydən başqadır, çünki O kamalın fövqündədir və Ondan qeyrisi son dərəcə nöqsanlıdır.) (Qüdrətin nişanəsi ilə) görünəndir, görməklə deyil. (Zatının əsli) gizlindir, lətafətinə (həcminin kiçikliyinə və dərisinin şəffaflığına) görə deyil. Əşyadan ayrıdır, (yaratmaq və yox etməkdə) onlara qalib, üstün, qüdrətli olmaqla (necə ki, «vacib»in şə’ninə layiqdir). Əşya Ondan ayrıdır, təvazökarlıq və Ona doğru qayıtmaqla. Onu (zatından törəmə sifətlərlə) vəsf edən Onu məhdud sanmışdır (Onun üçün məkan təyin etmişdir). Onu məhdud sanan isə Onu sayar (ədədlərə və çoxluqlara salar). Onu sayan (çoxluğun başlanğıcı və hissəsi hesab edən) Onun əzəli olmasını (inamını) pozmuşdur. «Necədir?» deyən Onu (zatından törənən sifətlərlə) vəsf etmək istəmişdir. «Haradadır?» deyən Onun üçün məkan ayırmışdır. Məlum, yaradılmış və qüdrət verilmişlər olmadığı vaxt bilən, yaradan və qüdrətli olmuşdur. (Çünki Onun zatı kamalı ilə eynidir. Deməli, O, əzəli və əbədi bilən, yaradan və qüdrətlidir.)
Bu xütbənin (xəlifəliyin o Həzrətə keçməsi, yol göstərən İmamların mədhi və camaata nəsihət barəsində olan) bir hissəsidir
(Agah olun) günəş (İmam əleyhis-salamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq) düzəldi (aradan getdi). Allah-təala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa bir dəstəyə (İmam əleyhis-salam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik.8 (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki) rəhbərlər (on iki İmam əleyhimus-salam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-təala tanınır və Ona sitayiş olunur. Buna görə də) onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz.9 Onlar da onu (onlara müti və tabe olmasını) tanısınlar.10 Onları inkar edən və Onların da (ədavət və düşmənçiliyinə görə) özlərindən saymadığı kimsədən başqa heç kəs atəşin içinə girməz.11
Allah-təala sizləri İslam üçün ayırıb, sizin onun üçün (çirkinlik, küfr və şirkdən) pak və layiq olmanızı istəyib. Bu, İslamın adının (dünyanın fitnə-fəsad və çətinliklərindən, axirətin əzabından) salamatlıq olduğuna və böyüklüyü, başucalığı ehtiva etdiyinə görədir. Böyük Allah onun yolunu (Məhəmmədin şəriətini digər yollardan və peyğəmbərlərin şəriətlərindən) üstün (onunla digər dinləri qüvvədən salaraq, İslamı dünyanın sonuna qədər saxladı) və zahiri elmdən (Qur’an və sünnədən) və batini hikmətdən (əqldən) ibarət olan dəlillərini (həqiqətlərini) aşkar etdi. Onun əsrarəngizliyi (alimləri və bilik sahiblərini heyrətə salan əlamət və nişanələri) məhv olub aradan getməz. Onda (ölmüş qəlblərə təravət gətirən, bunun nəticəsində müsəlmanların böyüklüyə və xoşbəxtliyə çatdığı) nemətlərin bahar yağışı mövcuddur, zülmətlərin çıraqları (yol göstərən İmamlar əleyhimus-salam) ondadır. Yaxşılıqların qapısı onun açarlarından (hökmlərinə tabe olmaqdan) qeyri bir açarla açılmaz (dünyadakı rahatlıq, böyüklük və əbədi cənnət qazanılmaz), qaranlıqlar (azğınlıq) onun çıraqlarından (əsl din rəhbərlərinin buyurduqlarına əməl etməkdən) başqa bir şeylə yox olmaz. Allah onun haramlarını qadağan etdi, örüşlərini bitirdi. (Onun mubahatını, yəni, onun halal olanlarını qadağan etmədi.) Ondadır şəfa axtaranların şəfası (nadanlıq və azğınlıq xəstəliklərinin əlacı) və (dünya və axirətdə) ehtiyacsız olmaq istəyənin ehtiyacsızlığı. (Müqəddəs İslam dininin ardınca gedən azğınlıq xəstəliyindən şəfa tapar, dünya və axirət səadətindən məhrum qalmaz.)
Bu xütbənin (azğınlıq yolunda sərgərdan qalan insanın təsvir edildiyi) bir parçasıdır
Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.
Bu xütbənin (günahkarlar barədə söylənilən və eşidənlərə öyüd olan) bir hissəsidir
(Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət və itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab və bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq və sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri və əldə etdikləri şeydən (dünyanın ləzzəti və xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü və sizi bu hadisədən (səfillik, əzab və çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət və şadlığına bel bağlamayın).12 İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə və ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər və pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun və (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha və peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur və dərələrə (nəfsi istəklərə) düşməkdən və (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına iş görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) və ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) və xəbərsizliyindən (çirkin əməl və sözlərinin cəzasından) oyan, (qalımlığı və varlığı az, məhvi və yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi və o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona və əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən və diqqətini ondan qeyrisinə (şeytana və nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq və bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya və axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür və xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə də əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla və (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha və peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət və ibadətə) çalış və heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər və mə’sum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.)
Allah-təalanın Qur’anda (ona əməl edənlərə) mükafat verdiyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) və onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi və qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət və bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət və sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq.13 (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq.14 (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək.15 (Dördüncüsü) öz dinində bid’ət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq.16 (Beşincisi) camaatla nifaq və ikiüzlülüklə görüşmək və ya onların arasında iki dildə danışmaq.17 Bu (xatırlanan) məsəlin əzəmət və böyüklüyünü başa düş və onu düşün.18 Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir.19 (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:)
Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun və ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik və başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə və istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan və qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad və pozğunluq etməkdir.20 (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban və (Allahın qəzəbindən) qorxandır.

