NƏHC-ül-BƏLAĞƏ - 155-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.

O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq və səadət) yoluna aparacağam.1 O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir.2 Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi.3 Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək və bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi və möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.4
Bu sözlərin (iman barədə olan) bir hissəsidir
İman yolu (Allaha və Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq və səadətə çatmaq üçün) və çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir.5
(Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm və bilik abad olur.6 Elm səbəbindən ölümdən qorxu və xof yaranır.7 Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət (də əbədi səadət) əldə olunur.Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara və nəfspərəstlərə aşkar olar.9 O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli və xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr də camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır).
Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə və pis işlərdən çəkinməyə, Qur’ani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir:
(Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar və son mənzillərinə (cənnətə və ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət və ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər və Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər və günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saraydan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət və əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz.10 (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qur’ani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.)
Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz.11 Onu dilinə gətirən doğru danışandır. (Çünki Qur’ani-Kərimdə həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:)
Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: «Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) onun necə olacağı barədə soruşmusanmı?» Sonra İmam əleyhis-salam buyurdu: «Pak olan Allah (Ənkəbut surəsinin 1 və 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ «Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha və peyğəmbərə) «İman gətirdik!» -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmı?» kəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi və alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: «Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədir?» Buyurdu: «Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə və pozğunluğa düşəcək.» Sonra dedim: Ya Peyğəmbər! Ühüd günündə12 bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülməməyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə «müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən» deyə buyurmadınmı?» Sonra mənə buyurdu: «Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaq?» Dedim ki, «ya Peyğəmbər! Bu iş səbrlik deyil, müjdə və şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət və ilahi bəxşişdir.) Sonra buyurdu: «Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı və çoxluğu, halal və ya haram yolla qazanılması, xeyir və şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət və mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha və Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq və rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə və (haqdan və qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə də) şərabı üzüm və xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə və ərməğan, sələmi alver adı ilə halal sayacaqlar.» Sonra dedim: «Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd və kafir, yoxsa fitnəyə uyanlar hesab edim?» Buyurdu ki, (dində) «fitnə və sınaq» məqamında olanlardan.13

ومن کلام له عليه السلام 

خاطب به أهل البصرة علي جهة اقتصاص الملاحم 

فَمَنِ اسْتَطَاعَ عِنْدَ ذلِکَ أَنْ يَعْتَقِلَ نَفْسَهُ عَلَي اللهِ، عَزَّ وَجَلَّ. فَلْيَفْعَلْ، فَإِنْ أَطَعْتُمُوني فَإِنِّي حَامِلُکُمْ إِنْ شَاءَ اللهُ عَلَي سَبِيلِ الْجَنَّةِ، وَإِنْ کَانَ ذَا مَشَقَّةٍ شَدِيدَةٍ وَمَذَاقَةٍ مَرِيرَةٍ. وَأَمَّا فُلاَنَةُ، فَأَدْرَکَهَا رَأْيُ الْنِّسَاءِ، وَضِغْنٌ غَلاَ فِي صَدْرِهَا کَمِرْجَلِ الْقَيْنِ، وَلَوْ دُعِيَتْ لِتَنَالَ مِنْ غَيْرِي مَا أَتَتْ إِلَيَّ، لَمْ تَفْعَلْ، وَلَهَا بَعْدُ حُرْمَتُهَا الْأُولَي، وَالْحِسَابُ عَلَي اللهِ. 

وصف الايمان 

منه: سَبِيلٌ أَبْلَجُ الْمِنْهَاجِ، أَنْوَرُ السِّرَاجِ، فَبِالاِْيمَانِ يُسْتَدَلُّ عَلَي الصَّالِحَاتِ، وَبَالصَّالِحَاتِ يُسْتَدَلُّ عَلَي الْإِيمَانِ، وَبالْإِيمَانِ يُعْمَرُ الْعِلْمُ، وَبِالْعِلْمِ يُرْهَبُ الْمَوْتُ، وَبِالْمَوْتِ تُخْتَمُ الدُّنْيَا، وَبِالدُّنْيَا تُحْرَزُ الْآخِرَةُ، وَ بِالْقِيَامَةِ تُزْلَفُ الْجَنَّةُ, ( وَ تُبَرَّزُ الْجَحِيمُ لِلْغَاوِينَ ) وَإِنَّ الْخَلْقَ لاَ مَقْصَرَ لَهُمْ عَنِ الْقِيَامَةِ، مُرْقِلِينَ فِي مِضْمارِهَا إِلَي الْغَايَةِ الْقُصْوَي. 

