İMAM ƏLİNİN (ə) HƏYATI - II hissə

:

HƏZRƏT ƏLİNİN (ə) FƏDAKARLIĞI

İnsan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, Həzrət Əli (ə) İslamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi.

Bu hadisə Məkkə müşriklərinin özlərini məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.

Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər: “Gecə vaxtı Peyğəmbərin evinə yürüş edərək onu öldürmək üçün hər qəbilədən bir nəfər seçiləcəkdir. Beləliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim qisas almağa təşəbbüs göstərməyəcəkdir. ”

Onların bu planını Allah öz peyğəmbərinə bildirmiş və ona gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi. Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan etibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız Həzrət Əli (ə) öz öhdəsinə götürə bilərdi.

Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı Əliyə (ə) danışdı. Bu fədakar və mömin cavan üzündə təbəssüm, sevinərək bu məsuliyyəti bütün varlığı ilə qəbul etdi.

Gecənin qaranlığı hər yeri bürümüşdü. Əli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin bayırında olan Sur mağarasına getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdı.

Əmr verildikdə onların hamısı siyrilmiş qılınclarla Peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. Lakin yataqda uzananın Əli olduğunu gördükdə sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlılarını o Həzrətin dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliböş və ümidlərini itirərək geri qayıtmışdılar.

HƏZRƏT ƏLİ (ə) və ALLAH YOLUNDA MÜHARİBƏ

İslam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islami cihadın bir hissəsidir.

Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində Əli (ə), saf ruhlu bir igid kimi, Peyğəmbərlə çiyin-çiyinə İslam yolunda var qüvvəsi ilə döyüşürdü.

O, Allahdan başqa bir şeydən qorxmayan mömin bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: “Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm.”

Kitаbın аdı: On dörd məsumu tanıyaq

Tәrcümә еdәn: A. Fəsihi

Ardı var...

ARDINI BURADAN OXUYUN

Mətni səsləndirdi: ŞƏRİFOVA TÜNZALƏ
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!