ومن خطبة له عليه السلام 

في صفات الله جل جلاله، وصفات أئمة الدين 

الْحَمْدُ للهِِ الدَّالِّ عَلَي وُجُودِهِ بِخَلْقِهِ، وَبِمُحْدَثِ خَلْقِهِ عَلَي أَزَلِيَّتِهِ، وَبِاشْتِبَاهِهِمْ عَلَي أَنْ لاَ شَبَهَ لَهُ. لاَ تَسْتَلِمُهُ الْمَشَاعِرُ، وَلاَ تَحْجُبُهُ السَّوَاتِرُ، لِإِفْتِرَاِق الصَّانِعِ وَالْمَصْنُوعِ، وَالْحَادِّ وَالْمَحْدُودِ، وَالرَّبِّ وَالْمَرْبُوبِ. الْأَحَدُ بِلَا تَأْوِيلِ عَدَدٍ، وَالْخَالِقُ لاَ بِمَعْنَي حَرَکَةٍ وَنَصَبٍ. وَالسَّمِيعُ لاَ بِأَدَاةٍ، وَالْبَصِيرُ لاَ بِتَفْرِيقِ آلَةٍ، وَالشَّاهِدُ لاَبِمُمَاسَّةٍ، وَالْبَائِنٍ لاَبِتَرَاخِي مَسَافَةٍ، وَالظّاهِرُ لاَبِرُؤيَةٍ. وَالْبَاطِنُ لاَ بِلَطَافَةٍ. بَانَ مِنَ الْأَشْيَاءِ بَالْقَهْرِ لَهَا. وَالْقُدْرَةِ عَلَيْهَا، وَبَانَتِ الْأَشْيَاءُ مِنْهُ بَالْخُضُوعِ لَهُ، وَالرُّجُوعِ إِلَيْهِ. مَنْ وَصَفَهُ فَقَدْ حَدَّهُ، وَمَنْ حَدَّهُ فَقَدْ عَدَّهُ، وَمَنْ عَدَّهُ فَقَدْ أَبْطَلَ أَزَلَهُ، وَمَنْ قَالَ: «کَيْفَ»، فَقَدِ اسْتَوْصَفَهُ، وَمَنْ قَالَ: «أَيْنَ»، فَقَدْ حَيَّزَهُ. عَالِمٌ إِذْ لاَ مَعْلُومٌ، وَرَبٌّ إِذْ لاَ مَرْبُوبٌ، وَقَادِرٌ إِذْ لاَ مَقْدُورٌ. 