حال أهل القبور في القيامة 

منه: قَدْ شَخَصُوا مِنْ مُسْتَقَرِّ الْأَجْدَاثِ، وَصَارُوا إِلي مَصَائِرِ الْغَايَاتِ، لِکُلِّ دَارٍ أَهْلُهَا، لاَ يَسْتَبْدِلُونَ بِهَا وَلاَ يُنْقَلُونَ عَنْهَا. وَإِنَّ الْأَمْرَ بِالْمَعْرُوفِ، وَالنَّهْيَ عَنِ المُنکَرِ، لَخُلُقَانَ مِنْ خُلُقِ اللهِ سُبْحَانَهُ، وَإِنَّهُمَا لاَ يُقَرِّبَانِ مِنْ أَجَلٍ، وَلاَ يَنْقُصَانِ مِنْ رِزْقٍ. وَعَلَيْکُمْ بِکِتَابِ اللهِ، فَإِنَّهُ الْحَبْلُ الْمَتِينُ، وَالنُّورُ الْمُبِينُ، وَالشِّفَاءُ النَّافِعُ، وَالرِّيُّ النَّاقِعُ، وَالْعِصْمَةُ لِلْمُتَمَسِّکِ، وَالنَّجَاةُ لَلْمُتَعَلِّقِ، لاَ يَعْوَجُّ فَيُقَامَ، وَلاَ يَزِيغُ فَيُسْتَعْتَبَ، وَلاَ تُخْلِقُهُ کَثْرَةُ الرَّدِّ، وَوُلُوجُ السَّمْعِ، مَنْ قَالَ بِهِ صَدَقَ، وَمَنْ عَمِلَ بِهِ سَبَقَ. وقام إليه رجل فقال: أخبرنا عن الفتنة، وهل سألت عنها رسول الله -صلي الله عليه وآله- عنها؟ فقال عليه السلام: لَمَّا أَنْزَلَ اللهُ سُبْحَانَهُ، قَوْلَهُ: (الم * أحَسِبَ النَّاسُ أَنْ يُتْرکُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لاَ يُفْتَنُونَ) عَلِمْتُ أَنَّ الْفِتْنَةَ لاَ تَنْزِلُ بِنَا وَرَسُولُ اللهِ -صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ- بَيْنَ أَظْهُرِنَا. فَقُلْتُ: يَا رَسُولَ اللهِ، مَا هذِهِ الْفِتْنَةُ الَّتي أَخْبَرَکَ اللهُ بِهَا؟ فَقَالَ: «يَا عَلِيُّ، إِنَّ أُمَّتِي سَيُفْتَنُونَ مِنْ بَعْدِي». فَقُلْتُ: يَا رَسُولَ اللهِ، أَوَلَيْسَ قَدْ قُلْتَ لِي يَوْمَ أُحُدٍ حَيْثُ اسْتُشْهِدَ مَنِ اسْتُشْهِدَ مِنَ الْمُسْلِمِينَ، وَحِيزَتْ عَنِّي الشَّهَادَةُ، فَشَقَّ ذلِکَ عَلَيَّ، فَقُلْتَ لِي: «أَبْشِرْ، فَإِنَّ الشَّهَادَةَ مِنْ وَرَائِکَ»؟. فَقَالَ لي: «إِنَّ ذلِکَ لَکَذلِکَ، فَکَيْفَ صَبْرُکَ إِذَنْ»؟. فَقُلْتُ: يَا رَسُولَ اللهِ، لَيسَ هذَا مِنْ مَوَاطِنِ الصَّبْرِ، وَلکِنْ مِنْ مَوَاطِنِ الْبُشْرَي وَالشُّکُرِ. وَقَالَ: «يَا عَلِيُّ، إِنَّ الْقَوْمَ سَيُفْتَنُونَ بِأَمْوَالِهمْ، وَيَمُنُّونَ بِدِينِهِم عَلَي رَبِّهِمْ، وَيَتَمَنَّوْنَ رَحْمَتَهُ، وَيَأْمَنُونَ سَطْوَتَهُ، وَيَسْتَحِلُّونَ حَرَامَهُ بِالشُّبُهَاتِ الْکَاذِبَةِ، وَ الْأَهْوَاءِ السَّاهِيَةِ، فَيَسْتَحِلُّونَ الْخَمْرَ بِالنَّبِيذِ، وَالسُّحْتَ بِالْهَدِيَّةِ، وَالرِّبَا بِالْبَيْعِ». قُلْتُ: يَا رَسُولَ اللهِ، فَبِأَيِّ الْمَنَازِلِ أُنْزِلُهُمْ عِنْدَ ذلِکَ؟ أَبِمَنْزِلَةِ رِدَّةِ، أَمْ بِمَنْزِلَةِ فِتْنَةٍ؟ فَقَالَ: «بِمَنْزِلَةِ فِتْنَةٍ».

