NƏHC-ül-BƏLAĞƏ - 174-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi və öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir.

Ey (qiyamət, hesab və sorğu-sualdan) qafil olan, amma (söz və əməl dəftərində heç bir artırma və azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar!1 Ey (dünyaya aldanmaq nəticəsində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın əmr və qadağalarını) kənara qoymuş və (dünyanın mal, zinət və bər-bəzəkləri, eləcə də ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! Nə olub ki, sizi Allahdan uzaqlaşmış və Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq və dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir və o, bu yaxşılığın edilməsindən və yetişdirilməsindən məqsədin nə olmasını bilmir, gününü həyatı və işini yeyib doymaq güman edir.2 And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq və doğru olaraq göndərmiş və onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu və xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək və indiki zamandan xəbər verib.)
Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.3

ومن خطبة له عليه السلام

في الموعظة وبيان قرباه من رسول الله

أَيُّهَا الغَافِلُونَ غَيْرُ الْمَغْفُولِ عَنْهُمْ، وَالتَّارِکُونَ الْمَأْخُوذُ مِنْهُمْ، مَالي أَرَاکُمْ عَنِ اللهِ ذَاهِبِينَ، وَإِلَي غَيْرِهِ رَاغِبِينَ! کَأَنَّکُمْ نَعَمٌ أَرَاحَ بِهَا سَائِمٌ إلَي مَرْعيً وبيٍّ، وَمَشْرَبٍ دَوِيٍّ، وَإنَّمَا هِيَ کَالْمَعْلُوفَةِ لِلْمُدَي لاَ تَعْرِفُ مَاذَا يُرَادُ بِهَا! إذَا أُحْسِنَ إلَيْهَا تَحْسَبُ يَوْمَهَا دَهْرَهَا، وَشِبَعَهَا أَمْرَهَا. وَاللهِ لَوْ شِئْتُ أَنْ أُخْبِرَ کُلَّ رَجُلٍ مِنْکُمْ بِمَخْرَجِهِ وَمَوْلِجِهِ وَجَمِيعِ شَأْنِهِ لَفَعَلْتُ، وَلکِنْ أَخَافُ أَنْ تَکْفُرُوا فيَّ بِرَسُولِ اللهِ -صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ-. أَلاَ وَإِنِّي مُفْضِيهِ إلَي الْخَاصَّةِ مِمَّنْ يُؤْمَنُ ذلِکَ مِنْهُ. وَالَّذِي بَعَثَهُ بِالحَقِّ، وَاصْطَفَاهُ عَلَي الْخَلْقِ، مَا أَنْطِقُ إلاَّ صَادِقاً، وَقَدْ عَهِدَ إِلَيَّ بِذلِکَ کُلِّهِ، وَبِمَهْلِکِ مَنْ يَهْلِکُ، وَمَنْجَي مَنْ يَنْجُو، وَمَآلِ هذَا الْأَمْرِ، وَمَا أَبْقَي شَيْئاً يَمُرُّ عَلَي رَأْسِي ألاَّ أَفْرَغَهُ فِي أُذُنَيَّ وَأَفْضَي بِهِ إِلَيَّ. أَيُّهَا النَّاسُ، إِنِّي، وَاللهِ، مَا أَحُثُّکُمْ عَلَي طَاعَةٍ إِلاَّ وَأَسْبِقُکُمْ إِلَيْهَا، وَلاَ أَنْهَاکُمْ عَنْ مَعْصِيَةٍ إِلاَّ وَأَتَنَاهَي قَبْلَکُمْ عَنْهَا.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

175-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Qəflət yuxusundan oyanın və öz ömrünüzü boş və faydasız keçirməyin!
2. İşin sonundan qafildir, olduğu gündən uzağı görmür və yeməkdən başqa bir məqsədi yoxdur, halbuki sahibinin onu kökəltməkdən məqsədi başqadır. Pis işlərə əmr edən nəfs çobanı, sizi dərd-qəmlə dolu dünyanın otlaqlarına aparıb və onun məhv olacaq zinət və bər-bəzəyi ilə aldadıb. Siz də işin sonundan xəbərsiz qalmısınız və elə güman edirsiniz ki, həmişə burda qalacaqsınız.
3. Çünki yaxşı bir işi yerinə yetirdikdən sonra başqalarını ona əmr etmək və eləcə də çirkin işdən başqalarını çəkindirəndən qabaq şəxsin özünün çəkinməsi qəlblərə sözü ilə əməli bir-birinə zidd olan şəxsin əmr be mə’ruf və nəhy əz münkər etməsindən daha çox təsir göstərir və fayda verir. Bundan əlavə İmam əleyhis-salam yüz iyirmi doqquzuncu xütbədə belə şəxsə lə’nət də oxuyub.

Tags: İMAM ƏLİ (ə), NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!