في أئمّة الدين 

منها: فَقَدْ طَلَعَ طَالِعٌ، وَلَمَعَ لاَمِعٌ، وَلاَحَ لاَئِحٌ، وَاعْتَدَلَ مَائِلٌ، وَاسْتَبْدَلَ اللهُ بِقَوْمٍ قَوْماً، وَبِيَومٍ يَوْماً، وَانْتَظَرْنَا الْغِيَرَ انْتِظَارَ الْمُجْدِبِ الْمَطَرَ. وَإِنَّمَا الْأَئِمَّةُ قُوَّامُ اللهِ عَلَي خَلْقِهِ، وَعُرَفَاؤُهُ عَلَي عِبَادِهِ، لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَهُمْ وَعَرَفُوهُ، وَلاَ يَدْخُلُ النَّارَ إِلاَّ منْ أَنْکَرَهُمْ وَأَنْکَرُوهُ. إِنَّ اللهَ خَصَّکُمْ بَالْإِسْلاَمِ، وَاسْتَخْلَصَکُمْ لَهُ، وَذلِکَ لاَِنَّهُ اسْمُ سَلاَمَةٍ، وَجِمَاعُ کَرَامَةٍ، اصْطَفَي اللهُ تَعَالَي مَنْهَجَهُ، وَبَيَّنَ حُجَجَهُ، مِنْ ظَاهِرِ عِلْمٍ، وَبَاطِنِ حِکَمٍ. لاَ تَفْنَي غَرَائِبُهُ، وَلاَ تَنْقَضِي عَجَائِبُهُ. فِيهِ مَرَابِيعُ النِّعَمِ، وَمَصَابِيحُ الظُّلَمِ. لاَ تُفْتَحُ الْخَيْرَاتُ إِلاَّ بِمَفَاتِحِهِ، وَلاَ تُکْشَفُ الظُّلُمَاتُ إِلاَّ بِمَصَابِحِهِ. قَدْ أَحْمَي حِمَاهُ، وَأَرْعَي مَرْعَاهُ. فِيهِ شِفَاءُ الْمُسْتَشْفِي، وَکِفَايَةُ الْمُکْتَفِي. 

منها 

وَهُوَ فِي مُهْلَةٍ مِنَ اللهِ يَهْوِي مَعَ الْغَافِلِينَ. وَيَغْدُومَعَ الْمُذْنِبِينَ، بلاَ سَبِيلٍ قَاصِدٍ، وَلاَ إِمَامٍ قَائِدٍ. 

منها: حَتَّي إِذَا کَشَفَ لَهُمْ عَنْ جَزَاءِ مَعْصِيَتِهِمْ، وَاسْتَخْرَجَهُمْ مِنْ جَلاَبِيبِ غَفْلَتِهِمُ، استَقْبَلُوا مُدْبِراً، وَاسْتَدْبَرُوا مُقْبِلاً، فَلَمْ يَنْتَفِعُوا بَمَا أَدْرَکُوا منْ طَلِبَتِهِمْ، وَلاَ بِمَا قَضَوْا مِنْ وَطَرِهِمْ. إِنِّي أُحَذِّرُکُمْ، وَنَفْسِي، هذِهِ الْمَنْزِلَةَ، فَلْيَنْتَفِعِ امْرُؤٌ بِنَفْسِهِ، فَإِنَّمَا الْبَصِيرُ مَنْ سَمِعَ فَتَفَکَّرَ، وَنَظَرَ فَأَبْصَرَ، وَانْتَفَعَ بِالْعِبَرِ، ثُمَّ سَلَکَ جَدَداً وَاضِحاً يَتَجَنَّبُ فِيهِ الصَّرْعَةَ فِي الْمَهَاوِي، وَالضَّلاَلَ في الْمَغَاوِي، وَلاَ يُعِينُ عَلَي نَفْسِهِ الْغُوَاةَ بِتَعَسُّفٍ فِي حَقٍّ، أَوْ تَحَرِيفٍ في نُطْقٍ، أَوْ تَخَوُّفٍ مِنْ صِدْقٍ. 

