NƏHC-ül-BƏLAĞƏ -206-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın nemətlərinə şükr barəsində) çox oxuduğu dualarındandır.

Həmd o Allaha layiqdir ki, ölmədiyim, xəstələnmədiyim, bədənimin narahat olmadığı, özümün ən pis əməlimə (onuncəzasına) düçar olmadığım, övladsız qalmadığım, dinimdən qayıtmadığım, Rəbbimi inkar etmədiyim, imanımdan nigaran olmadığım, dəli olmadığım və məndən qabaqkı ümmətlərin əzabına düçar olmadığım bir halda gecəmi səhər etdi. İxtiyarsız və (itaətdəsəhlənkarlıqbaxımından) öz nəfsinə zülm edən bir bəndə olduğum halda səhəri açmışam. Allahım, mənə etiraz etmək haqqı Sənə məxsusdur və mənim bir üzr və bəhanəm yoxdur; Sən mənə verdiyindən başqa bir mənfəət əldə etmək qüdrətim yoxdur; Sən məni qoruduğundan başqa bir pislikdən çəkinə bilmirəm.
Allahım, Sənin zənginliyində əliboş və kədərli, Sənin hidayət və nicatında azğın, Sənin səltənət və qüdrətində məzlum, ixtiyar Sənin əlində ola-ola (Sənin, istədiyinietməyinəbaxmayaraq,) məğlub və xar olmağımdan Sənə pənah aparıram.
Allahım, mənim canımı (göz, qulaq, əl, ayaq vədigərbədənüzvlərikimi) əziz üzvlərimdən aldığın ilk əziz şey və mənim yanımda qoyduğun əmanət nemətlərin qaytarılanlarının birincisi et.1 Allahım, Sənin sözlərindən çıxmağımızdan (göstərişlərinəəməletməməyimizdən), yaxud Sənindinindən(çıxıb) fitnə və azğınlığa düşməyimizdən və ya Sənin tərəfindən gəlmiş hidayət və nicatdan qabaq nəfsi istəklərimizin bizə hakim olmasından Sənə pənah aparırıq.

ومن دعائه عليه السلام
کان يدعو به کثيراً
الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يُصبِحْ بِي مَيِّتاً وَلاَ سَقِيماً، وَلاَ مَضْرُوباً عَلَي عُرُوقِي بِسُوءٍ، وَلاَ مَأْخُوذاً بِأَسْوَإِ عَمَلِي، وَلاَ مَقْطُوعاً دَابِرِي، وَلاَ مُرْتَدّاً عَنْ دِينِي، وَلاَ مُنْکِراً لِرَبِّي، وَلاَ مُسْتَوْحِشاً مِنْ إِيمَانِي، وَلاَ مُلْتَبِساً عَقْلِي، وَلاَ مُعَذَّباً بَعَذابِ الْأُمَمِ مِنْ قَبْلِي. أَصْبَحْتُ عَبْداً مَمْلُوکاً ظَالِماً لِنَفْسِي، لَکَ الْحُجَّةُ عَلَيَّ وَلاَ حُجَّةَ لِي، وَلاَ أَسْتَطِيعُ أَنْ آخُذَ إِلاَّ مَا أَعْطَيْتَنِي، وَلاَ أَتَّقِيَ إِلاَّ مَا وَقَيْتَنِي. اللَّهُمَّ إِنَّي أَعُوذُ بِکَ أَنْ أَفْتَقِرَ فِي غِنَاکَ، أَوْ أَضِلَّ فِي هُدَاکَ، أَوْ أُضَامَ فِي سُلْطَانِکَ، أَوْ أُضْطَهَدَ وَالْأَمْرُ لَکَ! اللَّهُمَّ اجْعَلْ نَفْسِي أَوَّلَ کَرِيمَةٍ تَنْتَزِعُهَا مِنْ کَرَائِمِي، وَأَوَّلَ وَدِيعَةٍ تَرْتَجِعُهَا مِنْ وَدَائِعِ نِعَمِکَ عِنْدِي! اللَّهُمْ إِنَّا نَعُوذُ بِکَ أَنْ نَذْهَبَ عَنْ قَوْلِکَ، أَوْ نُفْتَتَنَ عَنْ دِينِکَ، أَوْ تَتَابَعَ بِنَا أَهْوَاؤُنَا دُونَ الْهُدَي الَّذِي جَاءَ مِنْ عِنْدِکَ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

207-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1.Çünki insanın bədən üzvlərindən hər hansı biri onun ölümündən qabaq sıradan çıxsa, o, çətinlik və əziyyətə düşər. Buna görə də Allahın bəndəyə lütfü onun bədən üzvlərini almamışdan canını almasıdır ki,o, yarı ölü-yarı diri qalmasın.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!