NƏHC-ül-BƏLAĞƏ -216-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın(var-dövlətli olmağı istəmək və yoxsulluğa düçar olmamağı diləmək üçün olan) dualarındandır.

Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməllərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım.1 Bütün bunlardan sonra Sən verib verməməkdə ixtiyar sahibisən. Çünki hər bir şeyin ixtiyar və qüdrəti Sənin əlindədir.

ومن دعاء له عليه السلام
يلتجيء إلي الله أن يغنيه
اللَّهُمَّ صُنْ وَجْهِي بِالْيَسَارِ، وَلاَتَبْذُلْ جَاهِيَ بِالْإِقْتَارِ، فَأَسْتَرْزِقَ طَالِبِي رِزْقِکَ، وَأَسْتَعْطِفَ شِرَارَ خَلْقِکَ،وَأُبْتَلَي بِحَمْدِ مَنْ أَعْطَانِي، وَأُفْتَتَنَ بِذَمِّ مَنْ مَنَعَنِي، وَأَنْتَ مِنْ وَرَاءِ ذلِکَ کُلِّهِ وَلِيُّ الْإِعْطَاءِ والْمَنْعِ،(إنَّکَ عَلي کُلِّ شَيءٍ قَدِيرٌ)

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

217-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Bu iki sifət məzəmmət edilmiş sifətlərdəndir və böyük günahlardan sayılır. Çünki bir şey verəni mədh etmək Allahdan başqasına üz tutmaq və Ona şərik qoşmaqdır. Nə çox bəxşiş edən adamlar var ki, dövrün pislərindəndirlər. Bir şey verməyən kəsi pisləmək də rəva və düzgün deyil. Çünki ola bilər ki, o yaxşı insanlardan biridir və bir şey verməməsinin üzrlü səbəbi var.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!