عظة الناس 

فَأَفِقْ أَيُّهَا السَّامِعُ مِنْ سَکْرَتِکَ، وَاسْتَيْقِظْ مَنْ غَفْلَتِکَ، وَاخْتَصِرْ مِنْ عَجَلَتِکَ، وَأَنْعِمِ الْفِکْرَ فِيَما جَاءَکَ عَلَي لِسَانِ النَّبِيِّ الْأُمِّيِّ- صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّمِ- مِمَّا لاَبُدَّ مِنْهُ وَلاَ مَحِيصَ عَنْهُ، وَخَالِفْ مَنْ خَالَفَ ذلِکَ إِلَي غَيْرِهِ، وَدَعْهُ وَمَا رَضِيَ لِنَفْسِهِ، وَضَعْ فَخْرَکَ، وَاحْطُطْ کِبْرَکَ، وَاذکُرْ قَبْرَکَ، فَإِنَّ عَلَيْهِ مَمَرَّکَ، وَکَمَا تَدِينُ تُدَانُ، وَکَمَا تَزْرَعُ تَحْصُدُ، وَمَا قَدَّمْتَ الْيَوْمَ تَقْدَمُ عَلَيْهِ غَداً، فَامْهَد لِقَدَمِکَ، وَقَدِّمْ لِيَوْمِکَ. فَالْحَذَرَ الْحَذَرَ أَيُّهَا الْمُسْتَمِعُ! وَالْجِدَّ الْجِدَّ أَيُّهَا الْغَافِلُ! (وَلاَ يُنَبِّئُکَ مِثْلُ خَبِيرٍ). إِنَّ مِنْ عَزَائِمِ اللهِ فِي الذِّکْرِ الْحَکِيمِ، الَّتِي عَلَيْهَا يُثِيبُ وَيُعَاقِبُ، وَلَهَا يَرْضَي وَيَسْخَطُ، أَنَّهُ لاَ يَنْفَعُ عَبْداً ـ وَإِنْ أَجْهَدَ نَفْسَهُ، وَأَخْلَصَ فِعْلَهُ ـ أَنْ يَخْرُجَ مِنَ الدُّنْيَا، لاَقِياً رَبَّهُ بِخَصْلَةٍ مِنْ هذِهِ الْخِصَال لَمْ يَتُبْ مِنْهَا: أَنْ يُشْرِکَ بِالله فِيَما افْتَرَضَ عَلَيْهِ مِنْ عِبَادَتِهِ، أَوْ يَشْفِيَ غَيْظَهُ بِهَلاَکِ نَفْسٍ، أَوْ يَعُرَّ بِأَمْرٍ فَعَلَهُ غَيْرُهُ، أَوْ يَسْتَنْجِحَ حَاجَةً إِلَي النَّاسِ بِإِظْهَارِ بِدْعَةٍ فِي دِينِهِ، أَوْ يَلْقَي النَّاسَ بِوَجْهَيْنِ، أَوْ يَمْشِيَ فِيهِمْ بِلِسَانَيْنِ. اعْقِلْ ذلِکَ فَإِنَّ الْمِثْلَ دَلِيلٌ عَلَي شِبْهِهِ. إِنَّ الْبَهَائِمَ هَمُّهَا بُطُونُهَا، وَإِنَّ السِّبَاعَ هَمُّهَا الْعُدْوَانُ عَلَي غَيْرِهَا، وَإِنَّ النِّسَاءَ هَمُّهُنَّ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا وَالْفَسَادُ فِيهَا; إِنَّ الْمُؤْمِنِينَ مُسْتَکِينُونَ، إِنَّ الْمُؤْمِنينَ مُشْفِقُونَ، إِنَّ الْمُؤْمِنينَ خَائِفُونَ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

