NƏHC-ül-BƏLAĞƏ -183-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır.

Bürc ibn Müshir «hökm ancaq Allaha məxsusdur» deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu:
Ey mırıx (batini çirkin olan ağılsız), sus! Allah çirkinləşdirsin səni! And olsun Allaha ki, haqq (İmam əleyhis-salam) zahir oldu və sən onda (qoşunun içində) arıq və aciz idin (heç kəs sənə etina etmirdi) və səsin gizlin idi (sözünə qulaq asan yox idi). Elə ki batil və nahaq fəryad qopartdı, (bu sözləri deməyə cürət tapdın və) keçinin buynuzunun aşkar olması kimi zahir oldun.1
Buradan başlayaraq xütbələr fəslinin sonuna kimi «Nəhcül-Bəlağə»nin əlyazma və çap nüsxələrində xütbələrin sıraları bir-birindən fərqlidir. Bəzi nüsxələrdə yüz yetmiş səkkizinci kəlamdan sonra sıralar bir-birindən fərqlənir

ومن کلام له عليه السلام

قاله للبرج بن مسهر الطائي، وقد قال له بحيث يسمعه: (لا حکم إلاَّ لله)، وکان من الخوارج

اسْکُتْ قَبَحَکَ اللهُ يَا أَثْرَمُ، فَوَاللهِ لَقَدْ ظَهَرَ الْحقُّ فَکُنْتَ فِيهِ ضَئِيلاً شَخْصُکَ، خَفِيّاً صَوْتُکَ، حَتَّي إِذَا نَعَرَ الْبَاطِلُ نَجَمْتَ نُجُومَ قَرْنِ الْمَاعِزِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

184-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. İmam əleyhis-salam onu alçaqlıq və nanəciblik baxımından keçinin buynuzuna oxşadıb. Bu, ərəblərdə bir adətdir. Onlar bir şeyi böyük hesab etmək istəyəndə isə onu gözəl və hörmətli bir şeyə oxşadarlar. Məsələn, deyirlər ki: «نَجَمَ نُجُومَ الْكَوْكَبِ» yəni, «o, ulduz kimi zahir oldu».

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!