NƏHC-ül-BƏLAĞƏ -195-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (axirət səfəri üçün azuqə tədarükü görməyə həvəsləndirdiyi) kəlamlarındandır ki, öz səhabələrinə (işa namazından sonra) onunla öyüd-nəsihət verərdi:

Allah sizi bağışlasın! Səfər (axirət səfərinin) təchizatlarını hazır edin. Çünki aranızda köç etmək çağırışı ucalıb.1 Dünyada qalmağı az sanın (ona ürək bağlamayın) və əliniz çatan layiqli azuqə (itaət və bəndəlik) ilə (Allaha tərəf) qayıdın. Çünki sizin qarşınızda kələ-kötür keçid və döngələr, qorxunc və dəhşətli mənzillər vardır (ölümün çətinlikləri, qəbr və Bərzəx aləminin giriftarçılıqları və qiyamət gününün sorğu-sual məntəqələri qarşınızdadır) ki, onlara daxil olmaq və onlarda dayanmaq məcburiyyətindəsiniz. Bilin ki, ölümün gözucu baxışları sizə tərəfdir və sanki onun sizə batırdığı caynaqlarında əsirsiniz (ondan qurtula bilməzsiniz). Çirkin, çox çətin və ağır işlər sizi ondan gizlədib. Buna görə də dünyaya bağlılıqları (özünüzdən) uzaqlaşdırın və özünüzü pərhizkarlıq azuqəsi ilə gücləndirin.2 (Seyyid Rəzi deyir:)
Bundan qabaq (84-cü xütbədə) bu kəlamın bəziləri bu rəvayətdən fərqli bir rəvayətdə keçdi.

ومن کلام له عليه السلام

کان کثيراً ما ينادي به أصحابه

تَجَهَّزُوا رَحِمَکُمُ اللهُ! فَقَدْ نُودِيَ فِيکُمْ بِالرَّحِيلِ، وَأَقِلُّوا الْعُرْجَةَ عَلَي الدُّنْيَا، وَانْقَلِبُوا بِصَالِحِ مَا بِحَضْرَتِکُمْ مِنَ الزَّادِ، فإنَّ أَمَامَکُمْ عَقَبَةً کَؤُوداً، وَمَنَازِلَ مَخُوفَةً مَهُولَةً، لاَبُدَّ مِنَ الْوُرُودِ عَلَيْهَا، وَالْوُقُوفِ عِنْدَهَا. وَاعْلَمُوا أَنَّ مَلاَحِظَ الْمَنِيَّةِ نَحْوَکُمْ دَانِيَةٌ، وَکَأَنَّکُمْ بِمَخَالِبِهَا وَقَدْ نَشِبَتْ فِيکُمْ، وَقَدْ دَهَمَتْکُمْ فِيهَا مُفْظِعَاتُ الْأُمُورِ، وَمُعْضِلاَتُ الْمَحْذُورِ. فَقَطِّعُوا عَلاَئِقَ الدُّنْيَا، وَاسْتَظْهِرُوا بِزَادِ التَّقْوَي. وقد مضي شيء من هذا الکلام فيما تقدم، بخلاف هذه الرواية.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

196-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Allah Qur’ani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurur: «أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ» «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.»
2. Var-dövlət, övlad və dünya malının məhəbbətini qəlbinizdən qovub çıxarın, zahidlik və pərhizkarlığı öz peşəniz edin.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!