153-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki hər bir məxluq «mümkünul-vücuddur». Mümkünül-vücud özü-özlüyündə var ola bilməz. Aydındır ki, onun bir yaradanı vardır.
2. Çünki yaradan əzəli olmayıb, sonradan yaranmış olsa, o özü başqa bir yaradıcıya möhtac olmuş olar, yaranışın mənşəyi ola bilməz.
3. Çünki bütün cisimlər cismiyyətdə bir-birilə şərikdirlər. Belə ki, əgər onlardan Ona bənzəyəni olarsa, O da cisim olmuş olar. Cismiyyət mümkünül-vücuda xasdır. Mümkünlük isə vacibil-vücuda rəva deyil.
4. Çünki idrak qüvvəsi istər hissləri və duyğuları dərk edən maddi, istərsə də düşüncə və fikirləri qavrayan əqli idrak-yalnız cisimləri anlayır. Allah isə cisim deyil ki, hisslərlə qavranılsın.
5. Çünki örtülmək cismiyyətə aiddir. Bəzi hədislərdə Allah-təalanın gözlərdən gizli olduğu tək ağıllardan da örtülü olması, insanların Onu istədiyi kimi dərgahına yaxın olan mələklərin də Onu istədiyi göstərilir. Bu, İmam əleyhis-salamın buyurduqları ilə təzadda deyil. Çünki Allah-təalanın ağıllara və gözlərə örtülü olması dedikdə Ona çatmağa, Onu dərk etməyə mane olan maddi hicab, örtük nəzərdə tutulmur. Burada məqsəd insanların qüsurunu, ağıl və güclərinin məhdudluğunu, Allahın zatının kamilliyini, nurunun və zahir olmasının çoxluğunu göstərməkdir. Deməli, zahir olmasının çoxluğu Onun pərdəli və gizli qalmasına səbəb olmuşdur.
6. Deməli, yaradılmaq, puç olmaq, bir-birinə oxşayıb bərabər olmaq, hisslərlə qavranılmaq məxluqun xüsusiyyətlərindəndir. Yaratmaq, əbədilik, misilsizlik, hisslərlə başa düşülməmək və örtülməmək Xaliqin sifətlərindəndir. Məxluqun sifəti Xaliqdə, Xaliqin sifəti isə məxluqda olarsa, «sonradan yaradılmış olma» məsələsində bir-birilə eyniləşər və onların arasında fərq olmaz. Sonradan yaranmış olmaq «mümkün»ə, o isə başqa birinə ehtiyaca gətirib çıxarır. Bu isə batil və səhvdir.
7. Sayılmaz. Yəni, həqiqi birdir, vahiddir və Onun üçün ikinci təsəvvür olunmaz. Ədəd göstəricisi və çoxluğun başlanğıcı, bir hissəsi olan vahid deyil. Altmış dördüncü xütbənin şərhində buna toxunulmuşdur.
8. Gözümüz yolda idi ki, nadanlıq, azğınlıq əyyamı keçsin və hidayət, qurtuluş ruzigarı gəlsin.
9. Əmirəl-möminin və Onun on bir övladının Həzrət Peyğəmbərin canişini və haqq xəlifələrin olmasına inamı, əqidəsi olsun və onları sevsin.
10. Deməli, kimsə onları sevib haqq xəlifə olmalarına inansa, ancaq onlara itaət etməsə, onları tanımamışdır. Bu sərsəri dostluq və etiqaddan isə heç bir fayda əldə etməyəcək. Dünyadan köçməmiş tövbə etməsə, yəni, onları tam tanımasa, cənnətə daxil olmayacaq, tövbə edərsə, onlar da qiyamətdə Allah-təalanın izni və fərmanı ilə ona yoldaş olub şəfaət edəcəklər. Allahın peyğəmbərinin - səlləllahu əleyhi və alih - «حُبُّ عَلِىِّ ابْنِ أَبِيطالِبٍ يَأْ كُلُ السَّيِّئاتِ كَما تَأْكُلُ النّارُ الْحَطَبَ» -yəni, Əli ibn Əbu Talibi sevmək alov odunu yandıran kimi pislikləri yox edər» sözü də bunu təsdiqləyir.
