NƏHC-ül-BƏLAĞƏ -191-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun və tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır.

Allaha and olsun ki, Müaviyə məndən zirək deyil, əksinə, o, vəfasızlıq və xəyanət edib, günah və itaətsizliklə məşğuldur.1 Əgər hiyləgərlik və vəfasızlıq xoşagəlməz olmasaydı (Allah ona əzab müəyyənləşdirməsəydi), mən insanların ən zirəngi olardım. Amma (bilin ki,) bütün hiylə və vəfasızlıqlar günahdır və hər bir günah itaətsizlikdir. Qiyamət günü əhd-peymanını pozmuş hər bir kəs üçün bir bayraq və nişanə olar və o, onunla tanınar (günahı üzə çıxaraq onu oda aparar). Allaha and olsun ki, mən (həmişə onların məkr və hiylələrindən xəbərdar olduğum üçün) qəflətə düşüb qəfillənmirəm ki, barəmdə kələk və hiylə işlətsinlər və çətinlik və giriftarlıqlarda aciz qalmır və zəif düşmürəm.2

ومن کلام له عليه السلام

في معاوية

وَاللهِ مَا مُعَاوِيَةُ بِأَدْهَي مِنِّي، وَلکِنَّهُ يَغْدِرُ وَيَفْجُرُ، وَلَوْلاَ کَرَاهِيَةُ الْغَدْرِ لَکُنْتُ مِنْ أَدْهَي النَّاسِ، وَلَکِنْ کُلُّ غَدْرَةٍ فَجْرَةٌ، وَکُلُّ فَجْرَةٍ کَفْرَةٌ، وَلِکُلِّ غَادِرٍ لِوَاءٌ يُعْرَفُ بِهِ يَوْمَ الْقِيَامَةِ. وَاللهِ مَا أَُسْتَغْفَلُ بالْمَکِيدَةِ، وَلاَ أُسْتَغْمَزُ بالشَّدِيدَةِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

192-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Bütün işlərdə hiylə və kələk işlədir və əhd-peymanına vəfa etmir. Buna görə də nadanlar elə bilirlər ki, bu, onun zirəklik və alimliyindən irəli gəlir.
2. Çünki hamıdan daha güclüyəm. Lakin Allah və Peyğəmbərin göstərişlərinə tabe olmaq üçün Onların razılıqları olmayan şeydən üz döndərirəm. Bu, başqasının nəzər və düşüncəsinin məndən üstün və güclü olmasına dəlil deyil. Çünki o, şeytana və nəfsi istəklərinə tabedir. Mən isə hər bir işdə Allahı nəzərdə tuturam.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!