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

156-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki camaatın çoxu batili, pozğunluğu istəyəcəyindən Allaha, Peyğəmbərə tabe olmaq onlara çətin gələcək.
2. Aişədə Həzrətə qarşı kin və düşmənçilik yaradan səbəblərdən biri bu idi ki, Həzrət Peyğəmbərə məscidə açılan qapıları bağlamaq əmr olunduqda bütün qapıları, hətta Əbu Bəkrin qapısını bağlayıb Əmirəl-mömininin qapısını açıq saxlamışdır. Bundan başqa, Əbu Bəkri Tövbə surəsini oxumaq üçün Məkkəyə göndərmiş, sonra bu vəzifəni ondan alaraq Tövbə surəsini Əmirəl-mömininə vermiş və onu göndərmişdir. Eyni zamanda, Fatimə əleyhas-salamın övladları olduğuna, Aişənin isə heç bir övladı olmadığına görə Həzrət Peyğəmbər Fatimənin övladlarını öz övladları bilirdi. Xülasə, bu qəbildən olan işlər Aişədə həsəd və düşmənçilik yaratmışdı. Buna görə də İmam əleyhis-salam (sözünü davam edərək bunları) buyurmuşdur.
3. Çünki onun mənə düşmən kəsilməsi üçün bəhanə Osmanın öldürülməsi, döyüşməsi isə mənə bəslədiyi düşmənçilik və kinə görə idi.
4. Qiyamətdə Allah-təala onun üçün əzab müəyyən etmişdir. Bu barədə Qur’ani-Kərimin Əhzab surəsinin 30-cu ayəsində buyurulur: يَا نِسَاءَ النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا «Siz, ey Peyğəmbərin zövcələri. Sizdən hansı biriniz açıq-aşkar bir nalayiq iş görsə, onun əzabı çox və başqalarından ikiqat artıq olar. Bu, Allah üçün asandır!»
5. Saleh əməllər imanın nəticə və səmərəsidir. Bu əməllərin mömin bir bəndə tərəfindən icra edilməsi onun qəlbində imanın olmasına dəlalət edir.
6. Onun sahibi xeyrə çatır. Çünki imansız və əməlsiz elm insana Allahın rəhmətindən uzaqlaşmaqdan başqa bir şey vermir.
7. Çünki başlanğıcı və məadı bilmək ölümü xatırlamağı tələb edir. Ölümü xatırlamaq ondan qorxmağa, qorxu yaxşı əməl və sözlərə, bu isə ölümün çətinliklərindən xəbərsiz cahildən fərqli olaraq əbədi səadətə çatmağa səbəb olur. Çünki cahilin bütün səyləri dünyaya sərf olunub və əbədi xoşbəxtlikdən məhrum qalmışdır.
8. Çünki dünya əməl meydanıdır və onda axirət üçün azuqə toplamaq, Allahın və Peyğəmbərin razılığını qazanmaq olar.
9. Qur’ani-Kərimin Şuəra surəsinin 88-91-ci ayələrində buyurduğu kimi: يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ «Qiyamət elə gündür ki, nə mal-dövlət, nə də oğullar bir fayda verməz! (88) Ancaq sağlam, küfr və günahdan təmiz bir qəlblə Allahın hüzuruna gələndən başqa! (89). Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılır (90). Cəhənnəm də azğınlara göstərilir (91)».
10. Çünki hər kəsin ölümü və ruzisi müəyyən olunub, onda bir dəyişiklik olmaz.
11. Hər sözü çox deyib eşitsələr, köhnələr. Yalnız bütün vaxtlarda təzə olan və qiyməti artan Allahın kəlamından başqa.
12. Ühüd Mədinə şəhərində Şam yolunun üstündə bir dağın adıdır. Orada hicrətin üçüncü ilinin şəvval ayının əvvəllərində Qüreyş qəbiləsinin kafirləri ilə müsəlmanlar arasında döyüş olmuşdur.
13. Çünki onlar şərab, rüşvət və sələmin halal olduğunu demirlər ki, dinin zəruri bildiklərini inkar edib kafir olsunlar. Əksinə, öz səhv yollarına görə şərabı üzüm suyu, rüşvəti hədiyyə, sələmi isə alverin xeyiri sanırlar. Üzüm suyu, hədiyyə və alverin xeyri dində halal olduğundan onları da halal bilirlər.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!