11. Çünki vilayətə etiqad, yəni, yol göstərən İmamları tanımaq, İmamlıqlarını, on ikisinin (əleyhimus-salam) hər birinin itaətinin vacibliyini qəbul etmək imanın ən böyük sütunu və dayağı, əməllərin qəbul şərtidir və onsuz ibadətlərin heç birinin xeyri yoxdur. Çünki şəriətə tabe olandan qeyrisinin cənnətə getməsi mümkün deyil. Şəriətlə tanış olub ona uyğun əməl etməyin yolunu biləndən qeyrisinin şəriətə tabe olması mümkün deyil. Bu da şəriət sahibinin sözündən əxz etməkdən savayı qeyri-mümkündür. Bu isə insanın şəriət sahibinin sözünü ondan öyrənmək üçün İmamını və rəhbərini tanımaqdan başqa yolla mümkün deyil. Lakin onları tanımayan, ancaq fitrətinin paklığına və ya rəftarı onların məramına uyğun olduğuna görə onlar tərəfindən inkar edilməyən kəs oda düşməyəcək. Çünki belə insan son nəticədə tövbəyə nail olub bir vasitə ilə onları tanıyacaq. Bundan sonra İmam əleyhis-salam İslam dininin Allahın ən böyük neməti olması haqda buyurmuşdur.
12. İmam əleyhis-salamın özünü bu cərgəyə qoşması mövzuya əhəmiyyət verməsinə görədir ki, camaat hər xətadan pak olan belə böyük insanın da dünyaya ürək bağlanılmasından keçirdiyi narahatlığı duysun. Deməli, dünyanın onları aldadacağından ehtiyatlanmağa başqaları daha layiqdir.
13. İstər aşkarda, istərsə də gizlində başqasını Ona şərik qoşmaq. Bu da riyakarlıq və özünü göstərmək deməkdir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur: فَمَن كَانَ يَرْجُو لِقَآءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا -«Kim Rəbbinin rəhmətinin halına şamil olacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın!»
14. Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb edib rəhmətindən uzaq saxlayar və (axirətdə) onun üçün böyük əzab hazırlayar!»
15. Nur surəsinin 19-cu ayəsində buyurulur: إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ İman gətirənlər haqda çirkin, nalayiq işləri faş etmək istəyənləri dünya və axirətdə şiddətli bir əzab gözləyir».
16. Qəsəs surəsinin 50-ci ayəsində buyurulur: وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِّنَ اللَّهِ «Allah tərəfindən bir yol göstərən olmadan öz arzusuna uyandan haqq yolunu daha çox azmış kim ola bilər?!»
17. Üzdə özünü onlara dost və minnətdar göstərmək, arxalarınca isə nalayiq sözlər danışmaq. Nisa surəsinin 145-ci ayəsi: إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا yəni: ikiüzlü adamların yeri Cəhənnəm atəşinin ən aşağı təbəqəsindədir. Heç vaxt oradan çıxmaları üçün onlara yardım edəni tapmazlar!»
18. İnsanların idrakının məhdudluğu ucbatından həqiqətlər heç kəsə gizli qalmasın deyə Allah-təala, peyğəmbərlər və onların vəsilərinin həqiqətlərini dərk etmək üçün onları məsəllərlə bəyan edərdilər.
19. Deyildiyi kimi, mənəvi qida olan elm ana südü kimidir. Uşaq anasının südü ilə gücləndiyi kimi insanın ruhu da elmlə kamilləşir.
20. İmam əleyhis-salam bu məsəllə buyurmaq istəyir ki, insan özünü hisslər dünyasından uca tutmalı, düşüncə qüvvəsini işlədərək rəzil sifətlərdən uzaqlaşmalıdır. Əgər şəhvət və qəzəb hisslərinə tabe olarsa, heyvanlar və yırtıcılarla heç bir fərqi olmaz. Dünyada bəzək-düzəyi amalına çevirib pozğunluq və fəsada çalışanlar qadınların zümrəsindəndir.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!