ALLAHIN VƏSFİNDƏ İŞLƏDİLƏN “ƏLA” (UCA) İFADƏSİ

:

Sual: “Sübhanə Rəbbiyəl-əla” (Mənim uca Allahım pak və müqəddəsdir) cümləsindəki “əla” sözünün mənası nədir?
“Ucalıq” mənasını verən “əla” sözü “ülüvv” kökündən alınmışdır. Allahı uca sifəti ilə vəsf və zəif varlıqları Onunla müqayisə edərkən “əla”, “əliyy” və “mütəali” kimi sözlər işlədilir.1

Lakin Allah-Taalanın ucalığı zati olduğundan, məxluqlara Onun lütf və mərhəməti sayəsində üstünlük verildiyindən, məxluqların üstünlüyünü Allah-Taalanın üstünlük və ucalığı ilə müqayisə edərək “Allah yaratdığı üstün və uca məxluqlarından üstün və ucadır!” – demək düzgün deyil və bu müqayisə mənasızdır.2
“Əla” (uca) ifadəsi Allah-Taalanın Öz məxluqlarının düşüncəsindən üstünlüyünü, zatının dərk olunmamasını bildirir. (Onun bu məqamı əqlin fövqündə durur və hətta ilahi övliyalar belə, onu öz kəşflərində dərk edə bilmirlər.) Qurani-Kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. İnsanların elmi isə Onu (Allahın zatını) əhatə edib, qavraya bilməz!”3

 Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Rəsaili-tövhidi”, səh. 46.
2. “Şərhi tövhidi-Səduq”, Qazi Səid Qumi, 1-ci cild, səh. 88.
3. “Taha” surəsi, ayə 110.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!