NƏHC-ül-BƏLAĞƏ - 178-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Zi’ləb Yəməni ondan «ey Əmirəl-möminin, Rəbbini görmüsən?» soruşan zaman buyurduğu kəlamlarındandır.

İmam əleyhis-salam buyurdu: Məgər görmədiyim şeyə ibadət edərəm?! (Halbuki ibadət məbudla danışmağı, eləcə də rəhmət, bağışlanma və təvazökarlıq istənilməsini tələb edir. Və bu cür işlər ibadət olunanın hüzurunda olmağı və onu görməyi tələb edir.) Buna görə də (sual verən şəxs elə zənn etdi ki, Rəbbi görməkdən məqsəd Onu göz ilə görməkdir. Odur ki) dedi: Onu necə görürsən? (Halbuki Onu görmək qeyri-mümkündür.) İmam əleyhis-salam buyurdu:
Gözlər Onu aşkar dərk etməzlər, lakin qəlblər imanın həqiqətləri vasitəsi ilə (Onun vücudunu, təkliyini, hər şeyin sahib və idarə edəni olmasını və digər sifətlərini təsdiqləməklə) Onu dərk edərlər. Hər şeyə yaxındır (əhatə edib), amma yapışmayıb. Hər şeydən uzaqdır, amma ayrı deyil. (Çünki yapışmaqla olan yaxınlıq və ayrılıqla olan uzaqlıq cismin xüsusiyyətlərindəndir.) Danışır (söz yaradır, amma) təfəkkür və düşüncəsiz. (Çünki düşünmək nadanlığın, naçarlığın nəticələrindəndir və Allah ondan pak və uzaqdır.) İstəyəndir (yaradandır, amma) qərara gəlmədən və hazırlaşmadan.[27] Yaradandır (amma əl, ayaq və bu kimi), hər hansı bir üzvün rolu (köməyi) olmadan. (Çünki köməyə, möhtac varlığın ehtiyacı olur. O isə zatı zəngin və mütləq ehtiyacsızdır. Zahir və aşkar olmasının çoxluğu səbəbindən) gizliliklə vəsf edilməyən lətifdir. (Çünki bir şey Onu əhatə etməyib. Öz əli altında olanlara zülm edən zalımlar kimi) zülmkarlıqla vəsf edilməyən böyükdür. (Çünki mütləq ədalətlidir.) Elə bir görəndir ki, (hiss orqanlarından) heç bir hissə malik olmaqla vəsf edilməz. (Çünki hisslər mümkün varlığın sifətlərindəndir.) Mehribandır, (amma) ürəyiyananlıq və acıma ilə yox (fəzl və lütfü ilə)! Yaranmışlar Onun əzəmət və böyüklüyü qarşısında xar və təvazökardırlar (çünki onların hamısı Onun istək və iradəsi müqabilində ramdırlar) və qəlblər (Onun izzət və əzəməti qarşısında) Onun (əzabının) qorxusundan iztirablı və nigarandırlar.

ومن کلام له عليه السلام

وقد سأله ذِعلبٌ اليماني فقال: هل رأيت ربّک يا أميرالمؤمنين؟

فقال عليه السلام: أَفأَعْبُدُ مَا لا أَرَي ؟

فقال: وکيف تراه؟ فقال:

لاَ تُدْرِکُهُ الْعُيُونُ بِمُشَاهَدَةِ الْعِيَانِ، وَلکِنْ تُدْرِکُهُ الْقُلُوبُ بِحَقَائِقِ الْإِيمَانِ، قَرِيبٌ مِنَ الْأَشْيَاءِ غَيْرُ مُلابِسٍ، بَعِيدٌ مِنْهَا غَيْرُ مُبَايِنٍ، مُتَکَلِّمٌ بِلاَ رَوِيَّةٍ، مُرِيدٌ بِلاَ هِمَّةٍ، صَانِعٌ لاَ بِجَارِحَةٍ، لَطِيفٌ لاَ يُوصَفُ بِالْخَفَاءِ، کَبِيرٌ لاَ يُوصَفُ بِالْجَفَاءِ، بَصِيرٌ لاَ يُوصَفُ بِالْحَاسَّةِ، رَحِيمٌ لاَ يُوصَفُ بِالرِّقَّةِ. تَعْنُو الْوُجُوهُ لِعَظَمَتِهِ، وَتَجِبُ الْقُلُوبُ مِنْ مَخَافَتِهِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

179-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki qərara gəlmək bir işi görmək istəməyin müqəddiməsi olan istəkdən ibarətdir və o, işin yerinə yetirilməsi barəsində tərəddüddə olan cismə məxsusdur və onun zərurətlərindəndir. Amma elmi zatının eyni olan Allah-təala barəsində qərara gəlməyin təsəvvür edilməsi düz deyil. Ona görə ki, O, tərəddüddə deyil.

 

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!