QURANİ KƏRİMDƏ NӘSX - XXIII hissə

:

MÜHARİBƏDƏN BOYUN QAÇİRMAQ HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

«Mədinəlilərə və onların ətrafında olan bədəvilərə [döyüşdə] Allahın peyğəmbərindən geri qalmaq, ondan [ona üz verən məşəqqətlərdən] özlərini kənara çəkmək [belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq] yaraşmaz.» (9/120).

İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir:

Bu ayə də növbəti 122-ci ayə ilə nəsx olunmuşdur. Çünki 120-ci ayə döyüşdən boyun qaçırmağın hamıya qadağan olduğu, növbəti 122-ci ayədə isə hökmün ümumi xarakter daşıdığı nəsx olunaraq döyüşdə yalnız müəyyən şəxslər iştirak edəcəyinə toxunulur.

Müəllif:

Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu ayə 120-ci ayənin nəsx olunmasına deyil, hökmün nəsx olunmamadığına dəlalət edir və biz hər iki ayəyə diqqət yetirdikdə belə bir qənaətə gəlirik ki, müsəlmanlar döyüş meydanında hamılılıqla deyil, yalnız kifayət edəcək miqdarda iştirak etməlidirlər.

Başqa sözlə desək, hər iki ayənin məzmunundan yalnız bir hökm əldə edə bilərik. O da bundan ibarətdir ki, cihad eyni deyil, kifayi zəruri olan hökmdür. Yəni birinci ayə hökmün zəruriliyini, ikinci ayə isə onun kifayi olduğunu bəyan edir. Lakin eyni zamanda bütün müsəlmanlara [eyni zərurət] zəruri olaraq hamının döyüş meydanında iştirak etməsini tələb edir və bu zərurət birinci zərurətdən bir qədər fərqlidir. Bu səbəbdən də iki növ zərurət mövcuddur.

1. Kifayi və xarici amillər meydana gəldikdə bəzən də eyni zərurət və onların hər ikisi öz yerində dəyişilməzdir və etibarlıdır.

SƏBR AYƏSİNİN NƏSXİ

«Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah [zəfər] hökmünə verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.» (10/109).

İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir: Bu ayə cihad hökmünü verən ayə ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.

Müəllif:

Birinci ayənin nəsx olunduğunu batil edən dəlilləri biz bu ayənin də nəsx olunmadığına dəlil gətirə bilərik.

Təkrara yol verməyib yalnız bu mətləbə işarə etmək istəyirik ki, «Səbr» bu ayədə düşmənin inadkarlıqlarının müqabilində deyil, həyatın bütün mərhələlərinə aiddir. Başqa sözlə desək, Səbr ayədə siyasi deyil, əxlaqi məna daşıyır. Bunun da nəsx olunması qeyri-mümkündür.

BAĞIŞLAMA VƏ KAFİRLƏRDƏN ÜZ DÖNDƏRMƏ AYƏSİNİN NƏSXİ

«Sən müşriklərdən yaxşıca üz döndər və ya onları alicənablıqla bağışla.» (15/85).

İbni Abbas, Səid və Qütadədən nəql olmuş rəvayətdə deyilir: Ayədə Peyğəmbərə (s) kafirləri bağışlamağa və əfv etməyə əmr olunur. Səyf ayəsində isə kafirə qarşı cihad hökmü verilməklə ayənin hökmü nəsx olunur.

Müəllif:

Əvvəlki ayələrdə olduğu kimi bu ayə haqqında da deyə bilərik ki, əfv və bağışlama burada məna daşımır. Belə ki, Peyğəmbər (s) səbr etməyə əmr olunduqda, müşriklərin inadkarlıqlarının və etdikləri pisliklərin müqabilində səbr etməsi nəzərdə tutulur. Hicr surəsinin 94 və 95-ci ayələri dediklərimizi bir daha sübuta yetirə bilər:

«[Ya Məhəmməd!] Sənə əmr olunan Quranı açıq-aşkar təbiliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərrindən] səni qorumağa biz kifayət edərik.» (15/94-95).

Göründüyü kimi burada Peyğəmbərə (s) müşriklərin istehzalarının müqabilində səbr etməyə əmr olunur. Belə bir mənanı nəzərə alaraq deyə bilərik ki, ayənin «Səyf» ayəsi ilə nəsx olunması üçün kafirlərə qarşı cihad ayəsi ilə heç bir bağlılıq yoxdur. Ayənin ümumi məzmunu bundan ibarətdir ki, Allah-taala öz Peyğəmbərini (s) islam dininin təbliğinə sövq edir və bu yolda qarşılaşacağı çətinliklərə sinə gərməyi və müşriklərin ardı-arası kəsilməyən istehzalarının müqabilində dözümlü olmağı əmr edir.

Göründüyü kimi ayənin cihad hökmü ilə heç bir bağğlılığı yoxdur.

Müsəlmanların belə bir mühüm işə cəlb olunmaları isə yalnız kifayət qədər qüdrətə malik olduqdan sonra baş vermişdir. Daha dəqiq desək, Peyğəmbər (s) besətin ilk illərində cihad əmrini almadığı üçün müşriklərin qeyri-insani rəftarlarına göz yummalı və onlarla yumşaq rəftar etməli idi. O, peyğəmbərliyinin həqqaniyyətini göstərdiyi möcüzələrlə sübuta yetirir və bu yolla insanları Allahın birliyinə dəvət edirdi. Çünki o zaman nə Peyğəmbər (s), nə də ona iman gətirmiş az saylı müsəlmanlar müharibəyə lazım olan kifayət qədər qüdrətə malik deyildilər. Əgər belə bir şəraitdə müşriklərə qarşı mübarizəyə başlasaydılar təbii ki, böyük itkilər verər və məğlubiyyətə uğrayardılar. Bir neçə il sonra müsəlmanların sayı artdıqdan və müharibəyə lazım olan döyüş alətləri kifayət qədər əldə olunduqdan sonra müsəlmanlara cihad hökmü verildi. Əvvəlki fəsillərdə qeyd etdik ki, şəriət hökmləri zəmanənin tələbatını ödəmək üçün tədriclə Peyğəmbərə (s) nazil olmuşdur və 23 il müddətində təkmilləşmişdir. Cihad hökmü də besətin ilk illərində müsəlmanlara verilmədiyi üçün bütün çətinliklərin müqabilində dözümlü olmağa və səbr etməyə tövsiyə olunurdu.

Demək hökmün nəsx ilə heç bir bağlılığı yoxdur.

Əl-Bəyan kitabından

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!