NƏHC-ül-BƏLAĞƏ -199-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsində), səhabələri onunla «həkəmiyyət» (döyüşən tərəflər arasında hakim təyin etmək) məsələsi barəsində müxalifət edərkən buyurduğu kəlamlarındandır.1

Camaat! Mənim əmr və fərmanım həmişə - indi müharibə sizi zəif və aciz salana kimi - özüm istəyən şəkildə olub. Allaha and olsun ki, siz müharibəyə könüllü gəlmisiniz, (onu) tərk edən də sizsiniz, halbuki o, düşmənlərinizi daha zəif və aciz salıb. (Buna görə də əgər müxalifət etməsəydiniz Müaviyəyə və Şam qoşununa qalib gələrdiniz və zəfər sizinlə olardı. Amma nə edim?!) Dünən əmr verən idim, bu gün isə əmr edilən; dünən çəkindirən və qadağan edən idim, bu gun isə çəkindirilərək saxlanılan. Siz sağ qalmağı sevdiniz. Mən sizi xoşlamadığınız bir şeyə məcbur etmək istəmirəm. (Sizi müharibə aparmağa məcbur etməyə gücüm çatmır və ya məcbur etməyim məsləhət deyil.)

ومن کلام له عليه السلام

قاله لمّا اضطرب عليه أصحابه في أمر الحکومة

أَيُّهَا النَّاسُ، إِنَّهُ لَمْ يَزَلْ أَمْرِي مَعَکُمْ عَلَي مَا أُحِبُّ، حَتَّي نَهَکَتْکُمُ الْحَرْبُ، وَقَدْ، وَاللهِ أَخَذَتْ مِنْکُمْ وَتَرَکَتْ، وَهِيَ لِعَدُوِّکُمْ أَنْهَکُ. لَقَدْ کُنْتُ أَمْسِ أَمِيراً، فَأَصْبَحْتُ الْيَوْمَ مَأْمُوراً! وَکُنْتُ أَمْسِ نَاهِياً، فَأَصْبَحْتُ الْيَوْمَ مَنْهِيّاً! وَقَدْ أَحْبَبْتُمُ الْبَقَاءَ، وَلَيْسَ لِي أَنْ أَحْمِلَکُمْ عَلَي مَا تَکْرَهُونَ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

200-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Şam qoşunu İraq qoşunu ilə döyüşməkdə aciz qalaraq məğlub olan zaman Əmr ibn Asın hiyləgərliyi ilə Qur’anları nizələrin başına keçirib onları Qur’anın hökmünə dəvət etdi və sülh və barışıq edilməsini istədi. Buna görə də İraq qoşununun bəziləri Şam qoşununun düz deməsinə inandığı üçün, bəziləri müharibədən yorulduğuna görə, bəziləri isə özünü zahirdə itaətkar göstərməsinə baxmayaraq, batində İmam əleyhis-salamla düşmənçiliyinin olması səbəbindən onların Qur’ana dəvətlərini bəhanə edərək birlikdə o Həzrətin yanına gəlib dedilər: Gərək müharibədən əl çəkərək Malik Əştər və digər döyüşçüləri vuruşmadan geri qaytarasan. Belə olmasa, səni də Osman kimi öldürəcəyik. İmam əleyhis-salam Malik və digərlərinin döyüş meydanlarından qayıtmaları göstərişini verdi və onlar da qayıtdılar. Ondan sonra bunları buyurmuşdur.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!