NƏHC-ül-BƏLAĞƏ -211-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (Allah yolunda vuruşmağa) həvəsləndirdiyi kəlamlarındandır.

Allah sizdən Onun (nemətlərinin) şükrünü yerinə yetirməyinizi istəyir və Öz hökmdarlıq və səltənətini sizin üçün saxlayıb (yer üzünün başçı və rəhbəri olmağa ancaq Onun dostları layiqdirlər). Geniş müsabiqə meydanında (dünyada) sizə çovqanı (başçılıq və ağalığı) ələ almaq üçün bir-birinizlə yarışmaq möhləti verib. Buna görə də paltarlarınızın bağlarını möhkəm bağlayın1 və (paltarlırınızın) beldən aşağı düşən artığını böyrəklərə kimi qatlayın (paltarlarınızın ayağın üstünə düşən ətəyini yığın, yaxud çox yeyib-içməkdən çəkinin, necə ki, buyurur:) İş fikrində olmaqla qonaqlıq bir araya sığmaz. (Buna görə də əgər bir iş görmək fikrindəsənsə, canına qulluq etməyi tərk et). Yuxu gündüzün qərarlarını necə də çox pozur və bir-birinə vurur.2 Qaranlıqlar necə də çox qərarların yada düşməsini zehnlərdən silir.3

ومن کلام له عليه السلام

يحثّ به أصحابه علي الجهاد

وَاللهُ مُسْتأْدِيکُمْ شُکْرَهُ، وَمُوَرِّثُکُمْ أَمْرَهُ، وَمُمْهِلُکُمْ فِي مِضْمارٍ مَحْدُودٍ، لِتَتَنَازَعُوا سَبَقَهُ، فَشدُّوا عُقَدَ الْمَآزِرِ، وَاطْوُوا فُضُولَ الْخَوَاصِر، وَلاَ تَجْتَمِعُ عَزِيمَةٌ وَوَلِيمَةٌ، وَمَا أَنْقَضَ النَّوْمَ لِعَزَائِمِ الْيَوْمِ،أَمحَي الظُّلَمَ لِتَذَاکِيرِ الْهِمَمِ!

و صلي الله علي سيدنا محمد النبي الأمي, و علي آله مصابيح الدجي و العروة الوثقي, و سلم تسليماً کثيراً.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

212-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Döyüş meydanında cəld və çevik olun, yaxud günahdan çəkinərək uzaq olun.
2. Səfərdə olan şəxs dostları ilə belə qərara gəlir ki, axşam tez yola düşsün və səhərisi gün istinin şiddəti artmamış evinə çatsın. Amma axşam düşən kimi şirin yuxu ona qalib gəlir və həmin qərarları yox edir.
3. Süst iradəli insanlar gündüz hansısa bir işi axşam görmək qəsdinə düşərlər. Amma axşam, qaranlıq hər yeri bürüyəndə, öz fikirlərinə göz yumaraq qəflət yuxusuna gedərlər. Himmətli insanlar isə öz məqsədlərinə nail olmaq üçün səy və təlaş göstərərək yuxu və rahatlığı özlərinə haram edərlər.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!